Xəbərlər

Uşaqlara qış geyimləri verildi

ÇapE-poçt

07.11.18 17:50

Sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimlərinin verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək qeyd ediblər ki, Naxçıvan Muxtar Respublikasında uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan uşaqlar, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Həmçinin onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi dövlətin diqqət mərkəzində saxlanılır, sosial vəziyyətlərinin yaxşılaşması üçün tədbirlər görülür.

Sonra uşaqlara qış geyimləri təqdim olunmuşdur.

Tədbirdə iştirak edən valideyn Oktyabrski Mahirə göstərilən diqqət və qayğıya görə dövlətimizə öz minnətdarlığını bildirib.

Ardını oxu...

 

Saltaq kəndində tədbir keçirilmişdir

ÇapE-poçt

25.10.18 14:40

Culfa rayonunun Saltaq Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Səfərova açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Tədbirdə “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, möhkəm ailə sağlam cəmiyyətin təməlidir. Milli-mənəvi dəyərlər məhz ailədə qorunub saxlanaraq nəsildən-nəslə ötürülür. Ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu böyükdür. Hər bir ailədə dünyaya gələn körpəni milli vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri övladlarına aşılamaq qadının-ananın müqəddəs amalıdır. Ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər tərəfindən xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərməkdən ibarət olmalı, yəni onlara sağlam həyat tərzi aşılamalı, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar istiqamət verməlidirlər. Bunun üçün hər şeydən əvvəl valideynlər uşaqlarını zərərli vərdişlərdən çəkindirməli, ailə qurduğu zaman ona düzgün yol göstərməli, tələsməməyə, tam hazır olduqda bu addımı atmasına icazə verməlidir. Komitə sədri qeyd etmişdir ki, həmçinin nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.

Ardını oxu...

 
 

“Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir

ÇapE-poçt

18.10.18 15:27

Şahbuz rayonunun Qızıl Qışlaq Kənd Mərkəzində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir. Tədbiri Şahbuz Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Nubar Hüseynbəyli açaraq belə tədbirlərin əhəmiyyətindən danışıb.

Tədbirdə “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, tarixən ailə xalqımızın milli düşüncəsində mühüm yer tutmuş, cəmiyyətin özəyini təşkil etmişdir. Milli-mənəvi dəyərlər məhz ailədə qorunub saxlanaraq nəsildən-nəslə ötürülmüşdür. Ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu danılmaz bir faktdır. Bu gün dünyaya gələn uşağı milli ruhda böyütmək, cəmiyyətə layiqli vətəndaş hazırlamaq baxımından qadınların üzərinə böyük məsuliyyət düşür. Qadınlarımız nəsillərarası münasibətin qorunub saxlanmasına, ailələrdə böyüyən övladlarının bütün əxlaqi keyfiyyətlərə yiyələnməsinə, torpağına, elinə bağlı ruhda tərbiyə olunmasına çalışmalıdır. Faktdır ki, tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.

Ardını oxu...

 
 

Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 2018-ci ilin 9 ayı ərzində görülən işlər

ÇapE-poçt

15.10.18 11:50

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, təhsil hüquqlarının təmin olunması diqqət mərkəzində saxlanılır.

Sağlamlıq imkanları məhdud uşaqların layiqli vətəndaş kimi formalaşması, cəmiyyətə inteqrasiya olunması, təhsilə cəlbinin davamlılığının təmin olunması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

Bu proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq tədbirlər həyata keçirir. Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılır, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılır, uşaqların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyyə olunur. Cari ilin ötən dövrü ərzində də Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Ardını oxu...

 
 

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar

ÇapE-poçt

13.10.18 15:25

Məlumdur ki, 2018-ci ilin 28 sentyabr tarixindən 8 oktyabr tarixinədək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının Tədbirlər Planına əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirilmişdir. Sərgi-satışda 188 müəllifin 2427 əl işi sərgilənmiş, 700-ə yaxın əl işi satılmışdır. Həmin sərgi-satışda sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların toxuduqları yun paltarlardan 150-ə yaxını muxtar respublikanın ümumtəhsil məktəblərində təhsil alan bir qrup uşaqlara hədiyyə olunmuşdur.

Ardını oxu...

 
 

Səhifə 397 > 402-dən

Joomla 1.5