18.09.20 16:42
Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında aparılan sosial siyasətin mərkəzində insan və vətəndaş amilinin dayanması prioritet məsələlərdən biridir. Bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də möhkəm qanunvericilik bazası yaradılmış, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqamətinə uyğun olaraq bütün kateqoriyadan olan uşaqlar kimi hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların da, hüquqlarının və mənafelərinin qorunması istiqamətində müvafiq işlər həyata keçirir. Aparılan işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Komitənin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün İş Planına uyğun olaraq Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 18 sentyabr tarixdə Şərur şəhəri Mikayıl Müşfiq küçəsi, bina 9 ev 3 ünvanında yaşayan valideyn himayəsindən məhrum olmuş Yusifov Nizami Elvin oğlu və Yusifov Emin Elvin oğlunun, Yengicə kəndində yaşayan hər iki valideynlərini itirmiş Cəfərov Bayraməli Fərhad oğlunun, Siyaqut kəndində yaşayan hər iki valideynlərini itirmiş Qasımov Kamran Baloğlan oğlunun, Dizə kəndində yaşayan valideyn himayəsindən məhrum olmuş Nəsibova Şəbnəm Valeh qızının və Nəsibov Saleh Valeh oğlunun olmaqla, ümumilikdə Şərur rayonu üzrə müvafiq kateqoriyadan olan 6 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinqin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Monitorinq zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum və himayədarları ilə geniş söhbətlər aparılmış, hüquq pozulması hallarına rast gəlinməmişdir.
Bundan sonra da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən müvafiq işlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
18.09.20 15:50
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında musiqi təhsili və mədəniyyətin inkişafı sahəsində səmərəli fəaliyyətlərinə görə:
Hüseynov İlqar Adil oğluna
Hüseynova Səmirə Seyran qızına – “Əməkdar müəllim” fəxri adı;
Əsədov Vaqif Mustafa oğluna
Quliyev Nihat Heydər oğluna – “Əməkdar artist” fəxri adı verilsin".
18.09.20 15:38
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Sevda Novruzovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
“Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Sevda Hüseyn qızı Novruzovaya “Əməkdar dövlət qulluqçusu” fəxri adı verilsin”.
17.09.20 16:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 17-də Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"2020-ci ildə tanınmış həkim və ictimai xadim Əqil Səftər oğlu Mehdiyevin anadan olmasının 100 illiyi tamam olur.
Ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərmişdir. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak etmiş, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilmiş, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olmuşdur. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülmüş, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq, tanınmış həkim və ictimai xadim Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Əqil Mehdiyevin 100 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd edilsin.
2. “Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin".
15.09.20 20:19
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1145#sigProId32b8ca40be
Məlumat verilmişdir ki, xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də 2 anbar yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur.
Mağazada əsasən yerli məhsullar satışa çıxarılır. Xüsusilə də kənddəki ailə təsərrüfatlarında istehsal olunan məhsullara daha çox üstünlük verilir.
Sonra sakinlərlə görüş olmuşdur.
Səhifə 230 > 402-dən