Xəbərlər

Muxtar respublikada demoqrafik vəziyyət yüksələn xətlə müşahidə olunmuşdur

ÇapE-poçt

28.10.20 18:02

2020-ci ilin 9 ayı ərzində muxtar respublikada əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, öz növbəsində, demoqrafik vəziyyətə müsbət təsir göstərmiş, əhalinin sayı bir il öncəyə nisbətdə 2,7 min nəfər artaraq 1 sentyabr 2020-ci il tarixə 461 min nəfər olmuşdur. Əhali artımının təmin olunmasında yenidoğulanlar və müsbət miqrasiya ilə yanaşı, insanların uzunömürlü yaşaması da mühüm rol oynayır. Belə ki, 2020-ci ilin ötən dövründə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölənlərin sayı muxtar respublikada 4,9 nəfər təşkil etmişdir ki, bu da ölkənin digər iqtisadi rayonları və Bakı şəhəri ilə müqayisədə ən aşağı göstəricidir. Bu dövr ərzində əhalinin hər 1000 nəfərinə hesabı ilə ən az boşanma halı da muxtar respublikada qeydə alınmışdır.

 

Aztəminatlı ailələrin özünüməşğulluğu təmin olunur

ÇapE-poçt

28.10.20 17:58

2020-ci ilin 9 ayı ərzində muxtar respublikada 149 aztəminatlı ailənin hər birinə yanında balası olan iribuynuzlu, 26 ailənin hər birinə yanında balası olan 10 baş xırdabuynuzlu, 14 ailəyə mini yerşumlayan aqreqat, 3 ailənin hər birinə 10 arı ailəsi, 1 ailəyə dərzi avadanlıqları, 1 ailəyə təndir çörəyi, kətə və digər unlu məmulatların hazırlanması üçün ləvazimatlar, 1 ailəyə mebellərin təmiri və üzlənməsi üçün avadanlıqlar, 1 ailəyə qaynaq aparatı və plastik boru ütüsü, 1 ailəyə inkubator və quş tükü təmizləyən aparat verilmişdir. Ümumilikdə, 2020-ci ilin doqquz ayı ərzində 901 nəfər ailə üzvü olan 197 aztəminatlı ailənin özünüməşğulluğu təmin edilmişdir. Bundan əlavə, özünüməşğulluğun təmin edilməsi istiqamətində sosial qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmiş, təsərrüfatlarını nümunəvi inkişaf etdirən 5 ailəyə süd sağımı, 5 ailəyə otdoğrayan, 2 ailəyə isə arpa-buğda qıran aqreqatları verilmişdir.

 
 

Muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan ailələr dövlət tərəfindən qayğı ilə əhatə olunublar

ÇapE-poçt

28.10.20 17:55

2020-ci il sentyabr ayının sonuna muxtar respublikada hər bir nəfərə düşən aylıq gəlirləri ehtiyac meyarından aşağı olan 447 ailəyə ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Bundan əlavə, 2 şəhid ailəsinə, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə fərdi yaşayış evləri və mənzillər, eyni zamanda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda, hərbi xidmət vəzifələrinin icrası zamanı və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 22 nəfərə “NAZ Lifan330” markalı minik avtomobilləri təqdim edilmişdir.

 
 

Aztəminatlı ailələrə baş çəkilməsi davam etdirilmişdir

ÇapE-poçt

22.10.20 17:00

Bü gün muxtar respublikada ailələrin sosial müdafiəsi gücləndirilir, məşğulluqları təmin olunur, sosial yönümlü layihələrdə iştirakı həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi aztəminatlı ailələr də daim dövlət qayğısı ilə əhatə olunurlar. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon və şəhər icra hakimiyyətlərinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, onların problemləri öyrənilir, həlli ilə əlaqədar tədbirlər görülür. Sözügedən tədbirlərin davamı olaraq 2020-ci il 22 oktyabr tarixdə Şərur rayon Düdəngə kəndində və Kəngərli rayon Qıvraq qəsəbəsində yaşayan aztəminatlı Qurbanovlar və Məmmədovlar ailəsinə baş çəkilibdir.

Tədbirdə iştirak edən təşkilatların əməkdaşları əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsini vurğulamışlar. Qeyd olunmuşdur ki, ailələrin həyat və məişət şəraitlərinin yüksəldilməsi, onlarla vaxtaşırı görüşlərin təşkil edilməsi, məişət və digər problemləri ilə maraqlanılması, mənəvi cəhətdən dəstək göstərilməsi dövlətin bu sahəyə olan qayğısının bariz nümunəsidir.

Sonda ailələrə ehtiyaclarına uyğun koməklik göstərilibdir.

Aztəminatlı ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək öz minnətdarlıqlarını bildiriblər.

 
 

Heydər Əliyev Muzeyi ziyarət olunub

ÇapE-poçt

17.10.20 17:26

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Heydər Əliyev Muzeyində olublar.

Muzeyin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il 18 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində yaradılmış, 1999-cu il mayın 10-da  fəaliyyətə başlamışdır. Kollektivə muzey haqqında geniş məlumat verilib.  Qeyd olunub ki, bu il muzeyin yaradılmasından 21 il ötür. 420 eksponatla fəaliyyətə başlayan Heydər Əliyev Muzeyinin beş bölməsində hazırda 4900-dən artıq eksponat toplanıb. Kollektivə Ümummilli Liderin siyasi fəaliyyətinin bütün dövrlərini özündə əks etdirən eksponatlar haqqında ətraflı məlumat verilib.

Büün bunlar və muzeydə nümayiş etdirilən eksponatlar şərəfli yolun müxtəlif anlarını özündə əks etdirməklə Heydər Əlirza oğlu Əliyevin zəngin dövlətçilik və ictimai-siyası fəaliyyəti barədə dolğun təsəvvür yaradır.

Muzey ziyarəti zamanı kollektiv arasında sosial məsafənin qorunması təmin edilib.

 
 

Səhifə 227 > 402-dən

Joomla 1.5