Xəbərlər

“Zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” kitabının təqdimatı olub

ÇapE-poçt

28.12.23 16:49

 

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” adlı kitabın təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova tədbiri giriş sözü ilə açaraq Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-qadın siyasətinin təməl prinsiplərinin dövlət başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Naxçıvan Muxtar Respublikasında qadınların dayanıqlı inkişafı,məşğulluqlarının təmin olunması və dəstəklənməsi üçün ardıcıl və məqsədyönlü  layihələrin həyata keçirildiyini qeyd edib.

Ramilə Seyidova bildirib ki, Komitə tərəfindən zəhmətkeş qadınların özünüməşğulluğunun dəstəklənməsi məqsədilə 4 böyük layihə və bu layihələr əsasında təlimlər təşkil edilib. Beləliklə, muxtar respublikanın müxtəlif rayonlarında yaşayan və bizneslərinə başlamaq istəyən qadınların  ailə və bizneslərində maliyyə idarəetməsi üzrə bilik və bacarıqları artırılıb, həmin qadınlara verilən sərmayə kapitalı ilə onlar öz uğurlu bizneslərini qura biliblər.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin media məsələləri üzrə məsul şəxsi Günay Malikqızı çıxışında qadınların cəmiyyətdəki rolundan danışıb, Azərbaycan qadının həmişə fədakar, zəhmətkeş, cəsur olduğunu bildirib. Günay Malikqızı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb,  2024-cü ilin Naxçıvan Muxtar Respublikasının 100 illiyi ilə əlamətdar olacağını və  Naxçıvan qadınlarının bu yüzilliyə mühüm töhfələr verəcəyinə əminliyini bildirib.

Azərbaycan Mikromaliyyə Assosiasiyasının layihə rəhbəri Sevinc Rüstəmova qadın sahibkarlığının əhəmiyyəti mövzusunda təqdimat edib. Layihə iştirakçısı Qızxanım Hüseynova ona verilən sərmayə kapitalı vasitəsilə məşğul olduğu dekorativ tətbiqi sənət sahəsini inkişaf etdirdiyini qeyd edib, qadınlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.

Çıxış edənlər zəhmətkeş qadınları təbrik edib, onlara fəaliyyətlərində yeni uğurlar arzulayıb. Tədbirdə kitabın slayt şəklində geniş təqdimatı tədbir iştirakçılarına göstərilib.

Sərmayə kapitalını təyinatı üzrə istifadə edən və öz fəaliyyətini genişləndirən  bir qrup zəhmətkeş qadına, eyni zamanda  Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq  Problemləri üzrə Dövlət Komitəsi ilə səmərəli əməkdaşlıq edən və bu layihələri mediada işıqlandırılmasında müstəsna rol oynayan media nümayəndələrinə təşəkkürnamələr təqdim edilib. Sonra “Zəhmətkeş qadınların özünü məşğulluğunun dəstəklənməsi: layihələr və nəticələr” adlı kitabın sərgisinə baxış olub.

Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya birliyində nəfis tərtibatla dərc edilən  kitabda  Ulu Öndərin zəhmətkeş qadınlar barədə söylədiyi fikirlər və onlar ilə fotoları, eyni zamanda kitabda layihə iştirakçıları olan bir qrup zəhmətkeş qadının fəaliyyəti ilə bağlı layihələr və fotolar öz əksini tapıb. Bundan əlavə muxtar respublikada qadınların özünüməşğulluğunun dəstəklənməsi ilə bağlı muxtar respublikada keçirilən tədbirlər haqqında məlumatlar və çəkilmiş fotoşəkillərdən nümunələr öz əksini tapıb. Kitabda, həmçinin layihələrdə 17 təsərrüfat sahəsi üzrə iştirak etmiş 63 qadının istehsal etdikləri məhsullar və əmək fəaliyyətlərini əks etdirən fotoşəkillər yer alıb.

 

Uşaqlar üçün bayram tədbiri keçirilib

ÇapE-poçt

27.12.23 19:17

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə 2023-cü il 27 dekabr tarixdə “Sərin Badaşqan Bağı” restoranında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bayram tədbiri keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar, o cümlədən şəhid və qazi övladları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud olan, həmçinin 2023-cü il ərzində təhsil, incəsənət və idman sahəsində xüsusi bacarığı ilə fərqlənən uşaqlar iştirak etmişlər.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları Yeganə Məmmədova və Aidə Allahverdiyeva, M.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının direktoru Şirzad Abutalıbov çıxış etmişlər.
Çıxış edənlər ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edərək bildirmişlər ki, əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət uşaq siyasəti hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Uşaqların hüquqlarının, sağlamlıqlarının qorunması, təhsili, milli ruhda tərbiyəsi, asudə vaxtlarının səmərəli keçirilməsi, dünya görüşlərinin formalaşması, daim diqqət mərkəzində saxlanılır. Həmçinin müvafiq sahədə qəbul olunmuş qanunvericilik aktları və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq sənədlər haqqında ətraflı məlumat vermişlər.
Çıxış edənlər uşaqları qarşıdan gələn “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibəti ilə təbrik etmiş, təhsillərində və gələcək həyatlarında uğurlar arzulamışlar.
Sonra Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Qızlar Liseyi, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi və Naxçıvan Şəhər 11 nömrəli Körpələr Evi-Uşaq Bağçası 2023-cü il ərzində keçirilən tədbirlərdə Komitə ilə səmərəli əməkdaşlıq etdiklərinə görə, o cümlədən 2023-cü il ərzində təhsil, incəsənət və mədəniyyət sahəsində xüsusi bacarıqlarına görə fərqlənən 10 uşaq fəxri fərmanla təltif edilmişlər.
Bədii hissə ilə davam edən tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Əlvan çiçəklər” mahnı və rəqs qrupunun üzvləri, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları və Naxçıvan şəhərində fəaliyyət göstərən 11 nömrəli körpələr evi-uşaq bağçasının balaca fidanlarının ifasında müxtəlif mahnı və rəqs nömrələri nümayiş edilmişdir. Tədbirin sonunda “Şaxta Baba” və “Qar Qız” uşaqlarla hədiyyələr təqdim etdi. Hər bir uşağa üzərində işğaldan azad olunmuş rayonlarımızın adları yazılmış köynəklər təqdim olundu.

 

 

 
 

Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad olunub.

ÇapE-poçt

12.12.23 14:47

 

12 dekabr 2023-cü il tarixdə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi tərəfindən Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.

 

 

 
 

Dekabrın 12-də Naxçıvan şəhərindəki Gənclik Mərkəzində Naxçıvan televiziyasının hazırladığı "Ömrün Naxçıvan aşırımları" filminə baxış olub.

ÇapE-poçt

12.12.23 14:36

 

Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan televiziyasının hazırladığı filmdə dahi rəhbərin siyasi və dövlətçilik fəaliyyətinin Naxçıvan dövrü, eləcə də Azərbaycanın gələcək inkişafı naminə gördüyü misilsiz xidmətlər işıqlandırılır. Televiziya filmi həmin dövrə aid unikal kadrlar və şahidlərin müsahibəsi əsasında hazırlanıb.

 

 

 
 

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad olunub

ÇapE-poçt

12.12.23 14:32

 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Ali Məclisin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri və qazilər müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad edib, ehtiramlarını bildiriblər.

 

 

 
 

Səhifə 4 > 401-dən

Joomla 1.5