08.12.18 13:20
Naxçıvan Muxtar Respublikasının Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan aztəminatlı Həsənovlar ailəsinə baş çəkilib.
Ailə ilə görüş zamanı aid təşkilatların əməkdaşları qeyd ediblər ki, muxtar respublikada sosial müdafiəyə ehtiyacı olan bütün kateqoriyalı ailələrə, o cümlədən aztəminatlı ailələrə hər zaman qayğı ilə yanaşılır, onların problemlərinin həlli diqqət mərkəzində saxlanılır. Belə ki, əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ödənilən müavinətlərin ildən-ilə artırılması, onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və bu günkü tədbirin keçirilməsi müvafiq ailələrə göstərilən dövlət qayğısının bariz nümunəsidir.
Tədbirdə aztəminatlı ailənin yaşayış şəraiti ilə maraqlanılıb, ailə üzvlərinə səyyari tibbi xidmət göstərilib, onlara ərzaq payı və tibbi ləvazimatlar verilib.
06.12.18 16:38
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1970#sigProIde5e812766e
Tədbiri Şərur Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Ağayeva açaraq belə tədbirlərin əhəmiyyətindən danışmışdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova “Ailələrdə qadınların ailə dəyərlərinin və sağlam həyat tərzinin aşılanmasında əsas rolu” mövzusunda çıxış edərək bildirmişdir ki, ailədə sağlam həyat tərzinin formalaşmasında qadının rolu böyükdür. Hər bir ailədə dünyaya gələn körpəni milli vətənpərvərlik ruhunda böyütmək, milli-mənəvi dəyərləri övladlarına aşılamaq qadının-ananın müqəddəs vəzifəsidir. Ailənin daha davamlı olmasının əsas şərtlərindən biri də valideynlər tərəfindən xüsusən də qadınlarımız tərəfindən gənclərə ailə qurmaları ilə əlaqədar düzgün yol göstərməkdən ibarət olmalı, yəni onlara sağlam həyat tərzi aşılamalı, ailə qurarkən gənclərin ailənin mahiyyətini anlaması və buna hazır olması ilə əlaqədar istiqamət verməlidirlər. Bunun üçün hər şeydən əvvəl valideynlər uşaqlarını zərərli vərdişlərdən çəkindirməli, ailə qurduğu zaman onlara düzgün yol göstərməli, tələsməməyə, tam hazır olduqda bu addımı atmasına icazə verməlidirlər. Komitə sədri qeyd etmişdir ki, həmçinin nikaha daxil olarkən tərəflər lazımi tibbi müayinədən keçmədikdə bu nikahlardan çox zaman sağlamlıq imkanları məhdud uşaqlar dünyaya gəlir.
05.12.18 14:32
Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılır, iclas, konfrans, monitorinqlər keçirilir, muzeylərə ekskursiyalar təşkil olunur. Noyabr ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə “Yüz il öncə və bu gün: Naxçıvan qadını” mövzusunda konfrans keçirilmişdir.
Ordubad rayonunun Yuxarı Əylis kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmiş, 205 maarifləndirici bröşür paylanılmışdır. Ötən dövrdə aztəminatlı ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmış, 70 aztəminatlı ailələrdən olan uşağa mövsümlə əlaqədar qış geyimi verilmiş, 1 ailəyə müvafiq köməklik göstərilmişdir.
03.12.18 15:16
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1970#sigProId365acb1b78
Yaxın Şərqin qədim ticarət mərkəzlərindən biri olan və Böyük İpək Yolunun üzərində yerləşən Naxçıvandakı körpülər tarixi-mədəni irsimizin bir parçasıdır. Karvan yollarını birləşdirən qədim körpülər memarlıq quruluşu və mühəndislik texnikası ilə seçilmiş, xalqımızın mədəni inkişafının göstəricisinə çevrilmişdir. Muxtar respublikada tarixi abidələrin bərpası sahəsində görülən işlər qədim memarlıq abidələri olan körpüləri də əhatə etmişdir.
Noyabrın 30-da Qazançı körpüsü tarixi-memarlıq abidəsi bərpadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov körpünün bərpadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
Məlumat verilmişdir ki, Qazançı körpüsü XVII əsrin əvvəlində Şərq memarlıq üslubunda inşa edilmiş tarixi-memarlıq abidəsidir. Birtağlı körpünün tikintisində müxtəlif həcmli çaydaşları, bərkidici kimi isə əhəng məhlulundan istifadə edilmişdir. Böyük İpək Yolunun üzərində yerləşən bu körpü üzərindən vaxtilə Qazançıdan Şərq istiqamətində uzanan və Ordubad ərazisində əsas yola birləşən karvan yolları keçmişdir. Qazançı körpüsü Azərbaycanın biraşırımlı körpülərinin ən yaxşı nümunəsi sayılır. Körpünün eni 3,55 metr, uzunluğu 10,85 metr, hündürlüyü 8,8 metrdir. Qazançı körpüsü Ali Məclis Sədrinin tapşırığına əsasən bərpa olunmuşdur.
03.12.18 11:19
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1970#sigProIdfc8e15188a
Qazançı kənd tam orta məktəbinin direktoru Gültəkin Əliyeva çıxış edərək demişdir ki, muxtar respublikanın tarixiliyi saxlanılmaqla bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Bu gün müasir tədrisin tələblərinə uyğun qurulmuş Qazançı kənd tam orta məktəbi müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəbin son beş ildə nəticələri uğurlu olmuş, 26 məzun ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Yeni məktəb binasında yaradılan müasir şərait tədrisin daha yüksək səviyyədə təşkilinə imkan verəcəkdir. Gültəkin Əliyeva kənd sakinləri və pedaqoji kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmiş, gənc nəslin layiqli vətəndaş kimi yetişməsində bilik və bacarıqlarını əsirgəməyəcəklərini bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qazançı kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ölkəmizdə bütün sahələrlə yanaşı, məktəb işi də diqqət mərkəzindədir. Şagirdlərin ölkəmizin gələcəyinə hazırlanması sahəsində tədbirlər görülür, yeni məktəb binaları tikilir, maddi-texniki baza gücləndirilir, tədris prosesində yeni texnologiyalar tətbiq olunur. Məktəb işi,sadəcə,şagirdlərə təhsil verməkdən ibarət deyil. Məktəb hər bir ölkənin gələcəyini hazırlayır. Sağlam gələcək hazırlamaq üçünsə, məktəbdə lazımi şərait yaradılmalı, müəllimlər gəncləri əsl vətəndaş kimi yetişdirməlidirlər.
Səhifə 395 > 402-dən