Xəbərlər

Babək rayonunda təlim keçirilib

ÇapE-poçt

05.08.23 14:06



2023-cü il avqust ayının 5-də dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı ailələrin üzvü olan qadınlar arasında dekorativ tətbiqi sənətin bədii tikmə növü üzrə təlim keçirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şəfa Babayeva tədbiri giriş sözü ilə açaraq tədbirin mahiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək bildirib ki, ölkənin ictimai, siyasi, sosial-iqtisadi və mədəni həyatında qadınlar hər zaman xüsusi rol oynayır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi qadınların məşğulluğu diqqətdə saxlanılır. Bildirilib ki, muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirilir.
Həmçinin qadınlar arasında, xüsusən də evdar və sosial qayğıya ehtiyacı olan qadınlar, eləcə də yuxarı sinif şagirdləri arasında xalq tətbiqi sənət nümunələrinin, milli dəyərlərin yaşadılması istiqamətində də işlər və sosial layihələr həyata keçirilir. Bu gün Babək rayonunda həyata keçirilən dekorativ tətbiqi sənət sahəsinin bədii tikmə növü üzrə təliminin də görülən işlərin davamı olduğu qeyd edilib.

Təlim istedadlı qadın Gülsüm Kəngərli tərəfindən 28 nəfər arasında əyani vəsaitlərdən istifadə edilərək həyata keçirilib. Təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

“Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

04.08.23 14:19

2023-cü il 04 avqust tarixində Kəngərli  rayon Xok kəndində “Həyata ilk addım ana südündən başlayır” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbiri Kəngərli  Rayon İcra Hakimiyyəti Aparatının  İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Həvva Əsədova açaraq, keçirilən tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova slayd vasitəsilə çıxış edib. Qeyd edib ki, ana südü milli-mənəvi dəyərlərimizin daşıyıcısı olduğu kimi körpələr üçün də əvəzedilməz və ən ideal qidadır. Bu cür qidalandırma yalnız uşaq üçün ən yaxşı qidalandırma mənbəyi deyil həmçinin bu uşaq və ana arasında yaxın bağın formalaşmasına da kömək edir. Ana südünün uşağın normal inkişafı üçün vacib olduğunu deyən F.Hüseynova süddə olan qida maddələrinin ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə etdiyini bildirib. Ana südü ilə qidalanmanın anaya və ailə büdcəsinə olan faydaları ndan da bəhs edib.

Ana südü ilə qidalanmanın təbliği məqsədi ilə tibb müəssisələri tərəfindən hamilə qadınlara və analara döşlə əmizdirilmənin vacibliyi və əhəmiyyəti, onun süni qidalanma ilə müqayisədə üstünlüyü ,ana südü ilə qidalanmanın uşaqların inkişafına müsbət təsiri, ana südü ilə qidalanmanın uşağın və ananın sağlamlığının vacibliyi barədə maarifləndirici tədbirlər görülür. Həmçinin ana südü ilə qidalanmanın uşağı yoluxucu xəstəliklərdən qorunması və immun sisteminin gücləndirilməsinə böyük təsiri olduğu barədə məlumat verib.

Daha sonra Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş  məsləhətçisi  Məhsəti Allahyarova “Ana südünün əhəmiyyəti” mövzusunda tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.

Tədbir diskussiya xarakterli olub, tədbir iştirakçıları ilə fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbirdən 40 nəfər yararlanıb.

 

 
 

Sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib

ÇapE-poçt

04.08.23 09:44


2023-cü il 03 avqust tarixində Culfa  rayonu üzrə fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyət ilə bağlı maarifləndirici seminar keçirilib.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşı Jalə Həsənova tədbirin mahiyyəti və əhəmiyyəti barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

 

Ardını oxu...

 
 

Həsənovlar ailəsində görüş keçirilib

ÇapE-poçt

03.08.23 12:54



Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müxtılif kateqoriyadan olan ailələrlə görüşün təşkil edilməsi artıq ənənə halını alıb. Növbəti görüş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 2023-cü il 03 avqust tarixdə Şərur rayon Yuxarı Daşarx kəndində yaşayan aztəminatlı, sağlamlıq imkanları məhdud Həsənovlar ailəsində baş tutub.
Görüş zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev və Şərur Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Kamal İsmayılov aztəminatlı, sağlamlıq imkanları məhdud ailələrə daim diqqət və qayğının göstərildiyini, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və müvafiq ailələrin sosial təminatlarının gücləndirilməsi istiqamətində ardıcıl olaraq tədbirlər həyata keçirildiyini qeyd ediblər.
Sonra ailənin problemləri ilə maraqlanılıb və ehtiyaclarına uyğun 17 adda, 31 kg ərzaq məhsulu köməklik göstərilib. Həmçinin vətəndaşın həyətyanı sahəsinin suvarma suyu ilə təmin olunması ilə bağlı Komitəyə etdiyi müraciəti də öz həllini tapıb.
Sonda sağlamlıq imkanları məhdud, I qrup əlil Həsənov Məhəmməd Cəfər oğlu dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirib, bu diqqət və qayğıya görə öz minnətdarlığını bildirib.

 
 

Məişət zorakılığından zərər çəkmiş və digər həssas qrupdan olan şəxslərin mülki işlərdə dövlət büdcə vəsaiti hesabına vəkillə təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə dəyişiklik edildi

ÇapE-poçt

28.07.23 12:35


26 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən ödənişsiz hüquqi yardımla əlaqədar Mülki Prosessual Məcəlləyə dəyişikliklər edilməsi ilə bağlı 09 iyun 2023-cü il tarixli Qanunun tətbiqinə dair Fərman imzalanmışdır. Qəbul edilmiş dəyişikliyə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxsin maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün dövlət hesabına peşəkar hüquqi yardım almaq hüququ müəyyən edilmişdir.

Məcəlləyə əlavə edilmiş 67-1-ci maddə vəkilin prosesdə dövlət hesabına iştirakının təmin olunması qaydasını müəyyən edir. Belə ki, vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. Məhkəmə qərarı ilə orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər, valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər, maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər məhkəmə qərarına əsasən dövlət hesabına ödənişsiz vəkil ilə təmin olunacaqlar.

 

 

 
 

Səhifə 16 > 402-dən

Joomla 1.5