24.11.23 12:00
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası”na əsasən Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatında sədrinin köməkçisi və baş məsləhətçi - ictimaiyyətlə əlaqələr və informasiya təminatı üzrə vəzifələrinin tutulması üçün ümimi müsahibə elan edir.
Müsahibədə vakant vəzifənin aid olduğu dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəsi olan dövlət qulluqçuları, azı 5 il qulluq stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 23 noyabr 2023-cü il tarixdən 22 dekabr 2023-cü il tarixədək “Dövlət qulluğu üzrə müraciət Forması”nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=530) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
20.11.23 15:21
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=40#sigProIdcaab77c762
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi, Ümummilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova tədbirdə iştirak edən uşaqları 20 noyabr-Ümumdünya Uşaq Gunu münasibəti ilə təbrik edib. Qeyd edib ki, ölkəmizdə uşaqlara diqqət və qayğının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və qanunlarla uşaq hüquqlarına etibarlı təminat mexanizmləri yaradılıb. 1998-ci il 19 may tarixdə Azərbaycan Respublikasının “Uşaq Hüquqları Haqqında”, 1999-cu il 22 iyun tarixdə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanunları qəbul edilib. A.Məmmədova bildirib ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında” Konvensiyasına qoşulub, “Uşaq Hüquqları Haqqında” Bəyannaməni qəbul edib.
Hal-hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və ölkənin Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə uşaqların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi böyümələri üçün Dövlət Proqramları qəbul edilir, sosialyönümlü layihələr icra olunur.
Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti həyata keçirilir və mütəmadi olaraq uşaq müəssisələrində və xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları ünvanlarda monitorinqlər təşkil olunur. Uşaqlara göstərilən dövlət qayğısının nəticəsidir ki, digər uşaqlarla yanaşı sağlamlıq imkanları məhdud uşaqların da vətənə layiq vətəndaş kimi yetişməsinə xidmət edir.
Muxtar respublika əhalisinin 27 faizini uşaqların təşkil etdiyini bildirən A.Məmmədova uşaqların sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi diqqət mərkəzində saxlanıldığını qeyd edib.
Qeyd edib ki, Komitə tərəfindən 20 noyabr-Ümumdünya Uşaq Gunu ilə əlaqədar “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda esse və rəsm müsabiqəsinə 115 esse və 83 rəsm olmaqla ümumilikdə, 198 iş təqdim olunub.
Daha sonra Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Piri Nağıyev və Təhsil Nazirliyi Aparatının Sektor müdiri Gülxanım Orucova çıxış ediblər.
Tədbirdə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Uşaq hüquqları uşaqların gözü ilə” mövzusunda esse və rəsm müsabiqəsinin qalibləri Komitə tərəfindən mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.
Sonda müsabiqə qaliblərinin rəsm işlərindən ibarət sərgisinə baxış olub.
15.11.23 16:01
15.11.23 15:58
06.11.23 12:32
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 2023-cü ilin oktyabr ayı ərzində ailə, qadın və uşaq hüquqlarının qorunması diqqətdə saxlanılmış, konfrans, tədbir, təlim, seminar, müsabiqə və monitorinqlər keçirilmişdir.
Məlumdur ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkədə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi qeyd olunur. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hesabat dövrü ərzində müvafiq mövzu ilə bağlı bir sıra tədbirlər görülmüşdür.
Səhifə 9 > 402-dən