Xəbərlər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasında çalışan dövlət qulluqçuları da vardır

ÇapE-poçt

23.06.20 18:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 23 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə bir qrup şəxs təltif edilmişdir. Təltif  olunanlar arasında Naxçıvan Muxtar Respublikasında çalışan  dövlət qulluqçuları da vardır.

Əliyev Mahir Nəcəf oğlu

Əsgərov Bəxtiyar Səyyad oğlu

Rəsulov Vaqif Nəcəfalı oğlu

“Tərəqqi” medalı ilə,

Abbasov Mahir Hüseyn oğlu

Abdinov Orxan Rza oğlu

Mahmudov Həsən Məmməd oğlu

Məmmədov Məhərrəm Məmməd oğlu

Nəbiyev Ramil Aslan oğlu

Nuriyev Vəli Talıb oğlu

Şərifov Əli Qara oğlu

Vəliyeva Vüsalə Səyyad qızı

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə  təltif edilmişlər.

 

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus verilib

ÇapE-poçt

22.06.20 19:27

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəqliyyat sektorunun inkişafı, xüsusilə sərnişindaşıma xidmətinin təkmilləşdirilməsi sahəsində müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün muxtar respublikada şəhərdaxili və rayonlararası sərnişindaşıma xidməti tələbata uyğun həyata keçirilir. Sərnişindaşıma təsərrüfatının maddi-texniki bazası ilbəil gücləndirilir, müasir avtobuslar alınaraq xəttə buraxılır.

İyunun 22-də Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə 6 yeni avtobus təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin rəisi Əli Hüseynəliyev çıxış edərək deyib ki, muxtar respublikada müasir standartlara cavab verən yolların çəkilməsi, bütün xidmət imkanlarına malik avtovağzalların istifadəyə verilməsi, beynəlxalq marşrutlarda, eləcə də Naxçıvan şəhərdaxili nəqliyyatda iritutumlu, yüksək komfortlu avtobusların xəttə buraxılması nəqliyyat xidmətinin inkişafına səbəb olub. Sərnişindaşıma sahəsində operativliyin və əhalinin rahatlığının təmin edilməsi məqsədilə son vaxtlar Naxçıvan şəhərdaxili nəqliyyatında 9 və 10 nömrəli marşrutlar açılıb, həmçinin Naxçıvan-Əshabi-Kəhf, Heydərabad-Naxçıvan, Boyəhməd-Naxçıvan, Kəngərli-Naxçıvan marşrutları fəaliyyətə başlayıb. Hazırda muxtar respublikada rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib, sərhəd və ucqar dağ kəndlərinə işləyən avtomobillərin hərəkətinə diqqət artırılıb. Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilib. Təqdim olunan yeni avtobuslar bu sahədə görülən işlərin davamıdır. Əli Hüseynəliyev muxtar respublikada nəqliyyatın inkişafına göstərilən qayğıya görə kollektiv adından minnətdarlıq edib.

Ardını oxu...

 
 

Yaşıllıqlara qulluq sağlamlığımızı qoruyur

ÇapE-poçt

20.06.20 19:12

Naxçıvanda iməcilik keçirilib

Muxtar respublikada həyata keçirilən ekoloji siyasət nəticəsində geniş yaşıllıq zolaqları, meyvə bağları salınmışdır. Bu da ekoloji durumun yaxşılaşdırılmasına mühüm töhfələr verir. İməciliklər zamanı ağaclara aqrotexniki qulluq göstərilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Görülən işlərin nəticəsidir ki, insanlar təbiətlə bir vəhdət şəklində yaşayır, zəngin flora və faunamız qorunur.

İyunun 20-də muxtar respublikada iməciliklər keçirilib, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivləri Babək rayonunun Nəzərabad kəndi yaxınlığındakı terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak ediblər. Ötən illərdə meyvə bağında 10 minə yaxın müxtəlif meyvə, meşə və dekorativ ağacları, eləcə də üzüm kolları əkilmişdir. Lazımi aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, artıq ağaclar məhsul verir.

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

ÇapE-poçt

19.06.20 16:43

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə aşağıdakı dəyişikliklər edilsin:

1. Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilsin, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilsin.

2. Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilsin, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

3. Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilsin, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyun 2020-ci il

 
 

“Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

19.06.20 16:41

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Ardını oxu...

 
 

Səhifə 242 > 401-dən

Joomla 1.5