Xəbərlər

Xidmət mərkəzində 4 kənd sakini işlə təmin olunub

ÇapE-poçt

18.05.20 20:13

Muxtar respublikamızın kənd yaşayış məntəqələrində müasir xidmət obyektlərinin tikintisi mühüm əhəmiyyət daşıyır.

Həmin gün Məmmədsabir kəndində xidmət mərkəzi istifadəyə verilib.

Məlumat verilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar fəaliyyət göstərir. Mərkəzdə 4 sakin işlə təmin olunmuşdur. İşlə təmin olunanlar minnətdarlıq ediblər.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kəndində aparılan quruculuq işləri münasibətlə sakinləri təbrik edərək deyib: Bu gündən etibarən Məmmədsabir kəndi muxtar respublikanın abad kəndləri sırasına qoşulur. Kənddə yol, kənd mərkəzi, həkim ambulatoriyası, xidmət mərkəzi və rabitə sistemi müasir səviyyədə qurularaq sakinlərin istifadəsinə verilir. Münbit torpaqlara malik olan kənd muxtar respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir. Eyni zamanda sakinlər öz ailə büdcələrini yaxşılaşdırırlar. Dövlət bu tədbirləri ona görə görür ki, kəndlərimizdə məskunlaşma artsın, torpaqlardan səmərəli istifadə olunsun. Məmmədsabir kəndində aparılan geniş quruculuq işləri bunu bir daha təsdiq edir. Ona görə də sakinlər yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməli, pay torpaqları ilə yanaşı, bələdiyyə mülkiyyətində olan torpaqlar da icarəyə götürülüb əkilməlidir. Çünki dövlətimizin əsas məqsədi ondan ibarətdir ki, kənddə yaşayan insanlar rahat yaşasın, torpaqlardan səmərəli istifadə olunsun və ölkəmiz inkişaf etsin.

Ardını oxu...

 

Kənddə tibbi xidmətin səviyyəsi yüksəlib

ÇapE-poçt

18.05.20 20:10

Sakinlərin sağlamlığının etibarlı təminatı qarşıda duran ən mühüm vəzifələrdəndir. Ona görə də səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, kənd yaşayış məntəqələrində tibb müəssisələri tikilərək istifadəyə verilir.

Mayın 18-də Məmmədsabir kəndində həkim ambulatoriyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Həkim ambulatoriyasında 8 otaq - baş həkim, stomatoloq, palata doğuş, peyvənd, aptek, qeydiyyat və manipulyasiya otaqları vardır. Tibb ocağı ən müasir müayinə və müalicə avadanlıqları,  stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa, hemometr, qlükometr, tərəzi, boyölçən, soyuducu və digər tibbi avadanlıqlar, elektroterapiya və ultrasəslə müalicə, ultrayüksək tezlikli cərəyanla müalicə aparatları, parafin əritmə qazanı və solyuks lampası ilə təmin olunub.

Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb, peyvəndlərin vaxtlı-vaxtında vurulması və hamilə qadınlara patronaj  xidmətinin təşkili ilə bağlı tapşırıqlar verib.

 
 

Məmmədsabirdə yeni kənd mərkəzi inşa olunub

ÇapE-poçt

18.05.20 20:01

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Məmmədsabir kənd mərkəzinin açılışını edib.

Bildirilib ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub, arxiv, zal və statistika işçisi üçün otaqlar var.

Kənd kitabxanasında 3137 ədəbiyyat oxucuların istifadəsinə verilib. Yeni Azərbaycan Partiyası  Məmmədsabir  kənd ərazi ilk təşkilatının 123 üzvü vardır. Onlardan 34-ü gənclər, 39-u isə qadınlardır. Binada 50 yerlik iclas zalının istifadəyə verilməsi mədəni-kütləvi və maarifləndirici tədbirlərin keçirilməsinə imkan verəcəkdir.

Rabitə evində poçt bölməsi fəaliyyətə başlamışdır. Burada 256 nömrə tutumlu yeni nəsil ATS qurulmuş, genişzolaqlı və sürətli internetə çıxış imkanı yaradılmışdır. Hazırda kənddə 120 internet istifadəçisi vardır.

Bina istilik sistemi ilə təchiz olunmuş, həyətdə abadlıq işləri aparılmışdır.

 
 

Xidmət mərkəzi sakinlərin rahatlığının təminatıdır

ÇapE-poçt

18.05.20 19:57

Mayın 18-də Muğancıq-Mehrab kəndində xidmət mərkəzinin də açılışı olub.

Açılışı bildirən lent kəsildikdən sonra Ali Məclisin Sədrinə məlumat verilib ki, 6 nəfərin işlə təmin olunduğu mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və 2 anbar fəaliyyət göstərir.

Ali Məclisin Sədri xidmət mərkəzində yerli istehsal və ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.

Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Muğancıq-Mehrab və Muğancıq-Müslüm kəndlərində aparılan abadlıq işləri əlamətdar hadisədir. Bu kəndlərdə 1830-dan artıq əhali yaşayır. Kənddə uşaqların yaxşı təhsil alması üçün müasir məktəb, dövlət qurumlarının fəaliyyət göstərəcəyi kənd mərkəzi, əhalinin gündəlik mallara olan təlabatının ödənilməsi üçün xidmət mərkəzi istifadəyə verilmişdir. Eyni zamanda qaz, elektrik və rabitə sistemi də yenidən qurulmuşdur. Kəndlərdə əsasən arıçılıq, maldarlıq və tərəvəzçilik inkişaf edib. Yaradılan şərait imkan verir ki, kənd əhalisi bol məhsul istehsal edərək bazara çıxarsın, o cümlədən dövlətin qəbul məntəqlərinə təhfil versinlər. Həmçinin kənddə yeni evlər tikilir, insanların yaşayış şəraiti yaxşılaşdırılır. Bütün bunlar da ölkəmizin bu kəndlərin timsalında ümumi inkişafının göstəricisidir. Bu gün təkcə şəhər və rayon mərkəzləri deyil, kəndlərimiz də abadlaşır, inkişaf edir. Kənd və şəhər arasındakı fərq ortadan qaldırılır, məktəblər müasir tələblər səviyyəsində qurulur. Ötən il Muğancıq-Mehrab kənd tam orta məktəbinin 3 məzunu olub və onların hər biri ali məktəblərə qəbul olunub, ikisi yüksək nəticə göstərib. Kəndin əsas inkişaf göstəricilərindən biri də məktəblə valideynlər arasında olan əlaqədir. Çünki təhsil sahəsində uğura yalnız məktəb kollektivinin və ailənin birgə tələbkarlığı, eləcə də şagird çalışqanlığı nəticəsində nail olmaq mümkündür.

Ardını oxu...

 
 

Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolu yenidən qurulub

ÇapE-poçt

18.05.20 19:54

Müasir yol-nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının göstəricisidir. Ona görə də Naxçıvan Muxtar Respublikasında avtomobil yolları yenidən qurulur, bütün kəndlərdə müasir yol şəbəkələri yaradılır.

Mayın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarxun-Muğancıq-Mehrab-Məmmədsabir kənd avtomobil yolunun açılışını edib.

Bildirilib ki, 3270 metr uzunluğundakı avtomobil yolu yenidən qurulmuş, asfalt  örtük salınıb. Eyni zamanda 5200 metr uzunluğundakı kənddaxili yollar təmir olunub. Tikinti işləri aparılarkən yolun üzərində 147 su keçidi qoyulub, 2716 metr beton kanal çəkilib.

 
 

Səhifə 248 > 401-dən

Joomla 1.5