Xəbərlər

“Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təs

ÇapE-poçt

13.07.23 12:13

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 879-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1. Müəyyən edilsin ki:
1.1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 68.4-1-ci maddəsində, 72.2-ci maddəsinin birinci (hər iki halda) və ikinci cümlələrində, 116.1-ci, 116.2-ci, 116.4-cü, 116.5-ci (hər iki halda), 116.6-cı (hər iki halda), 116.7-ci maddələrində, 116.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 116.10-cu, 116-1.1-ci, 116-1.3-cü, 116-1.4-cü maddələrində, 116-1.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 119.1-ci, 138-1-ci, 142.1-ci, 142.2.3-cü, 142.3-cü, 142.4-cü (hər iki halda), 142.5-ci, 142.7-ci, 142.8-ci (hər iki halda), 142.9-cu, 142.10-cu, 142.12–142.14-cü, 142-1.1-ci (hər iki halda) maddələrində, 142-1.3-cü maddəsinin birinci cümləsində, 142-1.7-ci, 142-1.7.11-ci maddələrində, 142-1.8-ci maddəsinin birinci və ikinci cümlələrində, 143.2-ci, 143.2.5-ci, 143.3-cü, 143.4-cü, 143-1.1-ci, 143-1.2-ci, 143-1.4-cü, 143-2.1–143-2.3-cü, 145.10-cu, 145-1.1.3–145-1.1.5-ci, 145-1.2.1-ci, 145-1.2.3–145-1.2.6-cı maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni şöbə müdiri təyin edilib

ÇapE-poçt

13.07.23 12:10

 

2023-cü il 12 iyul tarixdə imzalanan sərəncamla Tural Rəhman oğlu Rzayev Humanitar siyasət məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

 

 

 
 

Monitorinqlər davam etdirilir

ÇapE-poçt

12.07.23 14:58

 

 Naxçıvan Muxtar Respublikasında qadınlar tərəfindən sahibkarlıq və kiçik biznesin inkişafına, eləcə də  ailə təsərrüfatlarının qurulması və ya genişləndirilməsinə maddi dəstək göstərilir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq sahənin inkişafı ilə bağlı sosial layihələr icra olunur, qadınlara fəaliyyət istiqamətlərinin inkişafı və genişləndirilməsi üçün sərmayə kapitalı verilir.

Azərbaycan Mikromaliyyə Assosiasiyası və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən icra olunan  “Ailə rifahı naminə qadınları maarifləndirək” layihəsində sərmayə kapitalı alan 4 qadının iş yeri və evində sərmayə kapitalından düzgün istifadə olunması və ya müvafiq sahələrin qurulması ilə əlaqədar  2023-cü il 12 iyul tarixində monitorinq keçirilib.

Monitorinq zamanı məlum olub ki, layihə iştirakçıları olan Şahbuz rayon Qızıl Qışlaq kənd sakinləri Hüseynova Sevil Hacı qızı iribuynuzlu heyvandarlıq sahəsi, Məmmədova Zeynəb Yaqub qızı arıçılıq sahəsi, Şahbu şəhər sakinləri Baxşəliyeva Əsmər Fərman qızı konservləşdirmə  sahəsi, Vəlizadə Qumru Kirman qızı isə toxuculuq sahəsi üzrə sərmayə kapitalından öz təyinatlarına uyğun istifadə edərək fəaliyyət sahələrini qurublar. Monitoinq zamanı heç bir nöqsan aşkarlanmayıb.

Sərmayə kapitalı alan qadınlar məşğulluqlarının təmin olunması istiqamətində dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

 
 

E L A N

ÇapE-poçt

10.07.23 17:49


Babək rayon Şıxmahmud kənd sakinlərinin nəzərinə!
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə xanım Seyidovanın 18 iyul 2023-cü il tarixdə saat 11:00-da Babək rayonu Şıxmahmud Kənd İcra Nümayəndəliyinin inzibati binasında vətəndaşlarla görüşü nəzərdə tutulmuşdur.
Ailə, qadın və uşaq məsələsi ilə bağlı müraciət etmək istəyən vətəndaşlar qəbulda iştirak edə bilərlər.

 
 

Sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib

ÇapE-poçt

07.07.23 17:34


 2023-cü il 07 iyul tarixdə Şahbuz rayonu üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Cəlal Paşayev tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

 

Ardını oxu...

 
 

Səhifə 19 > 402-dən

Joomla 1.5