Xəbərlər

Muğancıq-Mehrab Kənd mərkəzinin açılışı olub

ÇapE-poçt

18.05.20 19:50

Mayın 18-də Muğancıq-Mehrab Kənd Mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, binada Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərini əhatə edən inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, klub, arxiv, kitabxana və 44 yerlik zal yerləşir. Kitabxana fondunda 3572 kitab vardır.

Rabitə evində poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülmüş, eyni zamanda 192 nömrə tutumlu yeni nəsil ATS quraşdırılmışdır. Kənddə 78 internet istifadəçisi vardır.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 206 üzvü vardır ki, onların da 40-ı gənc, 57-si isə qadındır.

Kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Xəstəliklərə qarşı vaxtında dərmanların vurulması, dezinfeksiya işlərinin aparılması sağlam heyvandarlıq məhsullarının istehsalına imkan verir.

Ardını oxu...

 

Davamlı inkişaf, yüksək rifah, təhlükəsiz həyat

ÇapE-poçt

18.05.20 19:46

Şərur rayonunun Muğancıq-Mehrab, Muğancıq-Müslüm və Məmmədsabir kəndlərində kompleks quruculuq işləri aparılıb

Bu gün ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının yüksəlməsinə və rahat yaşayışına hesablanıb. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”,- deyən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Şəhər, qəsəbə və kəndlərdə yeni sosial obyektlər inşa olunur, əhalinin rahat yaşayışı təmin edilir. Bu sahədə görülən işlər Şərur rayonunun da hərtərəfli inkişafına səbəb olub. Rayonun yaşayış məntəqələrində tikinti-quruculuq və abadlıq tədbirləri geniş vüsət al;b.

Muğancıq-Mehrab kənd tam orta məktəbinin

yeni binası istifadəyə verilib

Mayın 18-də Muğancıq-Mehrab kənd tam orta məktəbinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 224 şagird yerlik iki mərtəbəli məktəbdə 16 sinif otağı, kimya, fizika və biologiya laboratoriyaları, hərbi kabinə, şahmat, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı yerləşir. Məktəbin kitabxana fondunda 905-i dərslik və 2760-ı bədii ədəbiyyat olmaqla 3665 kitab vardır. Burada ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən, eləcə də oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılıb.

Ardını oxu...

 
 

Naxçıvan məktəbliləri beynəlxalq müsabiqədə qızıl medala layiq görülüb

ÇapE-poçt

18.05.20 18:41

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin XI  sinif şagirdləri Sabirə Məmmədova və Abdulla Əliyevin 21 səhifəlik "Bizim diyarın möcüzəvi mineral suları" layihəsi Moskvada keçirilən “Bizim yaşadığımız dünya: məktəblilərin təlim-tədris və tədqiqat qrup layihələrinin II Açıq Beynəlxalq müsabiqəsi”nə göndərilib və münsiflər heyəti tərəfindən yoxlamadan keçərək müsabiqənin saytına yerləşdirilib.

Hər iki məktəbli  “Ximiya ot a do ya” (Химия от А до Я)" Beynəlxalq onlayn müsabiqədə şifahi iştirak edərək qızıl medala və I dərəcəli diploma  layiq görülüblər.

Qeyd edək ki, layihənin rəhbəri AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun "Hidrogeologiya və mineral sular" laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.

Fizzə Məmmədova isə beynəlxalq müsabiqədə fəxri fərmana layiq görülüb.

 
 

Naxçıvan məktəblisi beynəlxalq müsabiqədə diploma layiq görülüb

ÇapE-poçt

16.05.20 17:59

Moskvada keçirilən Məktəblilərin “Elmə start” IX Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsində iştirak edən Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin X sinif şagirdi İlhamə Novruzova ikinci dərəcəli diplomla mükafatlandırılıb. Onun layhə rəhbəri AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun əmkdaşı, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.

Fizzə Məmmədova isə beynəlxalq müsabiqənin sertifikatını alıb.

Məktəblilərin intellektual potensialının, elmi-tədqiqat və yaradıcılıq fəaliyyətinin yüksəldilməsi məqsədilə təşkil edilən beynəlxalq müsabiqədə 20 bölmə üzrə 1510 layihə iştirak edib. İlhamə Novruzovanın “Həyatın melodiyası – kimya” layihəsi II yerə layiq görülüb və ən yaxşı layihə kimi “Məktəblilərin Beynəlxalq Elm Xəbərləri” jurnalına dərcə göndərilib.

Qeyd edək ki, “Elmə start” Beynəlxalq müsabiqənin yekun mərhələsi 12-15 oktyabr tarixlərdə Soçidə keçiriləcək.

 
 

Kəngərli rayonunda uzunömürlü ailə ilə görüş keçirilmişdir

ÇapE-poçt

16.05.20 10:33

15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar digər bir tədbir isə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Kəngərli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Kəngərli rayonunun Qarabağlar kəndində yaşayan Abbas Məmmədovun ailəsində keçirilmişdir. Keçirilən tədbirdə Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Səriyyə Qurbanova və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının rəhbəri Eltun Həziyev muxtar respublikada ailələrə göstərilən dövlət qayğısından ətraflı bəhs etmiş, ailəni 15 may – Beynəlxalq Ailə Günü ilə əlaqədar təbrik etmiş, onlara can sağlığı və firəvan həyat arzulamışlar. Evliliyinin 67 ili tamam olan uzunömürlü ailə başçısı Abbas Məmmədov ailəsinin qayğısına qalaraq, bu uzunömürlü ailəni qoruyub saxlamışdır. Ailənin 6 övladı, 9 nəvəsi və 5 nəticəsi vardır.

Ailəyə bayram sovqatı verilmişdir.

Abbas Məmmədov ailəsinə göstərilən qayğıya görə dövlətimizə minnətdarlığını bildirmişdir.

Qeyd edək ki, keçirilən görüşlər mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

 
 

Səhifə 249 > 401-dən

Joomla 1.5