Xəbərlər

Sərgi-satış xoş təəssürat yaradıb

ÇapE-poçt

12.10.18 09:13

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət təşkil olunan sərgi-satış başa çatmışdır.

10 gün davam edən sərgi-satışa 188 müəllifin 2427 əl işi, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 165 qadının 2127 sayda əl işi cəlb olunmuş və nümayiş olunmuşdur. Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarından toplanılan əl işlərindən ibarət keçirilən sərgi-satışda istedadlı, sağlamlıq imkanları məhdud qadınlarla yanaşı Heydər Əliyev adına Uşaq-Gənclər Yaradıcılıq, Texniki Yaradıcılıq mərkəzlərinin dərnək rəhbərləri və üzvlərinin, məktəb və məktəbəqədər müəssisələrin, orta ixtisas və ali təhsil müəssisələrinin müəllim və tələbələrinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınlar və rəssamların, evdar qadınların, məhkum qadınların da əl işləri sərgilənmişdir. Ümumilikdə 158 müəllifin, 8626 manat dəyərində 681 sayda əl işi satılaraq vəsaiti qadınlara ödənilmişdir.

Artıq üç ildir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunur. Belə sərgilərin təşkil olunmasının muxtar respublikamız üçün əhəmiyyəti olduqca böyükdür. Qadınlarımız öz əl işləri ilə keçmişimizi yaşadır, ailə dəyərlərimizi, adət ənənələrimizi, nəsildən-nəsilə ötürdüyümüz milli dəyərlərimizi gənc nəsillərə aşılayırlar. Həmçinin bu ilki sərgi-satışda Naxçıvan şəhərinin 2018-ci ildə İslam Mədəniyyətinin paytaxtı seçilməsi ilə əlaqədar olaraq da qadınlarımız hazırladıqları əl işləri ilə bu əlamətdar hadisəyə öz töhvələrini vermiş və daha rəngarənglik qatmışlar.

Ardını oxu...

 

Məscid və mərasim evi istifadəyə verilmiş, dini icmalara xidməti avtomobillər təqdim edilmişdir

ÇapE-poçt

02.10.18 15:30

Bu gün yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi muxtar respublikada həyata keçirilən dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir. Dini və mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edən bu tədbir Babək rayonunda da uğurla həyata keçirilir.

Oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilmiş, Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarına xidməti avtomobillər təqdim edilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: Bu gün Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilir. Eyni zamanda Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə xidməti avtomobillər təqdim edilir. Bu, ölkəmizdə həyata keçirilən dövlət-din siyasətinin nəticəsidir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən din dövlətdən ayrıdır. Lakin buna baxmayaraq dövlətimiz dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərir, dindarlar üçün hərtərəfli şərait yaradır. Dindarlarımız isə ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub.

Ardını oxu...

 
 

Babək qəsəbəsində yeni yaşayış binası istifadəyə verilmişdir

ÇapE-poçt

02.10.18 15:03

Ümummilli lider Heydər Əliyevin quruculuq strategiyasının mühüm nəticələrindən biri də Babək rayonunun yaradılmasıdır. Bu gün dahi şəxsiyyətin siyasi xəttinə sədaqət Babək rayonunu müasir yaşayış məntəqəsinə çevirmişdir. Rayonda sosial-iqtisadi inkişaf təmin olunmuş, tikinti-quruculuq işlərinin həcmi genişlənmiş, məskunlaşma artmışdır.

Oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün tikilmiş yeni yaşayış binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada həyata keçirilən sosial layihələrin davamı olaraq Babək rayonunda yeni yaşayış binasının istifadəyə verildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bütün sahələrdə inkişaf və tərəqqi var. Bu da özünü həm insanların yaşayış şəraitinin və rifahının yaxşılaşmasında, həm də onların mənzil sahibi olmalarında göstərir.

Ali Məclisin Sədri demişdir: Mənzil insan həyatında vacib amildir. Gənc yaşda müasir mənzil sahibi olmaq və rahat həyatı təmin etmək isə daha mühüm məsələdir. Muxtar respublikada bu sahədə həyata keçirilən layihələr gənc ailələrə göstərilən dövlət qayğısının ifadəsidir. Dövlət tərəfindən maliyyələşdirilən bu layihələrə ilk dəfə Naxçıvan şəhərində başlanılmış, Gənclər şəhərciyi tikilib istifadəyə verilmişdir. Muxtar respublikanın rayon mərkəzlərində – Babək, Kəngərli və Sədərək rayonlarında da gənclər üçün yeni yaşayış binalarının tikintisinə başlanılmışdır. Dövlət vəsaiti ilə tikilən binalarda mənzillərə çəkilən xərclərə heç bir əlavələr edilmədən münasib qiymətə gənc ailələrə təklif edilir. Əldə olunan vəsait isə digər yaşayış binalarının tikintisinə sərf olunur. Bu da gənclərimizin əlavə vaxt və vəsait itkisinə yol vermədən qısa müddətdə mənzil sahibi olmalarına şərait yaradır.

Ardını oxu...

 
 

Naxçıvanda mətbuat xidmətlərinin fəaliyyətinin təşkili ilə bağlı tədbir keçirilmişdir

ÇapE-poçt

30.09.18 00:15

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələrlə bağlı tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Təhminə Babayeva muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin fəaliyyəti barədə çıxış edərək demişdir ki, bu ilin iyun, iyul, avqust və sentyabr aylarında mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin “Şərq qapısı”nda, şəhər və rayon qəzetlərində, ümumilikdə, 913 materialı dərc olunmuş, teleradiolarda 809 veriliş və xəbər süjeti hazırlanmışdır. Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən bütün mərkəzi icra hakimiyyəti orqanlarının internet saytlarında mətbuat xidməti bölməsi yaradılmışdır.Yaradılan mətbuat xidmətləri bölmələrində təşkilatların fəaliyyəti ilə bağlı 759 xəbər, hesabat və digər materiallar yerləşdirilmişdir. Lakin Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun, Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və “Naxçıvanqaz” İstehsalat Birliyinin internet saytlarında “Mətbuat xidməti” bölməsi yaradılsa da, aktiv fəaliyyət göstərmir. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Ədliyyə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Maliyyə Nazirliyinin, İnsan Hüquqları üzrə Müvəkkil Aparatının, Dövlət Gömrük Komitəsinin, Dövlət Statistika Komitəsinin, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və Dövlət Miqrasiya Xidmətinin rəsmi internet saytlarında təşkilatların fəaliyyəti ilə yanaşı, Naxçıvan Muxtar Respublikasının müasir inkişafını, tarixi­-mədəni irsini və turizm potensialını əks etdirən fotoşəkillər və videolar da yerləşdirilərək fəal təbliğat işi aparılır.

Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə, Mədəniyyət, İqtisadiyyat, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin, Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin mətbuat xidmətlərinin əməkdaşları səmərəli və aktiv fəaliyyətləri ilə nümunə göstərilə bilərlər. Adıçəkilən qurumların mətbuat xidmətləri tərəfindən “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, eləcə də televiziya və radiolara təqdim edilən materiallar, ümumilikdə, mətbuat xidmətləri tərəfindən verilən materialların 60 faizindən çoxunu təşkil edir. Aparılan təhlillər nəticəsində məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin, Mərkəzi Seçki Komissiyasının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətləri hələ də işini günün tələbləri səviyyəsində qura bilmirlər. 

Ardını oxu...

 
 

Sərgi-satış təşkil olunmuşdur

ÇapE-poçt

28.09.18 17:25

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun İş Planına əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunmuşdur.

Heydər Əliyev sarayında təşkil olunan sərgi-satışda Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsi müdirinin müavini Sahir Rüstəmov bildirmişdir ki, sağlamlıq imkanları məhdud şəxslərin və qadınların ictimai-mədəni həyatda iştirakı, onların istedadlarının üzə çıxarılması, məşğulluqlarının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Qadınlar və məhdud fiziki imkanlı şəxslər peşə məktəblərinə cəlb olunur, xalçaçı, dərzi, toxuculuq kimi peşə kurslarında onlara el sənəti nümunələrini hazırlamaq öyrədilir. Bu da onların özünüməşğulluğunu təmin etməklə yanaşı, həm də xalqımızın milli dəyərlərinin və adət ənənələrinin qorunub yaşadılmasında mühüm əhəmiyyət daşıyır. Qeyd etmişdir ki, sərgi-satışı muxtar respublikada milli və xalq tətbiqi sənətinin təbliğinə və yaşadılmasına töhfə kimi dəyərləndirir, sərgi-satışın bütün iştirakçılarına yeni yardıcılıq nümunələri yaratmaqda uğurlar arzulayırıq.

Ardını oxu...

 
 

Səhifə 398 > 402-dən

Joomla 1.5