Xəbərlər

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib. Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib.

ÇapE-poçt

12.12.23 14:18

 

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.
Azərbaycanın Dövlət Himni səsləndirilib.
Dövlətimizin başçısı İlham Əliyev Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla andı, məzarı üzərinə gül dəstələri qoyub.
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb

 

 

 

Görüş keçirilib

ÇapE-poçt

10.12.23 09:07

 

“Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova ilə görüşüb.
Görüşdə qonaqları salamlayan Komitə sədri R.Seyidova Komitə tərəfindən mütəmadi görülən işlər, aparılan monitorinqlər, maarifləndirici tədbirlər haqqında qonaqlara ətraflı məlumat vermişdir
“Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyinin sədri Lalə Azərtaş Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyi ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsini birgə əməkdaşlığın vacibliyini vurğulamışdır.Komitə ilə koordinativ formada fəaliyyətinin vacibliyindən, eyni zamanda Cəmiyyətin və medianın inkişafı” İctimai Birliyi tərəfindən icra olunan layihələr və keçiriləcək təlimlər haqqında məlumat verilib,gələcək prespektivlər barədə fikir mübadiləsi aparılıb.
Sonda Komitə sədri tərəfindən qonaqlara hədiyyələr təqdim olunub.

 

 

 
 

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 6 dekabr 2023-cü il tarixində “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfrans keçirilir.

ÇapE-poçt

06.12.23 14:31

 

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın 12.3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə təşkil edilən konfransda Milli Fəaliyyət Planının icrası istiqamətində görülən işlər, eləcə də bu sahədə digər ölkələrin müsbət təcrübələrinə dair təqdimatlar edilir, mövcud problemlər və perspektivlər barədə panel müzakirələri aparılır.
Konfransda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın rəhbərliyi ilə komitə əməkdaşları və şəhər, rayon icra hakimiyyətləri yanında yaradılmış "Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu"nun rəhbərləri və üzvləri iştirak edirlər.

 

 

 
 

Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilib

ÇapE-poçt

01.12.23 20:20

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ordubad Rayon İcra Hakimiyyəti, Ordubad rayon Təhsil Şöbəsi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 01 dekabr 2023-cü il tarixdə Ordubad rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişdir.
Bildirilir ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, təkvalideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla ümumilikdə 28 uşağa qış geyimləri verilmişdir.
Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər

 

 

 
 

Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilib

ÇapE-poçt

01.12.23 20:10

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Babək Rayon İcra Hakimiyyəti, Babək rayon Təhsil Şöbəsi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 01 dekabr 2023-cü il tarixdə Babək rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişdir.
Bildirilir ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, təkvalideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla ümumilikdə 99 uşağa qış geyimləri verilmişdir.
Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər

 

 

 
 

Səhifə 5 > 401-dən

Joomla 1.5