Xəbərlər

Sosial qayğıya ehtiyacı olan məktəblilərə qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilib

ÇapE-poçt

01.12.23 09:20

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Babək Rayon İcra Hakimiyyəti, Babək rayon Təhsil Şöbəsi və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə 01 dekabr 2023-cü il tarixdə Babək rayonunda tədrisə cəlb edilmiş sosial qayğıya ehtiyacı olan ailələrin uşaqlarına qış geyimlərinin verilməsi ilə bağlı tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova çıxış edərək uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs etmişdir.
Bildirilir ki, hər iki valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olan, təkvalideynli, sağlamlıq imkanları məhdud, aztəminatlı, çoxuşaqlı, şəhid, qazi övladları olmaqla ümumilikdə 99 uşağa qış geyimləri verilmişdir.
Valideynlər onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər

 

 

 

Maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

30.11.23 18:27

 

 

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Şərur Rayon İcra Hakimiyyəti və Şərur Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə  2023-cü il 30 noyabr tarixdə Şərur rayonu Arbatan kənd tam orta məktəbində “Erkən nikah ailə təməlinin faciəsidir” mövzusunda tədbir keçirilib.

Şərur  Rayon İcra Hakimiyyəti başçısının müavini Aysel Zeynalabdinova tədbir iştirakçılarını salamlayaraq, tədbirin əhəməyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova  bildirib ki, erkən nikah öz-özlüyündə bir neçə problemi əks etdirir. Bunların sırasında ölkənin inkişaf səviyyəsi, onun sosial-iqtisadi vəziyyəti, təhsili, insan hüquqlarının inkişafı və s. dayanır. Erkən nikah probleminin özündə tarixi ənənə yükünü daşıması kimi yanlış stereotiplərin qalması, zorakılıqdan qorumaq məqsədilə valideynlərin qızları erkən nikaha təşviq etməsi, ailənin maddi vəziyyəti, qaçırılma hallarının baş verməsi erkən nikahın yaranma səbəblərindən bir neçəsidir. Erkən nikahın fəsadlarından danışarkən qeyd olunub ki, erkən nikah təhsilin effektiv şəkildə başa çatdıtrılmasına, peşə və həyat bacarıqlarının əldə edilməsi üçün hər hansı bir imkandan məhrum edilməsinə, eyni zamanda boşanma hallarının artmasına və bir sıra xəstəliklərin yayılmasına zəmin yaradır. Eyni zamanda  qeyd olunub ki, erkən nikah heç bir halda normal qəbul edilə bilməz  və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi göstərilir. A. Məmmədova vurğulayıb ki, erkən nikah əsasında qurulan ailələrdə nikahın pozulması, məişət zorakılığı, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsi, fiziki-psixoloji çətinliklər, təhsildən məhrumedilmə və şəxsi azadlıqların itirilməsi kimi mənfi nəticələr qaçınılmazdır. Bu yaşda qurulan ailələr çox vaxt ailə funksiyasını yerinə yetirə bilmir, nəsil artımında böyük çətinliklərlə üz-üzə qalmış olur. Ana olmaq iqtidarında olmayan qızlar ana olmağa hazırlıq dövründə ciddi təhlükələrlə üzləşir, onlarda bir sıra xəstəliklərin yaranmasına şərait yaranır. Əksər hallarda isə əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların doğulmasına, ananın və körpənin ölümünə gətirib çıxarır. Erkən yaşda oğlan və qızların ailə qurması həm həkimlər, həm də psixoloqlar tərəfindən düzgün hesab edilmir. Çünki onların fiziki və psixi cəhətdən formalaşması, inkişaf etməsi yetkinlik yaşına çatdıqdan sonra reallaşır. Erkən nikah halları fiziki, əqli, psixoloji və emosional təsirə malik olub, qızların fərdi inkişafını və gələcək imkanlarını məhdudlaşdırmaqla yanaşı, yaşamaq üçün çox təhlükəli HİV, QİÇS, xərçəng və digər bu kimi xəstəliklərə yeni üfüqlər açır.

Şərur Rayon Təhsil Şöbəsinin müdiri Əli Mehdiyev  tədbir haqqında öz fikrini bildirib.

Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların sualları cavablandırılıb. Sonda 40 nəfər tədbir iştirakçısına “Erkən nikah – ailə faciəsinin təməlidir” mövzusunda hazırlanmış broşür paylanılılb.

 
 

Maarifləndirici tədbir keçirilib

ÇapE-poçt

30.11.23 16:57

 

2023-cü il 30 noyabr tarixdə Babək rayon  Nehrəm qəsəbə 1 nömrəli  tam orta məktəbdə “Milli dəyərlər və uşaqlar” mövzusunda tədbir keçirilib.

Tədbir  Ümummilli Lider Heydər Əliyevin, Akademik Zərifə Əliyevanın və  şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Babək rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şəfa Babayeva  mövzunun əhəmiyyətindən bəhs edərək bildirib ki, qədim və köklü milli-mənəvi dəyərlər sisteminə malik olan xalqımız bu dəyərləri sədaqətlə qorumuş, əsrlərlə yaşatmış və inkişaf etdirmişdir. Milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, dövlətimizin gələcəyi olan uşaqların milli dəyərlərə bağlılıq ruhunda tərbiyəsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin  Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Könül Babayeva  qeyd edib ki, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti vacib məsələlərdəndir. Vurğulanıb ki, məktəb dövrü insanın sonrakı həyat tərzinin, düşüncəsinin, xarakterinin formalaşmasında önəmli rol oynamaqla yanaşı, həm də onun kamil bir şəxsiyyət kimi yetişməsində körpü funksiyasını daşıyır. Bu mənada, milli dəyərlərə yiyələnməklə gənc nəslin milli ruhda tərbiyə olunması məsələsi günümüzdə məktəbin qarşısında duran əsas vəzifələrdən biridir. Buna görə də məktəblərdə şagirdlərin geniş biliklərə sahib olması ilə bərabər, milli dəyərlərə bağlı, vətənpərvər kimi formalaşmasına da ciddi yanaşılmalıdır.

Babək rayon Təhsil şöbəsinin metodisti Nazlı Nəcəfova çıxış edərək milli dəyərlərimizin uşaqlara aşılanması, uşaqların zərərli vərdişlərdən uzaqlaşdırılması yollarından, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkilindən, erkən nikah hallarının fəsadlarından, informasiya-kommunikasiya texnologiyalarından düzgün istifadə qaydalarından ətraflı bəhs edib.

Sonda tədbir  iştirakçılarının sualları cavablandırılıb, onlara Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış “Milli dəyərlərimiz deyəndə nələri başa düşürük?” mövzusunda broşür paylanılıb.

 
 

Muxtar respublikada uşaq hüquqlarının qorunması ilə bağlı monitorinqlər davam etdirilir

ÇapE-poçt

28.11.23 17:06

 

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu tərəfindən 2023-cü il 28 noyabr tarixində Culfa şəhər 2 nömrəli tam orta məktəbdə monitorinq keçirilib.
Monitorinqlər zamanı uşaq hüquq və mənafelərini əhatə edən bütün sahələr yoxlanılılıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması istiqamətində monitorinqləri bundan sonra da davam etdirəcəkdir.

 

 
 

“Qadınlar – mental dəyərlər konseptinə çərçivələnmiş stereotip daşıyıcılarıdır” mövzusunda tədbir keçirilib

ÇapE-poçt

28.11.23 16:38

 

2023-cü il 28 noyabr tarixdə Babək rayonunda Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Babək Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Qadınlar – mental dəyərlər konseptinə çərçivələnmiş stereotip daşıyıcılarıdır” mövzusunda tədbir keçirilib.
Babək Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Lamiyyə İbrahimova tədbiri giriş sözü ilə açaraq, keçirilən tədbirin əhəmiyyətindən bəhs edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova çıxış edərək qeyd edib ki, cəmiyyətimizdə qadın adının uca tutulması Azərbaycan xalqının ən yüksək, ali və mənəvi keyfiyətlərindəndir. Təsadüfi deyil ki, zəngin tarixi irsimizdə qadın surətləri öz məziyyətləri ilə bəşəri ideallara xidmət edir, xalqımızın milli –mənəvi dünyasının nə qədər zəngin olduğunu göstərir. Azərbaycan qadını həm də şəhid anası, şəhid bacısı, şəhid qızı, şəhid yoldaşıdır. Bu səbəbdən Azərbaycan qadını hər zaman başı dik olacaq. Azərbaycan qadını - xalqın gələcəyinə qayğı və uzaqgörənlik nümunəsidir. Azərbaycanda qadına hörmət xalqımızın öndə gələn ənənələrindən olub. Hər bir xalqın özünəməxsus mental dəyərləri var və bu dəyərlər nəsildən-nəslə ötürülərək yaşadılmalıdır F.Hüseynova qeyd edib ki, cəmiyyətimizdə ağıllı və savadlı qadınlara üstünlük verilir, çünki belə olan halda qadın daha da inkişaf etməyə, uğur qazanmağa can atır. Bəşər sivilizasiyanının inkişafında və bugünkü müasir səviyyəyə çatmasında kişilərlə bərabər qadınların da əvəzsiz rolu və xidmətləri olmuşdur. Cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, qadınların fəaliyyəti olmadan orada müvəfəqiyyətlər qazanılsın, uğurlar əldə edilsin. Tarixə nəzər salsaq görərik ki, ayrı-ayrı mərhələlərdə qadına münasibətdən asılı olaraq cəmiyyətdə zərif cinsin rolu da müxtəlif olmuşdur. Çünki qadınların cəmiyyət həyatındakı rolu mövcud ictimai-siyasi şəraitdən və onlara göstərilən münasibətdən asılı olaraq fərqli sivilizasiyalarda və cəmiyyətlərdə fərqli formalarda özünü büruzə vermişdir. Bütün bunlara rəğmən qadınların cəmiyyətdə rolu, ictimai və dövlət həyatında iştirakı daim bəşəriyyətin diqqətində olub.
Sonra "Azərbaycan qadını - keçmişimiz və bu günümüz" adlı videoçarxa baxış olub.
​Diskussiya xarakterli keçən tədbirdə iştirakçıların fikirləri dinlənilib.

 

 

 
 

Səhifə 7 > 401-dən

Joomla 1.5