28.07.20 16:48
Hörmətli izləyicilər!
Məlumdur ki, 2020-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan olunmuşdur.
Bildirilir ki, müsabiqənin vaxtı 2020-ci il 01 oktyabr tarixədək uzadılmışdır.
Müsabiqədə iştirak etmək istəyən gənclər yazı mətnini, dekorativ tətbiqi sənət və rəsm əsərini müvafiq anket ilə birlikdə 2020-ci il 01 oktyabr tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər.
Əlavə olaraq bidirilir ki, müsabiqəyə təqdim olunan yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Times New Roman şriftində (14), rəsm əsərləri A4 (21x30sm) və daha böyük ölçülərdə olmalıdır, dekorativ tətbiqi sənət və rəsm əsərləri isə müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.
Müsabiqə qalibləri münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Qaliblər təşkilatçılar tərəfindən müvafiq diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.
Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Əlaqələndirici şəxs: Tarverdi Məmmədov. Tel: 545-39-75
28.07.20 15:29
Hörmətli izləyicilər!
Məlumdur ki, 2020-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublikada yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, həvəskar və professional fotoqraflar arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda V muxtar respublika yaradıcılıq müsabiqəsi elan olunmuşdur.
Bildirilir ki, müsabiqənin vaxtı 2020-ci il 01 oktyabr tarixədək uzadılmışdır.
Müsabiqədə iştirak etmək istəyən gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər film və fotoları şəxsiyyət vəsiqəsinin surəti və müvafiq anket ilə birlikdə 2020-ci il 01 oktyabr tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər. Əlavə olaraq bidirilir ki, müsabiqədə bir müəllif 1 və ya son hədd 5 ədəd olmaqla film və foto ilə iştirak edə bilər.
Film (5 dəqiqədən artıq olmaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda); foto (5 ədəddən artıq olmamaq şərti ilə) CD və ya elektron daşıyıcılarda (1 ədəd diskdə və ya flaşkartda), 20 x 30 sm və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız formatda olmalıdır.
Müsabiqəyə təqdim olunmuş işlər “Ən yaxşı film” və “Ən yaxşı foto” nominasiyası üzrə münsiflər heyəti tərəfindən müəyyənləşdiriləcəkdir. Qaliblərə təşkilatçılar tərəfindən müvafiq diplom, qiymətli hədiyyə və pul mükafatı veriləcəkdir.
Ünvan: Naxçıvan şəhəri, H.Əliyev 42, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi.
Əlaqələndirici şəxs: Tarverdi Məmmədov. Tel: 545-39-75
27.07.20 14:28
2020-ci ilin 6 ayı ərzində görülən işlərlə bağlı kollegiya iclası keçirilmişdir
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1180#sigProId65ca5a0963
İclasda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaqların hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmış, görüş, iclas, tədbir, seminar, konfrans, monitorinqlər keçirilmiş, beynəlxalq günlər qeyd edilmiş və “Muzey günləri” çərçivəsində muzeyə gediş təmin edilmişdir. Muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar toplanmış, Komitədə yaradılmış bazaya əlavə edilmiş və müqayisəli təhlili aparılmışdir.
24.07.20 19:07
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1180#sigProId437d66357c
İyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Məlumat verilmişdir ki, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisinə 2019-cu ilin noyabr ayında başlanılmışdır. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə diametri 25 millimetrdən 280 millimetrə qədər olan plastik borularla 18,3 kilometr içməli su xətti çəkilmiş, ev birləşmələri aparılmış, 342 evə su verilərək sayğac quraşdırılmış, 2222 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Su şəbəkəsi üzərində 5 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 26 siyirtmə və 2 suboşaldıcı quraşdırılmışdır.
Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arası təzyiqlə verilir. Layihə çərçivəsində Şərur şəhəri və ətraf 5 kənd - Mahmudkənd, Yengicə, Zeyvə, Düdəngə və Cəlilkənd üzrə ümumilikdə 4906 ev və 170 müəssisə su şəbəkəsinə qoşulmuş, sakinlər Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən təmiz içməli su ilə təmin olunmuşlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Hər bir yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması vacib məsələdir. Su hardadırsa, həyat, sağlamlıq və təmizlik də oradadır. Ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının tərkib hissəsi kimi muxtar respubikamızda da əhalinin içməli və təsərrüfat suyu ilə təminatı diqqətdə saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Azərbacan Respublikası regionlarının sosial-iqtisafdi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bu işlər böyük əhəmiyyət daşıyır. Çünki dayanıqlı su təminatı əhalinin sosial problemlərinin həll olunması sahəsində görülən vacib işlərdəndir.
24.07.20 19:06
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1180#sigProIdf811e690f7
İyulun 24-də Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Əvvəlcə Arpaçay subölücüsündə yeni tikilmiş qalereyaya baxış olub. Məlumat verilib ki, “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə əsasən tikilmiş qalereya Arpaçay subölücüsündə gölün dibindən 6 metr dərinlikdə eni 1,3, hündürlüyü 2, uzunluğu isə 134 metrdir. Qalereyanın su sərfi saniyədə 1150 litr təşkil edir. Qalereyadan su anbarına qədər diametri 900 millimetr olan plastik borularla 1500 metr xətt çəkilmiş, üzərində 2 suboşaldıcı tikilmişdir. Su anbarlarından Şərur şəhərinə qədər isə 9,5 kilometr uzunluğunda plastik boru xətti çəkilmişdir. Arpaçay subölücüsünün ətrafında metal tordan 3200 metr uzunluğunda hasar çəkilmiş, 14 video-nəzarət kamerası quraşdırılmışdır.
Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksi barədə məlumat verən Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Yəhya Allahverdiyev demişdir ki, layihə üzrə tikinti işlərinə 2012-ci ildə başlanılmış, bugünədək Şərur şəhəri və ətraf 4 kənddə - Mahmudkənd, Yengicə, Zeyvə və Düdəngədə içməli su şəbəkəsi, Şərur şəhərində həm də kanalizasiya şəbəkəsi tikilmişdir. Şərur şəhər Sutəmizləyici Qurğular Kompleksinin tikintisinə 2019-cu ilin fevral ayında başlanılmışdır.
Daha ətraflı aqupdk.nakhchivan.az saytında
Səhifə 237 > 402-dən