Xəbərlər

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının Q A N U N U

ÇapE-poçt

28.12.18 18:17

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Büdcənin ümumi göstəriciləri
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin gəlirləri 54 250 000,0 manat, xərcləri 155 300 000,0 manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsait 101 050 000,0 manat məbləğində təsdiq edilsin.

Maddə 2. Gəlirlər
Müəyyən edilsin ki, 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

Ardını oxu...

 

“Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun tətbiqi barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin FƏRMANI

ÇapE-poçt

28.12.18 18:12

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının 2018-ci il 27 dekabr tarixli 20-V QN nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun 5-ci maddəsi ilə funksional təsnifatın bölmə və köməkçi bölmələri səviyyəsində ayrılan vəsaitin məbləği inzibati təsnifata uyğun olaraq dövlət büdcəsindən maliyyələşən, maliyyə yardımı alan təşkilatlar və tədbirlər üzrə aşağıdakı qaydada təsdiq edilsin:

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında Naxçıvan Muxtar Respublikasının Q A N U N U

ÇapE-poçt

28.12.18 18:03

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinin 2-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qərara alır:
Maddə 1. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri 83 340 000,0 manat, xərcləri 383 700 000,0 manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 300 360 000,0 manat (о cümlədən, mərkəzləşdirilmiş gəlirləri 57 010 000,0 manat, yerli gəlirləri 26 330 000,0 manat və mərkəzləşdirilmiş xərcləri 355 535 000,0 manat, yerli xərcləri 28 165 000,0 manat) məbləğində təsdiq edilsin.

Maddə 2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin gəlirləri mədaxil mənbələri üzrə aşağıdakı məbləğlərdə nəzərdə tutulsun:

Ardını oxu...

 
 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun M Ə R U Z Ə S İ

ÇapE-poçt

28.12.18 17:56

Hörmətli deputatlar və sessiya iştirakçıları!
Ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, muxtar respublikada 2018-ci ildə də inkişaf və sabitlik təmin olunmuşdur. Başa çatmaqda olan il muxtar respublikanın sosial-iqtisadi və ictimai-mədəni həyatında əlamətdar hadisələrlə yadda qalmış, bütün sahələrdə inkişaf təmin edilmiş, əhalinin həyat səviyyəsi daha da yaxşılaşmışdır. 
2018-ci ilin ən mühüm hadisəsi ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya növbəti səfəri olmuşdur. Bu səfər muxtar respublikada bir çox sahələrdə müasir infrastrukturun yaradılması ilə əlamətdar olmuş, dövlət başçısı Naxçıvan Müəllimlər İnstitutunun və Qaraxanbəyli kəndində 6 nömrəli tam orta məktəb binasının, hərbi xəstəxananın, Naxçıvan Şəhər Təmizləyici Qurğular Kompleksinin, Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin birinci mərhələsinin açılışlarında iştirak etmiş, Dövlət Sərhəd Xidmətinin sərhəd dəstəsində və Əlahiddə Ümumqoşun Ordusunun hərbi hissəsində yaradılan şəraitlə tanış olmuşdur. 
Dövlət başçısı 2018-ci il mayın 16-da Ordubad Su Elektrik Stansiyasının tikintisi, muxtar respublika ərazisində meliorativ tədbirlərin görülməsi, Culfa-Ordubad magistral yolunun tikintisi və Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 4 Sərəncam imzalamış, ümumilikdə bu işlərin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikasına 55 milyon manat vəsait ayrılmışdır.

Ardını oxu...

 
 

Beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir

ÇapE-poçt

28.12.18 17:48

Dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyası keçirilmişdir.

Sessiyanın müzakirəsinə aşağıdakı məsələlər verilmişdir:

1. 2018-ci ildə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları

2. Naxçıvan Muxtar Respublikasının 2019-cu il dövlət büdcəsinin təsdiq edilməsi

3. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi

4. İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsinin təsdiq edilməsi

Ardını oxu...

 
 

Səhifə 391 > 402-dən

Joomla 1.5