Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası diqqət mərkəzindədir

ÇapE-poçt

11.08.20 10:35

Naxçıvan Muxtar Respublikasında uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual, eləcə də mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilir. Həmçinin sosial qayğıya ehtiyacı olan uşaqların ehtiyaclarının hərtərəfli təminatı, reabilitasiyası, onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqət mərkəzində saxlanılır. Eyni zamanda muxtar respublikada sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması və sosial reabilitasiyasında müasir üsullar tətbiq edilir. Naxçıvan Muxtar RespublikasıAli Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”. Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya olunmasında bərpa-müalicə xidmətinin düzgün təşkili ilə yanaşı, keyfiyyətli təhsil üçün zəruri şəraitin yaradılması, müxtəlif reabilitasiya vasitələri ilə təmin olunmaları da həyati əhəmiyyət kəsb edir. Bu istiqamətdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş və inklüziv təhsilə keçid imkanlarının artırılmasına xidmət edən “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın xüsusi əhəmiyyəti vardır. Proqramda müxtəlif icra müddətləri üzrə nəzərdə tutulan tapşırıqların vaxtında yerinə yetirilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili üçün bərabər imkanların yaradılmasına, bu sahədə fəaliyyət göstərən müəssisələrin tədris bazasının müasirstandartlara uyğunlaşdırılmasına səbəb olur.

 

Ardını oxu...

 

Muxtar respublikada əhalinin məşğulluğu diqqətdə saxlanılır

ÇapE-poçt

07.08.20 11:20

Naxçıvan Muxtar Respublikasında uğurlu sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də dayanıqlı iqtisadi inkişafın təmin olunması şəraitində əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək ehtiyatlarından səmərəli istifadənin, o cümlədən məşğulluğun təminatıdır. Bu sahədə görülən işlərin miqyası ildən-ilə genişlənir, yeni iş yerləri yaradılır, işaxtaranların özünüməşğulluq imkanlarının artırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016- 2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” da məşğulluq sahəsində kompleks tədbirlərin uğurla davam etdirilməsi üçün yeni imkanlar yaradır. Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul olunmuş Fəaliyyət Proqramında qeyd olunduğu kimi: “Qarşıdakı dövrdə də ulu öndərin yoluna sadiq qalmaqla Naxçıvan Muxtar Respublikasının inkişafı təmin edilməli, əhalinin yaşayış səviyyəsi daha da yaxşılaşdırılmalı, yeni istehsal sahələri və bununla bərabər iş yerləri yaradılmalı, sosial sahələrin inkişafına diqqət artırılmalıdır”.

 

Ardını oxu...

 
 

Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradıldı

ÇapE-poçt

04.08.20 18:00

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 4-də Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyin yaradılması haqqında Sərəncam imzalayıb:

Sərəncamda deyilir:

“Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı sahəsində görülən işlər və maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin müasir tədris avadanlıqları ilə təmin olunması, pedaqoji heyətin təkmilləşdirmə kurslarına cəlbi, kimya və biologiya fənləri üzrə şagirdlərin istedad və bacarıqlarının aşkar edilməsi və inkişafı, həmçinin gələcək ixtisas seçiminin istiqamətləndirilməsi yeni tipli təhsil müəssisəsinin yaradılmasını zəruri etmişdir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq kimya-biologiya fənlərinin səmərəli tədrisini təmin etmək məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseyi yaradılsın.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

 
 

Ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

04.08.20 12:39

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması iyul ayında da diqqətdə saxlanılmışdır. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində qarşıya qoyulan vəzifələr və 2020-ci ilin 6 ayı ərzində görülən işlər barədə kollegiya iclası keçirilmişdir.

Naxçıvan Muxtar Respublikasında Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin qiymətləndirilməsi ilə bağlı 2020-ci il 30 iyul tarixdə Avropa İttifaqının milli monitorinq üzrə eksperti Arzu Cəfərli ilə onlayn görüş keçirilmişdir. Görüşdə layihənin icrası ilə əlaqədar Komitə tərəfindən görülmüş işlər haqqında ətraflı məlumat verilmişdir.

Ötən ay muxtar respublikada uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 581 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Əlavə olaraq Naxçıvan şəhəri üzrə valideyn himayəsindən məhrum olmuş 3 uşağın qeydiyyatı aparılmışdır.

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında şair Kamil Arazın “Göy qurşağı” adlı uşaqlar üçün çapdan çıxmış jurnalının təqdimat mərasimində Komitə əməkdaşı iştirak etmiş və müvafiq mövzuda çıxış etmişdir.

Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 19 şifahi, 1 yazılı, Komitənin elektron ünvanına isə 1 müraciət daxil olmuş və müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır.

 

 
 

Onlayn görüş keçirilmişdir

ÇapE-poçt

30.07.20 19:17

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Avropa İttifaqının milli monitorinqlər üzrə eksperti ilə onlayn görüş keçirilmişdir. Görüşün keçirilməsində əsas məqsəd Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə Həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” adlı daha genişmiqyaslı proqram çərçivəsində “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsinin qiymətləndirilməsi ilə əlaqədar silsilə monitorinq missiyasının tərkib hissəsindən biri olmuşdur. Görüşdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Tarverdi Məmmədov adı çəkilən  layihənin icrası ilə əlaqədar görülən işlər haqqında ətraflı məlumat verərək bildirmişdir ki, layihənin şərtlərinə uyğun olaraq Komitə partnyor təşkilat kimi öz üzərinə düşən vəzifələri uğurla icra etmişdir. Vurğulanmışdır ki,  layihəyə muxtar respublikanın bütün rayonlarından və Naxçıvan şəhərində yaşayan öz bizneslərini açmaq və ya genişləndirmək istəyən qadınlar,                      aztəminatlı, sağlamlıq imkanları məhdud, tək ailə başçısı olan 319 qadın cəlb olunmuşdur. Layihə çərçivəsində 12 təlim keçirilmiş, yekunda öz biznes planı ilə seçilən 63 qadına 43 min 700 manat məbləğində sərmayə kapitalı verilmişdir. Sərmayə kapitalı alan qadınlar verilən məbləğ dəyərində öz fəaliyyət istiqamətlərinə uyğun bizneslərini qurmuşlar. Hazırda sərmayə kapitalı alan qadınların bir qismi öz bizneslərini inkişaf etdirmiş, digərləri isə inkişaf etdirməyə çalışırlar.

Ardını oxu...

 
 

Səhifə 236 > 402-dən

Joomla 1.5