Xəbərlər

“Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilib

ÇapE-poçt

14.10.23 16:48

 


2023-cü il 14 oktyabr tarixdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin siyasətdə 20 ilinin tamam olması ilə bağlı “Ailə, qadın və uşaq siyasəti son 20 ildə” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbirin əhəmiyyətindən bəhs edərək “Naxçıvan Muxtar Respublikasında 20 il ərzində dövlət ailə, qadın, uşaq siyasətinin inkişafı” mövzusunda məruzə edərək bildirib ki, 15 oktyabr 2003-cü il tarixində keçirilən seçkilərdə seçicilərin 76%-dən çoxu öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə verib və nəticədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsi son 20 ildə yeni prinsip və nümunələrlə zənginləşərək, ölkəmizi daha da irəli aparmıış və dünya dövlətləri arasında həm daxili, həm də xarici siyasəti ilə ölkəmiz ən qabaqcıl və qalib ölkə kimi tarixə düşdü. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanı bütün sahələr üzrə elə güclü və qüdrətli dövlətə çevirdi ki, ölkəmizə qarşı planlaşdırılan bütün məsələlər iflasa uğradı. Komitə sədri Azərbaycan Respublikasında ölkə rəhbərinin 20 il ərzində həyata keçirdiyi dövlət qadın, uşaq və gender siyasətindən bəhs edərək, bildirib ki, sosial sahədə mühüm işlər görülür, əhalinin, o cümlədən ailələrin, uşaqların sosial müdafiəsi istiqamətində tədbirlər həyata keçirilir. Son 20 ildə müvafiq sahədə qanunvericilik bazası təkmilləşdirildi, ölkəmiz

Ardını oxu...

 

“Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

13.10.23 16:41

 

2023-cü il 13 oktyabr tarixində Naxçıvan Tibb Kollecində “Şəxsi inkişaf və karyeranı qurmaq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Naxçıvan Tibb Kollecinin direktoru Sona Məmmədova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsi ilə çıxış edərək qeyd edib ki, şəxsi inkişaf və karyera planlaşdırması hər bir vətəndaş üçün önəmli əhəmiyyət kəsb edən mövzudur. Hər bir kəs öz şəxsi inkişafları ilə bağlı analiz etmə bacarığını, öz şəxsi inkişaf yollarını aydınlaşdırmağı bacarmalı, özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən edərək özünə uyğun kariyera qurmalıdır.
F.Hüseynova bildirib ki, təhsil almaqda, müəyyən bir sənətin mütəxəssisi olmaqda ən əsas məqsədlərdən biri uğurlu karyera qurmaqdır. Karyera – işçinin iş həyatı müddətində izləyə biləcəyi vəzifələr toplusudur. Karyera seçimi edərkən diqqət edilməsi lazım olan əsas 3 meyar bacarıqlar, maraqlar və dəyərlərin olmasıdır. Karyera planlaşmasında addım-addım irəliləmək və gənclərin fərqli sahələrdə işləməklərinin daha məqsədyönlü olduğu vurğulanıb. Karyeranın əsasən 4 mərhələdə formalaşdığını və burda daha çox inkişaf mərhələsində uğur qazanıldığı bildirilib. Kariyera seçimi edərkən müxtəlif səbəblərin olduğu da vurğulanıb. Tədbirdə karyera məqsədlərinin müəyyən edilməsindən şəxsi baxış strategiyasının vacibliyindən, karyera məqsədlərinin müəyyən edilməsində əsas hansı mərhələlərin rol oynadığında və şəxslərin hansı amilə görə işləmək istədikləri haqqında ətraflı məlumat verilib.
Daha sonra Naxçıvan Tibb Kollecinin metodisti Səidə Şahverdiyeva mövzu ilə bağlı öz fikirlərini bildirib.
​Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.Tədbirdən 88 nəfər yararlanıb.

 

 

 
 

Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

12.10.23 17:08

 

2023-cü il 12 oktyabr tarixində Culfa rayonunun Bənəniyar kəndində “Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri Culfa Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Mədinə Əlisoy açaraq, keçirilən tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsilə çıxış edib. Qeyd edib ki, ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısı olduğu kimi körpələr üçün də əvəzedilməz və ən ideal qidadır. Bu cür qidalandırma yalnız uşaq üçün ən yaxşı qidalandırma mənbəyi deyil həmçinin bu uşaq və ana arasında yaxın bağın formalaşmasına da kömək edir. Ana südünün uşağın normal inkişafı üçün vacib olduğunu deyən F.Hüseynova süddə olan qida maddələrinin ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə etdiyini bildirib. Ana südü ilə qidalanmanın anaya və ailə büdcəsinə olan faydaları ndan da bəhs edib.
Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü ,ana südü ilə qidalanmanın uşaqların inkişafına müsbət təsiri, ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığının vacibliyi barədə maarifləndirici tədbirlər görülür. Həmçinin ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və immun sisteminin gücləndirilməsinə böyük təsiri olduğu barədə məlumat verib.
Daha sonra Culfa Rayon Mərkəzi Xəstəxanasının Publik Hüquqi şəxsin ginekoloq-həkimi Zülfiyyə Ağayeva “Ana südünün əhəmiyyəti” mövzusunda tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbirdən 34 nəfər yararlanıb.

 

 

 
 

Maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

11.10.23 17:14

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şərur Rayon İcra Hakimiyyəti və Şərur Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə 2023-cü il 11 oktyabr tarixdə Şərur rayonu Vərməziyar kənd tam orta məktəbində “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda tədbir keçirilib.
Şərur Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Müşfiq Əsədov tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəməyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi aparatının Uşaq şöbəsinin müdiri Gülər Əhmədova bildirib ki, erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. dayanır. Erkən nikah probleminin özündə tarixi ənənə yükünü daşıması kimi yanlış stereotiplərin qalması, zorakılıqdan qorumaq məqsədilə valideynlərin qızları erkən nikaha təşviq etməsi, ailənin maddi vəziyyəti, qaçırılma hallarının baş verməsi erkən nikahın yaranma səbəblərindən bir neçəsidir. Erkən nikahın fəsadlarından danışarkən qeyd olunub ki, erkən nikah təhsilin effektiv şəkildə başa çatdıtrılmasına, peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilməsinə, eyni zamanda boşanma hallarının artmasına və bir sıra xəstəliklərin yayılmasına zəmin yaradır. Eyni zamanda qeyd olunub ki, erkən nikah heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi göstərilir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Elsun Cahangirli “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda çıxış edərək, vizual vəsaitlərdən istifadə etməklə tədbir iştirakçılarını məlumatlandırıb. Vurğulayıb ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçınılmazdır. Bu yaşda qurulan ailələr çox vaxt ailə funksiyasını yerinə yetirə bilmir, nəsil artımında böyük çətinliklərlə üz-üzə qalmış olur. Ana olmaq iqtidarında olmayan qızlar ana olmağa hazırlıq dövründə ciddi təhlükələrlə üzləşir, onlarda bir sıra xəstəliklərin yaranmasına şərait yaranır. Əksər hallarda isə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların doğulmasına, ananın və körpənin ölümünə gətirib çıxarır. Erkən yaşda oğlan və qızların ailə qurması həm həkimlər, həm də psixoloqlar tərəfindən düzgün hesab edilmir. Çünki onların fiziki və psixi cəhətdən formalaşması, inkişaf etməsi yetkinlik yaşına çatdıqdan sonra reallaşır. Erkən nikah halları fiziki, əqli, psixoloji və emosional təsirə malik olub, qızların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırmaqla yanaşı, yaşamaq üçün çox təhlükəli HİV, QİÇS, xərçəng və digər bu kimi xəstəliklərə yeni üfüqlər açır. E.Cahangirli diqqətə çatdırıb ki, Azərbaycan Respublikasında qəbul olunmuş normativ hüquqi aktların erkən nikah hallarının yaranmasına yol vermədiyini qeyd edərək, erkən nikah hallarına yol vermiş şəxslərin məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlər görülməkdədir.
Şərur Rayon Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektoru, polis kapitanı İsa Məhərrəmov qeyd edib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 176.1.1-ci maddəsində göstərilir ki, “Qadını nikaha daxil olmağa məcburetmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Bundan əlavə 176.1.2-ci maddədə qeyd olunur ki, “Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə - üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb. Sonda 45 nəfər tədbir iştirakçısına “Erkən nikah – ailə faciəsinin təməlidir” mövzusunda hazırlanmış broşür paylanılılb.

 

 

 
 

11 oktyabr Beynəlxalq Qızlar Günüdür" mövzusunda tədbir keçirilib

ÇapE-poçt

11.10.23 17:12

 

2023-cü il 11 oktyabr tarixində Sədərək rayonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sədərək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “11 oktyabr Beynəlxalq Qızlar Günüdür” mövzusunda tədbir keçirilib.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Pərviz Ağayev tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova çıxış edərək qeyd edib ki, bu günün keçirilməsində əsas məqsəd diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir.
Qızlar təhlükəsizlik, təhsil və sağlamlıq hüququna yalnız çətinlik çəkdiyi dövrdə deyil, həyatlarının hər bir yaş mərhələsində belə bir hüquqa malik olmalıdırlar. Yetkinlik dövründə hər bir dəstəyi alan qızlar gələcəkdə işçilər, sahibkarlar, mentorlar, ailə başçıları və siyasi liderlər ola bilmək üçün öz potensiallarını həyata keçirə və dünyaya daha yaxşı töhfələr verə bilərlər.
Uşaq və yeniyetmələrin, o cümlədən qızların əsl şəxsiyyət və vətəndaş kimi formalaşması üçün ailə də, dövlət də məsuliyyət daşıyır. Buna görə də Azərbaycanda uşaq, xüsusilə qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsində, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait yaradılmışdır.
Vurğulanıb ki, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil, sosial və digər sahələrdə gender bərabərliyinin inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görülməsi ölkədə həyata keçirilən uğurlu ailə, qadın və uşaq siyasətinin göstəricisidir. Ailə modeli, ailə dəyərləri və ailədə ailə dəyərlərinin yaşadılması, əxlaq normaları, ümumbəşəri dəyərlər məişətimizdə, adət-ənənələrimizdə mühafizə edilir və gələcək nəsillərə ötürülür.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva tədbirdə mövzu ilə bağlı fikirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Aparatın Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin aparıcı məsləhətçisi Zərnigar Orucəliyeva slayd vasitəsilə çıxış edib. O, ailədə valideyn övlad münasibətləri, bəzi ailələrdə qız övladlarına ayrı-seçkiliyin qoyulması, onların təhsilinin və milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin təşkil olunması, qızlarımızın erkən nikahdan qorunması, qızların ailə qurmağa, nikaha daxil olmağa hazır olması, sosial şəbəkələrin ailələrə və uşaqlara təsirləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, müvafiq mövzularda 100 broşür paylanılıb.Tədbirdən 63 nəfər yararlanıb.

 

 

 
 

Səhifə 12 > 402-dən

Joomla 1.5