Xəbərlər

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə qanvermə aksiyası keçirilib

ÇapE-poçt

01.06.20 17:34

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər keçirilir.

Bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin birgə təşkilatçılığı ilə “1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə hemofiliyalı və talassemiyalı uşaqlar üçün qanvermə aksiyası keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları aksiyada iştirak ediblər. Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçirilib, donorlardan qan nümunələri götürülüb, infeksiyon xəstəliklərə qarşı yoxlama aparılıb. Aksiyada 22 nəfər iştirak etmiş, 11 litr qan toplanılaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının qan bankına təhvil verilmişdir. Aksiya muxtar respublikada yaşayan irsi qan xəstəliyi olan hemofiliyalı və talassemiyalı uşaqlara dəstək məqsədi daşıyır.

Keçirilən aksiya mövcud vəziyyətlə əlaqədar sosial izoliasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.

Ardını oxu...

 

Muxtar respublikada uşaqlar dövlət qayğısı ilə əhatə olunublar

ÇapE-poçt

01.06.20 09:27

Dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də hər il iyun ayının 1-i Uşaqları Beynəlxalq Müdafiə Günü kimi qeyd olunur.

Ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan gəncləri, uşaqları ölkəmizin, xalqımızın milli sərvətidir, gələcəyidir və ümididir. Ona görə də uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Çünki bugünkü uşaqlar müstəqil Azərbaycanın gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin ikinci dəfə müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlət uşaq siyasətinin hüquqi əsasları formalaşdırılmışdır. Ümummilli liderin ölkəmizə rəhbərliyinin hər iki dövründə uşaqlara xüsusi diqqət yetirməsi, səhiyyə, mədəniyyət, təhsil, idman ocaqlarının, məktəbdənkənar, məktəbəqədər və müvafiq sahəni əhatə edən digərsosial təsisatlarşəbəkəsinin qurulması, genişləndirilməsi uşaqların təhsilinə və sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.

Bu gün dövlət uşaq siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə özistedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.

Ardını oxu...

 
 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilmişdir

ÇapE-poçt

31.05.20 17:56

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, müvafiq şəhər və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri, Babək, Ordubad, Şahbuz, Culfa rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud 13 uşağın ailəsində görüş keçirilmişdir. Bu uşaqlardan 4-ü valideyn himayəsindən məhrum, 5-i tək valideynli, 4-ü sağlamlıq imkanı məhduddur.

Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildirmişlər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.

Ardını oxu...

 
 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla görüş keçirilmişdir

ÇapE-poçt

30.05.20 16:25

“1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü” münasibəti ilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan valideyn himayəsindən məhrum, tək valideynli, sağlamlıq imkanları məhdud və aztəminatlı 19 uşağın ailəsində görüş keçirilmişdir. Uşaqlardan 10-u valideyn himayəsindən məhrum, 2-si tək valideynli, 5-i aztəminatlı, 2-si sağlamlıq imkanı məhduddur.
Uşaqlarla görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildirmişlər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Çıxışlarının sonunda uşaqları qarşıdan gələn bayram münasibətilə təbrik etmiş, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulamışlar.

Ardını oxu...

 
 
 
 

Səhifə 10 > 166-dən

Joomla 1.5