Xəbərlər

Muzey ziyarət olunub

ÇapE-poçt

29.11.18 18:12

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivlərinin  muzeylərə gedişi təmin olunur. Muzeylərin tariximizin, mədəniyyətimizin təbliğ olunmasındakı, insanların maarifləndirilməsindəki rolunu yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər bizim tariximizi, mədəniyyətimizi özündə qoruyub gələcəyə daşıyır. Lakin iş muzeylərin yaradılması ilə bitmir, onların daim zənginləşdirilməsinə, tamaşaçıların muzeylərə cəlb olunmasına da ciddi diqqət yetirilməlidir”.

“Muzey günləri” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksində olublar.

Muzeyin bələdçisi muzeyin eksponatları haqqında kollektivə ətraflı məlumat verib. O bildirib ki, böyük ədibin xatirəsinin əbədiləşdirilməsində, onun zəngin irsinin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, misilsiz xidmətləri olub. 1982-ci ilin noyabr ayında ulu öndərin təşəbbüsü və böyük qayğısı nəticəsində ölməz şairin nəşi uzaq Sibirdən öz doğma yurduna – Naxçıvan torpağına gətirilib, burada dəfn olunaraq xatirəsi əbədiləşdirilib. 1996-cı ildə ulu öndər Heydər Əliyevin himayəsi ilə ədibin məzarı üzərində əzəmətli məqbərə ucaldılıb.

Ardını oxu...

 

“Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda konfrans keçirilmişdir

ÇapE-poçt

26.11.18 17:38

Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin akt zalında konfrans keçirilmişdir.

Konfransı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova açaraq bildirmişdir ki, 2018-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi tamam olur. Cumhuriyyətin 100 illik yubileyinin qeyd olunması və 2018-ci il Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cumhuriyyəti ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncamlar imzalamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 25 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı” da təsdiq olunmuşdur. Bu il həmçinin Müsəlman Şərqində ilk dəfə Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyini qeyd edirik.

Ardını oxu...

 
 

İclas keçirilmişdir

ÇapE-poçt

15.11.18 16:54

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin iclası keçirilmişdir.

İclasda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Həmkarlar İttifaqı Komitəsinin sədri Könül Babayeva çıxış edərək bildirmişdir ki, Həmkarlar İttifaqı Komitəsi qanunvericiliyə əsaslanaraq işçilərin iş rejiminə, onların istirahət vaxtının təmin edilməsinə, hüquqlarının qorunmasına və sosial müdafiəsinin təmin olunmasına nəzarət edir. Həmçinin, mütəmadi olaraq Həmkarlar İttifaqının iştirakı ilə muxtar respublikada yaşayan sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələrin uşaqlarının, orta və ali ixtisas təhsili müəssisələrinin tələbələrinin, əlillərin, dövlət qulluqçularının Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilir. Eyni zamanda işçilərin qanunda nəzərdə tutulan əlavə iş şəraiti və əməyin ödənilməsi, hüquq və sosial xidmətlərin gücləndirilməsi haqqında sənədlərə uyğun və işəgötürən tərəfindən müəssisə işçilərinə veriləcək təminatlar və bir sıra güzəştlər nəzərdə tutulur.

Ardını oxu...

 
 

Sosial qayğıya ehtiyacı olan uşaqlar diqqətdə saxlanılır

ÇapE-poçt

14.11.18 17:02

Naxçıvan Muxtar Respublikasında uşaqlarla bağlı dövlət siyasəti uğurla həyata keçirilir. Muxtar respublikamızda yaşayan uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim diqqət mərkəzində saxlanılır, onların sağlamlığının qorunmasına, təhsilinə, təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərilir. Həmçinin onların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi dövlətin diqqət mərkəzində saxlanılır, sosial vəziyyətlərinin yaxşılaşması üçün tədbirlər görülür. Daimi olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən uşaq hüquqlarının qorunması ilə əlaqədar təhsil müəssisələrində, eləcə də valideyn himayəsindən məhrum uşaqların yaşadıqları ailələrdə monitorinqlər keçirilir, onların yaşayış şəraiti, təhsil hüquqlarının müdafiə olunması, sağlamlıqlarının qorunması ilə maraqlanılır və həlli istiqamətində işlər görülür.

Ardını oxu...

 
 

Yuxarı Əylis kəndində tədbir keçirilmişdir

ÇapE-poçt

08.11.18 17:21

Ordubad rayonunun Yuxarı Əylis kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri Ordubad Rayon İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynli açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.

Keçirilən tədbirdə “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edərək bildirmişdir ki, milli dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və gələcək nəslə ötürülməsində ailənin böyük rolu vardır. Bu, danılmaz bir faktdır ki, gənc nəsil ailədə necə böyüyürsə, gələcəkdə cəmiyyətdə də tərbiyə aldığı mühitin daşıyıcısı qismində çıxış edir. Ailələrin möhkəm olması üçün ailədə hər iki tərəf ailənin bütövlüyünün qorunması, o ailədə böyüyəcək övladların hərtərəfli psixoloji düşüncəyə malik olması üçün çalışmalıdır.

Ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər tərəfindən xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərməkdən ibarət olmalı, yəni onlara sağlam həyat tərzi aşılamalı, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar istiqamət verməlidirlər. Komitə sədri qeyd etmişdir ki, həmçinin nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.

Ardını oxu...

 
 

Səhifə 396 > 402-dən

Joomla 1.5