24.08.20 20:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 24-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) adlandırılsın.
2. Müəyyən edilsin ki, Cəmiyyət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması daxil olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən hüquqi şəxsdir.
3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti:
3.1. Cəmiyyətin yeni nizamnaməsini təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin".
22.08.20 19:00
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1170#sigProId8536312b48
Avqustun 22-də - "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.
Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.
19.08.20 20:17
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 19-də Rafael Əliyevin Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.
Fərmanda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilsin”.
Qeyd edək ki, Rafael Əliyev bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb.
18.08.20 15:59
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 18-də Səyahət İmanovun “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb:
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə Səyahət Yəhya oğlu İmanov “Rəşadətli əməyə görə” nişanı ilə təltif edilsin”.
12.08.20 18:53
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1170#sigProId7def4a8677
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sahələrində müvafiq işlər görülür. Enerji təhlükəsizliyinin təmin olunması inkişaf deməkdir. Muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunmuş, bu ilin ötən dövründə Kəngərli rayonunda 3 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilib, Tivi Su Elektrik Stansiyasının təməli qoyulub. Şərurda da 5 meqavatlıq Günəş Elektrik Stansiyasının qurulması nəzərdə tutulub. Eyni zamanda təbii qaz təchizatının yaxşılaşdırılması məqsədilə İğdır-Naxçıvan qaz xətti çəkiləcək.
Səhifə 235 > 402-dən