Xəbərlər

Sərgi-satış başa çatıb

ÇapE-poçt

11.10.23 16:19

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət 10 günlük sərgi-satış başa çatıb.
Sərgi-satış çərçivəsində “Ən yaxşı əl işləri” müsabiqəsinin müxtəlif nominasiyalar üzrə qalibləri mükafatlandırılıb.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirib ki, 12 ildən artıq bir müddətdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satışlar təşkil olunur. Belə sərgi-satışların təşkil edilməsi qadınların məşğulluğunun təmin edilməsinə, onların və ailələrinin maddi və mənəvi rifah halının yüksəldilməsinə və milli dəyərlərin təbliğinə yönəldilib.
 

Uşaq hüquqlarının qorunması və təbliği ilə bağlı maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

10.10.23 17:23

 

2023-cü il 10 oktyabr tarixdə Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Ədliyyə Nazirliyi ilə birgə uşaq hüquqlarının qorunması və təbliği ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
Tədbir erməni qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partlaması ilə törədilən terror aktı nəticəsində, həmçinin lokal antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri Heydər Əliyev adına tam orta məktəbin direktoru Elmira Həsənova açaraq keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eltun Həziyev bildirib ki, bu cür maarifləndirmə tədbirlərinin orta məktəblərdə keçirilməsi vacibdir. E.Həziyev qeyd edib ki, uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır.
Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğunu qeyd edən E.Həziyev uşaqların fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı olduğunu vurğulayıb.
Daha sonra Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti aktları bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən, kiçik ədliyyə müşaviri Reyhanə Əsgərova bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etrmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənədin 1989-cu il noyabrın 20-də BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası olduğunu bildirən R.Əsgərova bu Konvensiyaya 189 ölkənin qoşulduğunu və Azərbaycan Respublikasının da Konvensiyanı 1992-ci ildə ratifikasiya etmiş olduğunu bildirib.
Tədbirdə şagirdlər dusskusiya xarakterli fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.

 

 

 
 

“Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır ” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

09.10.23 17:26

 

2023-cü il 09 oktyabr tarixində Ordubad şəhərində “Bərabər dayanıqlı ailə planlaşdırması uğursuz nikahların qarşısını alan əsas faktorlardandır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət ailə, qadın və uşaq siyasətindən,eləcə də ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılmasının əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün çalışmalıdır.
Sonra Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə slayd vasitəsilə çıxış edib. O, ailədə bərabərliyin, dayanıqlılığın necə olmasını, bərabər və dayanıqlı ailə planlaşdırmasının yollarından və planlaşdırmanın əhəmiyyətindən bəhs edib. Dayanıqlı ailədə ailə üzvləri arasında güclü bağlılığın, qarşılıqlı hörmətin, ünsiyyət və həmrəylik hisslərinin mövcudluğunun var olduğunu vurğulayıb, cəmiyyətin aktual məsələsi olan erkən nikah və onun fəsadları haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları fikir mübadiləsi aparıb, suallar cavablandırılıb. İştirakçıklara müvafiq mövzularda 70 maarifləndirici broşür paylanılıb və tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. Tədbirdən 55 nəfər yararlanıb.

 

 

 
 

Babək şəhərində təlim keçirilib

ÇapE-poçt

07.10.23 17:29

 

2023-cü il 07 oktyabr tarixində dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı ailələrin üzvü olan qadınlar və yuxarı sinif şagirdləri arasında dekorativ tətbiqi sənətin bədii tikmə növü üzrə təlim keçirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səbinə Abbasova tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək bildirib ki, ölkənin ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar hər zaman xüsusi rol oynayır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi qadınların məşğulluğu diqqətdə saxlanılır. Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.
Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar, eləcə də yuxarı sinif şagirdləri arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün Babək şəhərində həyata keçirilən dekorativ tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə təliminin də görülən işlərin davamı olduğu qeyd edilib.
Təlim istedadlı qadın Səkinə Qarayeva tərəfindən 30 nəfər arasında əyani vəsaitlərdən istifadə edilərək həyata keçirilib. Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

 
 

Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

06.10.23 17:38

 

2023-cü il 06 oktyabr tarixində Babək şəhərində “Qız övladlarımızı gələcəyin Azərbaycan qadını kimi böyüdək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Babək Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif Hacıyev tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək qeyd edib ki, “Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir və Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı ailə modellərindən biridir. Vurğulanıb ki, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görülməsi ölkədə həyata keçirilən uğurlu ailə, qadın və uşaq siyasətinin göstəricisidir. Ailə modeli, ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılması, əxlaq normaları, ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür. Ailədaxili münasibətlərin formalaşmasında, uşaqların tərbiyəsində ailə dəyərlərin mühüm rola malik olduğunu bildirən A.Məmmədova ailələrin möhkəm olması, ailədə hər iki tərəfin ailənin bütövlüyünün qoruması, o ailədə böyüyəcək övladların hərtərəfli və sağlam böyüməsi üçün ailə üzvlərinin qarşılıqlı anlaşaraq bu işin öhdəsindən gələ biləcəklərini qeyd edib.
Tədbirdə Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva slayd vasitəsilə çıxış edib. O, ailədə valideyn övlad münasibətləri, bəzi ailələrdə qız övladlarına ayrı-seçkiliyin qoyulması, onların təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunması, qızlarımızın erkən nikahdan qorunması, qızların ailə qurmağa, nikaha daxil olmağa hazır olması, sosial şəbəkələrin ailələrə və uşaqlara təsirləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq mövzularda 400-dən artıq broşür paylanılıb. Eyni zamanda tədbir iştirakçıları arasında mövzu ilə əlaqədar yazılı şəkildə sorğu keçirilib. Tədbirdən 45 nəfər yararlanıb.

 

 

 
 

Səhifə 13 > 402-dən

Joomla 1.5