28.08.18 12:30
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncama əsasən muxtar respublikanın bütün idarə, müəssisə və təşkilatlarının kollektivlərinin muzeylərə gedişi təmin olunur. Avqustun 25-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyində olublar.
Muzeyin bələdçisi muzeyin eksponatları haqqında kollektivə ətraflı məlumat verib. Bildirib ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Sərəncamı ilə Şəhidlər Muzeyi yaradılıb. Muzey 500 eksponatla fəaliyyətə başlayıb. 8 avqust 2000-ci il tarixdə muzeyin adı dəyişilərək Xatirə Muzeyi adlandırılıb.
Xatirə Muzeyi azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlarla zəngindir. Muzeydə ermənilərin Bakıda, Şamaxıda, Qarabağda, Naxçıvanda və digər bölgələrimizdə törətdikləri vəhşilikləri əks etdirən sənədlər, şəkillər, hadisələri tarixi faktlarla oxuculara çatdıran qiymətli kitablar vardır.
13.08.18 17:36
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1995#sigProIdca838b39c8
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqının iştirakı ilə aztəminatlı ailələrin uşaqları üçün təşkil edilən “Yay məktəbi”nə avqustun 9-dan start verilmişdir. Ağbulaq İstirahət Mərkəzindəki düşərgəyə gedən 45 nəfər aztəminatlı ailələrdən olan, o cümlədən, hər iki valideynini itirmiş və valideyin himayəsindən məhrum olmuş, bir valideynini itirmiş, valideynləri I-II qrup əlil olan, qaçqın və məcburi köçkün uşaqları Mərkəzlə tanış edilmiş, Mərkəzin müasir standartlara cavab verən geniş və işıqlı otaqlarında yerləşdirilmiş, onların mühafizəsi təmin olunmuşdur. Əvvəlcədən hazırlanmış proqrama uyğun olaraq uşaqlar hər gün səhər Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra səhər gimnastikası etmiş, Ağbulaq kəndinə ekskursiyaya, dama, tennis kimi stolüstü idman oyunlarına qatılmışlar, axşam saatlarında vətənpərvərlik mövzusunda film nümayiş olunmuş, o cümlədən, əyləncəli oyunlar və intellektual yarışmalar keçirilmiş, milli mətbəx nümunələri təqdim olumuş, oxunması zəruri olan kitablardan mütaliə və müzakirələr edilmişdir.
09.08.18 11:39
Muxtar respublikada aztəminatlı ailələrin uşaqları hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Onların sağlamlıqları, təlim-tərbiyəsi, təhsilləri, intellektual səviyyəsinin yüksəldilməsi, milli mənəvi dəyərlər əsasında tərbiyə olunması və asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır və bu sahədə ardıcıl işlər görülür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqının iştirakı ilə Ağbulaq İstirahət Mərkəzində aztəminatlı ailələrdən olan uşaqların Yay məktəbi bu gündən təşkil olunmuşdur.
23.07.18 18:31
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 2018-ci ilin ilk yarısının yekunları ilə bağlı keçirilən kollegiya iclasında komitənin sədri Ramilə Seyidova hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, 2018-ci il 05 yanvar tarixdə “Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2018-ci ilə dair İş Planı” təsdiq olunmuşdur. Müvafiq “İş Planı”na uyğun olaraq ötən dövr ərzində nəzərdə tutulmuş məsələlər istiqamətində Komitə fəaliyyət göstərmişdir. Belə ki, aidiyyəti orqanlardan muxtar respublikada yaşayan ailələr, qadınlar və uşaqlar haqqında statistik məlumatlar alınaraq toplanılmış, məlumat bazası yenilənmişdir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda Heydər Əliyev Muzeyində tədbir keçirilmiş, ümummilli liderimizin müəyyənləşdirdiyi dövlət qadın siyasəti və bu siyasətin ölkəmizdə uğurla həyata keçirilməsi ilə bağlı ətraflı məlumat verilmişdir. Həmçinin Beynəlxalq Ailə Günü və 1 İyun- Uşaqları Beynəlxalq Müdafiə Günü geniş şəkildə qeyd olunmuşdur.
19.07.18 16:41
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1995#sigProId4841bfe6a2
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “İnformasiya cəmiyyətində ailə, qadın və uşaq məsələləri: reallıqlar və perspektivlər” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini Xaliq Babayev, Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri Asəf Orucov çıxış edərək muxtar respublikada ailə dəyərlərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ailə, qadın və uşaq siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Muxtar respublikada ailə dəyərlərimizin qorunması və yaşadılmasına, qadınların ictimai fəallığının artırılmasına, uşaqların təlim-tərbiyəsinin təşkilinə qayğı göstərilir, ailə institutunun cəmiyyətdəki mövqeyinin daha da möhkəmləndirilməsi, ailələrin rifah halının yaxşılaşdırılması, möhkəm təməlli ailə ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi diqqətdə saxlanılır.
Səhifə 400 > 402-dən