Xəbərlər

Ordubad rayonunda uzunömürlü ailə ilə görüş keçirilmişdir

ÇapE-poçt

16.05.20 10:23

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ordubad rayonunun Behrud kəndində yaşayan uzunömürlü ailə, evliliyinin 62 ili tamam olan Sadiqovlar ailəsi ilə görüş keçirilmişdir.

Görüş zamanı Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirmişlər ki, cəmiyyətin formalaşmasında və inkişaf etməsində ailə mühüm vasitədir. Bu gün muxtar respublikada yaşayan bütün kateqoriyadan olan ailələrə, o cümlədən uzunömürlü ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir və bu qayğı ildən-ilə artır. Bugünkü tədbirin keçirilməsi də ailələrə göstərilən qayğının davamıdır.

Çıxışlarının yekununda ailəni 15 may – Beynəlxalq Ailə Günü münasibətilə təbrik etmiş, onlara can sağlığı və firəvan həyat arzulamışlar.

Ordubad rayonunun Behrud kənd sakini, evliliyinin 62 ili tamam olan Qüdrət Sadiqov ömrünü müəllimlik kimi şərəfli və məsuliyyətli bir peşəyə həsr edərək gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuşdur. Behrud kənd tam orta məktəbində 27 il direktor müavini, 6 il direktor vəzifəsində fəaliyyət göstərmişdir. Həmçinin Qüdrət Sadiqov gənc ailələrə örnək, uzunömürlü və çoxuşaqlı ailə başçısı olmuşdur. Nümunəvi ailə başçısı olan Qüdrət Sadiqovun 10 övladı, 25 nəvəsi, 20 nəticəsi və 2 kötücəsi vardır. Ailəyə bayram sovqatı verilmişdir.

Ardını oxu...

 

Muxtar respublikanın ən uzunömürlü ailəsinin başçısı, ikinci dünya müharibəsi veteranı, Məhəmmədəli Sultanovun 100 illik yubileyi keçirilmişdir

ÇapE-poçt

16.05.20 10:17

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 15 may – Beynəlxalq Ailə Günü münasibətilə silsilə tədbirlər həyata keçirilmişdir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ən uzunömürlü ailəsinin başçısı olan, Məhəmmədəli Sultanovun 100 illik yubileyi keçirilmişdir.

Ordubad rayonunun Tivi kəndində yaşayan, evliliyinin 74 ili tamam olan, ikinci dünya müharibəsi veteranı Məhəmmədəli Sultanovun yubileyi ilə əlaqədar keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək keçirilən tədbirdə muxtar respublikamızda ahıl insanlara, eləcə də veteranlara göstərilən qayğıdan ətraflı bəhs etmişlər. Bildirmişlər ki, ahıl insanlar daim diqqət və qayğı ilə əhatə olunurlar, onların sosial müdafiəsi günü-gündən yaxşılaşır. Həmçinin muxtar respublikada yaşayan ahılların mütəmadi olaraq yubileyləri qeyd olunur. Bu yubileylərin xüsusi qeyd olunması cəmiyyətimizin hər bir üzvünün unudulmadığının göstəricisidir.

Ardını oxu...

 
 

Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib

ÇapE-poçt

15.05.20 20:34

Muxtar respublikada informasiya-kommunikasiya sisteminin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi sahəsində kompleks tədbirlər həyata keçirilir. Maddi-texniki bazanın gücləndirilməsi iqtisadiyyatın bütün sahələrində yeni texnologiyaların uğurla tətbiqinə, yaşayış məntəqələrində poçt-rabitə xidmətlərinin səviyyəsinin yüksəldilməsinə səbəb olub. Hazırda muxtar respublikanın ən ucqar dağ kəndi də sürətli internetlə təmin olunub, sakinlərin yeni texnologiyaların imkanlarından və müasir rabitə xidmətindən istifadəsinə lazımi şərait yaradılıb.

Mayın 15-də Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikasının Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimalıyev çıxış edərək deyib ki, muxtar respublikada rabitə sektoruna investisiyaların cəlbi müasir infrastrukturun qurulmasına səbəb olub. Artıq muxtar respublikada tam kəsintisiz telekommunikasiya sistemi mövcuddur. Naxçıvanın beynəlxalq Trans-Avrasiya fiber-optik magistrallarına ikitərəfli çıxışı təmin edilib. Fiber-optik kabel xətləri üzərində qurulan iritutumlu telekommunikasiya şəbəkələri elektron hökumət, bank, maliyyə, vergi, təhsil, səhiyyə və digər sahələr üzrə elektron xidmətlərin təşkilinə imkan verir. Muxtar respublikanın hazırda qlobal internet sisteminə dördtərəfli çıxışı təmin edilib, bütün yaşayış məntəqələri genişzolaqlı sabit və 4-cü nəsil mobil internet xidmətləri ilə təmin olunub. Rabitə sahəsində həyata keçirilən kompleks tədbirlərin davamı olaraq Culfa rayonunda Yeni Nəsil Telekommunikasiya Sistemi və Rabitə Evi istifadəyə verilir. Vüsal Sevdimalıyev yaradılan şəraitə görə bütün rabitə işçiləri adından minnətdarlıq edib.

Ardını oxu...

 
 

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub

ÇapE-poçt

15.05.20 19:59

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Biz müstəqillik şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub yaratmalıyıq”.

Bu gün muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən inkişaf, sabitlik və rifah ümummilli liderin siyasi xəttinin bəhrəsidir. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri insan amilinə verilən dəyəri ifadə edir. Rayonda dayanıqlı iqtisadi sistemin formalaşdırılması, yeni iş yerlərinin açılması sakinlərin rahat yaşayışına səbəb olub, abadlıq-quruculuq tədbirləri Culfa şəhərini müasir görkəmə qovuşdurub.

Mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, görülən işlərlə tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev prospekti yenidən qurulmuş, 2700 metrlik avtomobil yolu genişləndirilərək yeni asfalt örtük salınmış, 78 su keçidi qoyulub. 4 zolaqlı yolda 58 yeni işıqlandırma dirəyi quraşdırılıb, kənarlarda səki salınıb, 2053 metr uzunluğundakı suvarma sistemləri yenisi ilə əvəz olunub.

Ardını oxu...

 
 

Ailə modelimiz qorunur və nəsildən-nəslə yaşadılır

ÇapE-poçt

15.05.20 10:35

15 may - Beynəlxalq Ailə Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi Azərbaycan Respublikasında da geniş şəkildə qeyd olunur.

Cəmiyyətin əsasını təşkil edən ailə bəşər tarixinin təşəkkül tapdığı vaxtdan mövcuddur. Min illər ərzində, tarixin bütün dövrlərində ailə cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Öz dəyərlər sistemini formalaşdıran və qoruyub saxlayan bütün xalqlar ailəyə həmişə müqəddəs münasibət bəsləmişdir. Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir. Bu baxımdan xaqımızın mükəmməl dəyərlər sistemi mövcuddur ki, buna görə də ölkəmizdə ailə müqəddəs hesab olunur.

Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəs hesab olunan, tarixən formalaşmış milli-əxlaqi dəyərlər üzərində qurulan, eyni zamanda bu dəyərləri özündə yaşadaraq gələcək nəsillərə çatdıran Azərbaycan ailəsi öz möhkəmliyi ilə bu gün də müstəsna modeli ilə digər ölkələrlə müqayisədə fərqlənir. Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli dəyərlər sistemimizin möhkəmliyindən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə qurulan ailə brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən-nəslə yaşadılır.

Ardını oxu...

 
 

Səhifə 250 > 401-dən

Joomla 1.5