Xəbərlər

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

ÇapE-poçt

18.07.23 17:32

 

Azərbaycan Respublikası Prezidentinin “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi haqqında” 2012-ci il 8 may tarixli 626 nömrəli, “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 591-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2013-cü il 10 aprel tarixli 861 nömrəli, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli, “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 23 fevral tarixli 1256 nömrəli və “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
 

Şərur rayonunda təlim keçirilib

ÇapE-poçt

15.07.23 17:48

 

2023-cü il iyul ayının 15-də dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı ailələrin üzvü olan qadınlar və yuxarı sinif şagirdləri arasında dekorativ tətbiqi sənətin bədii tikmə növü üzrə təlim keçirilib.
Şərur Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Surəyya Bəşirova tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva çıxış edərək bildirib ki, ölkənin ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar hər zaman xüsusi rol oynayır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi qadınların məşğulluğu diqqətdə saxlanılır. Əhalinin, eləcə də qadınların məşğulluğunun artırılması ilə əlaqədar hal-hazırda müvafiq işlər həyata keçirilir. Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar, eləcə də yuxarı sinif şagirdləri arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün Şərur rayonunda həyata keçirilən dekorativ tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə təliminin də görülən işlərin davamı olduğu qeyd edilib.
Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə hər zaman xüsusi diqqət yetirilir.
Təlim istedadlı qadın Səkinə Qarayevanın əyani vəsaitlərdən istifadə edərək başlaması ilə davam edib. Təlimdə sənətkarlıq sahəsi ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırılıb, eyni zamanda maraqla qarşılanıb.

 

 

 
 

“Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Bağırovlar ailəsi ilə görüş keçirilib

ÇapE-poçt

14.07.23 15:09


Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə 2023-cü il 14 iyul  tarixdə Culfa şəhərində yaşayan uzunömürlü nümunəvi – evliliklərinin 50 illiyi tamam olan Bağırovlar  ailəsində tədbir keçirilib.

Tədbiri açılış nitqi ilə  Culfa Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi – Mədinə Əlisoy açaraq tədbirin əhəmiyyətindən danışıb.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri  Könül Babayeva qeyd edib ki, nümunəvi uzunömürlü ailə ilə görüşün keçirilməsi “Ailələrimizi tanıyaq” layihəsinin icrası ilə bağlıdır. K.Babayeva layihənin mahiyyətindən bəhs edərək yeniyetmə və gənclərin iştirakı ilə ailə dəyərlərinin qorunaraq gənc nəslə çatdırılması, xüsusilə də uzunömürlü, nümunəvi ailələrin evlilik təcrübələrindən yararlanmaq hər zaman önəmli rol oynayıb. Müstəqilliyimizi bərpa etdiyimiz ilk illərdən başlayaraq, Azərbaycanda ailə dəyərlərinin qorunması və təbliği, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətləri kimi müəyyən olunub. Ulu öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də Prezident İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir. Vurğulayıb ki, Azərbaycan ailəsinin əsas bünövrəsi sayılan qadınlarımız tarix boyu minbir əzablara qatlaşaraq ailəsini qorumağa, çalışıblar. Ailədə kişi də, qadın da öz yerini tanımış, tarixən yaranıb formalaşmış adət və ənənələrə hörmətlə yanaşılmışdır. Xalqımızın tarixən qoruyub hifz etdiyi əxlaqi sərvət və normalar, ən ülvi nümunələr  ailə dəyərləri, adət -ənənələr gələcək nəsillərə ötürülməkdədir.

Sonda “Ailələrimizi tanıyaq” layihəsinin iştirakçısı olan uzunömürlü nümunəvi - evliliklərinin 50 illiyi tamam olan Bağırov Muxtar və ömür-gün yoldaşı Bağırova Südabə xanım öz həyatlarından, ailələrindən, əmək fəaliyyətlərindən və   övladlarından danışarkən qeyd ediblər ki, ailənin uzunömürlü olmasının ailədaxilində olan münasibətin qarşılıqılı hörmət , səbr və təmkinli olmaq və sevgiyə dayanaraq daha da mökhəm olması vacib şərtlərdəndir. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlıqlarını bildiriblər.  Tədbir fəal gənclər ilə diskussiya xarakterli, səmimi söhbətlə davam edib.

 
 

elan

ÇapE-poçt

13.07.23 17:37

"Ailə Könüllüləri" sıralarına qoşulmaq istəyənlərin nəzərinə!

 
 

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum uşaqlarla bağlı qanuna dəyişiklik edilib

ÇapE-poçt

13.07.23 12:17

 

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:
- 1-ci maddənin birinci hissəsi üzrə:
- üçüncü abzasa “hər iki valideyni” sözlərindən sonra “aşağıda qeyd olunan kateqoriyaların hər hansı birinə aid olan” sözləri əlavə edilsin;
-. on doqquzuncu abzas iyirminci abzas hesab edilsin və həmin abzasa “qəyyumun (himayəçinin)” sözlərindən sonra “, himayədar valideynin (himayədar ailənin)” sözləri əlavə edilsin;
- aşağıdakı məzmunda on doqquzuncu abzas əlavə edilsin:
“himayədar valideyn (himayədar ailə) - valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqları Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilmiş qaydada tərbiyə olunması üçün himayəyə götürən yetkinlik yaşına çatmış, hər iki cinsdən olan, ən azı ümumi orta təhsilli, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan şəxs (ər-arvad);”.
- 3-cü maddə üzrə:
- dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün qəyyumlara (himayəçilərə) aylıq, himayədar valideynlərə (himayədar ailəyə) verilən aylıq və birdəfəlik müavinətlərin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.”;
- aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar himayədar valideynlərə (himayədar ailəyə) verildikdən sonra da bu maddədə və bu Qanunun 5 – 8-ci maddələrində nəzərdə tutulmuş təminatlara olan hüquqlarını saxlayırlar.”.
- 7-ci maddənin dördüncü hissəsinə “qəyyumun (himayəçinin),” sözlərindən sonra “himayədar valideynin (himayədar ailənin),” sözləri əlavə edilsin.

 

 

 
 

Səhifə 18 > 402-dən

Joomla 1.5