Xəbərlər

Sosial qayğıya ehtiyacı olanlara mənzillər və minik avtomobili təqdim olunmuşdur

ÇapE-poçt

21.12.18 10:04

Dekabrın 20-də Şərur rayonunda sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə və 1 hərbi xidmət dövrü əlilinə mənzil təqdim olunmuş, 1 Çernobıl əlilinə isə “NAZ-Lifan 320” markalı minik avtomobili verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə mənzil və avtomobillə təmin olunanlara təşəkkürünü bildirmiş, onlara yeni mənzillərində rahat və firavan həyat arzulamış, mənzillərin orderlərini və avtomobilin açarını təqdim etmişdir.

Ardını oxu...

 

Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilib

ÇapE-poçt

21.12.18 09:40

Şərur rayonu qədim tarixə malikdir. Min illər boyu əcdadlarımız bu torpaqda ardıcıl həyat sürmüş, zəngin mədəniyyət və dəyərlər sistemi formalaşdırmışlar. Bəşər sivilizasiyasının ilkin dövrünün yadigarları olan Oğlanqala, Qazma mağarası, Ovçular təpəsi və Qız qalası kimi qədim yaşayış yerlərində aparılan tədqiqatlar Naxçıvan tarixinin öyrənilməsində yeni mərhələ təşkil edir. Bu gün Şərur rayonunun tarixi sistemli şəkildə tədqiq və təbliğ olunur. Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi də bu tədbirlərin davamıdır.

Dekabrın 20-də Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikasının əhalisinin sayı açıqlanıb

ÇapE-poçt

20.12.18 10:30

Naxçıvan Muxtar Respublikası əhalisinin sayında artım baş verib.

NUHÇIXAN.AZ informasiya agentliyinin verdiyi məlumata əsasən, 1 noyabr 2018-ci il tarixə muxtar respublika əhalisinin sayı bir il öncəyə nisbətdə 3,3 min nəfər artaraq 455 min 592 nəfər olub.

 
 

Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

20.12.18 09:20

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci il 28 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 (yüz) manat məbləğində birdəfəlik yardım ödənilsin.

2. Birdəfəlik yardımın maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində ünvanlı dövlət sosial yardımı və sosial müavinətlər üçün nəzərdə tutulmuş vəsaitin xərclənməmiş qalıq hissəsindən 5,0 (beş) milyon manat ayrılsın.

Ardını oxu...

 
 

Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilmişdir

ÇapE-poçt

19.12.18 09:20

Dekabrın 17-də Şahbuz şəhərində təmizləyici qurğular sistemi istifadəyə verilmişdir.

Ardını oxu...

 
 

Səhifə 393 > 402-dən

Joomla 1.5