Xəbərlər

Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar dövlətin diqqət mərkəzindədir

ÇapE-poçt

18.12.18 14:50

Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla həyata keçirilir. Muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması və sağlamlıqlarının qorunması diqqət mərkəzində saxlanılır, sosial müdafiələrini gücləndirmək məqsədilə aylıq müavinətlər ödənilir. Həmçinin dövlət, özəl ali və orta ixtisas müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 15 sentyabr Bilik Günü ərəfəsində onlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar.

Ardını oxu...

 

“Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018”-in bağlanış tədbiri keçirilmişdir

ÇapE-poçt

18.12.18 13:11

 

Dekabrın 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018"-in bağlanış tədbiri keçirilib.
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Təşkilat Komitəsinin üzvləri ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmiş, Heydər Əliyev muzeyinə baxmışlar. Sonra ulu öndərin abidəsi önündə xatirə şəkli çəkdirilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktorunun müavini Amina Əl-Həcri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və TÜRKSOY-un Baş katibinin müavini Fırat Purtaş "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018"-in bağlanış tədbirində iştirak etmişlər.
Tədbir Qurani-Kərimin tilavəti ilə başlamışdır.

Ardını oxu...

 
 

Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

ÇapE-poçt

12.12.18 16:51

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə tər gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, şirkət və baş idarələrin, müəssisə və təşkilatların kollektivləri, ali və orta ixtisas məktəblərinin müəllim və tələbələri, hərbi hissələrin və ictimaiyyətin nümayəndələri, minlərlə insan Ulu Öndərin abidəsi önünə gələrək əziz xatirəsini yad ediblər.

Ümummilli liderimiz Heydər Əliyevin zəngin siyasi irsi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanın dünəni, bugünü və gələcəyidir. 1969-cu il iyulun 14-də Ulu Öndərimizin ölkəmizə rəhbər seçilməsi Azərbaycanın müstəqillik tarixinin və uğurlu inkişafının əsasını qoydu. 1969-1982-ci illərdə Ümummilli Liderimizin rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi tədbirlər reallaşdırılıb, istehsal müəssisələri, zavodlar, fabriklər tikilib, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlayıb, xalqımızın tarixi yaddaşı bərpa edilib. İkinci dəfə qazandığımız dövlət müstəqilliyinin əsasında da Ulu Öndərin ötən əsrin 70-80-ci illərdə yaratdığı möhkəm təməl, güclü intellektual və iqtisadi potensial, milli ruh dayanırdı.

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilmişdir

ÇapE-poçt

11.12.18 12:55

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq demişdir ki, sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Muxtar respublikada idman sahəsi hər zaman diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, vəzifələr müəyyənləşdirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən uzaqdır. İdman sahəsində uğurlar qazanılır.

Ali Məclisin Sədri sağlam gənc nəslin hazırlanmasında əməyi olanlara təşəkkür etmişdir.

Ardını oxu...

 
 

Naxçıvan gimnastı Bölgələrarası Kubokda medal qazanıb

ÇapE-poçt

10.12.18 14:38

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyi və 5-ci Bölgələrarası Kubok keçirilib.

NUHÇIXAN.AZ informasiya agentliyinin verdiyi məlumata əsasən, yarışlarda  muxtar respublikanın yetirmələri də iştirak ediblər. Turnirin son günündə Bölgələrarası Kubokda bölgələrimizi təmsil edən gimnastlar həm fərdi, həm də qrup hərəkətləri proqramında öz çıxışlarını hakimlərə nümayiş etdiriblər. 2007-ci il təvəllüdlü gimnastlar arasında mübarizə aparan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən bədii gimnastika bölməsinin yetirməsi Günəş Hüseynova iki hərəkətin cəmində 12900 xal toplayıb və bürünc medal qazanıb. Sonda idmançımız təşkilatçılar tərəfindən diplom və medalla mükafatlandırılıb.

 
 

Səhifə 394 > 402-dən

Joomla 1.5