Xəbərlər

“Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni kompleks tikilib

ÇapE-poçt

16.10.20 20:42

Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün yeni xidmət və yaşayış kompleksi tikilmişdir. Oktyabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur Əməliyyat Taborunda olmuş, görülən işlərlə maraqlanmışdır. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov Ali Məclisin Sədrinə raport vermişdir. Ali Məclisin Sədri şəxsi heyəti salamlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Azərbaycan Ordusunun yaranması və bugünkü inkişafı ümummilli liderimiz Heydər Əliyevin dövlətçilik fəaliyyətinin nəticəsidir. “Güclü, qüdrətli ordu Azərbaycanın dövlət müstəqilliyini əbədi etmək, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əsas amildir, respublikamızın sülh və əmin-amanlıq şəraitində yaşamasının təminatıdır”, – deyən ulu öndər ölkəmizə hər iki rəhbərliyi dövründə dövlət müstəqilliyinin təminatçısı kimi ordu quruculuğuna xüsusi diqqət yetirmişdir. Ulu öndərimizin ordu quruculuğu sahəsində başladığı işi ölkə Prezidenti cənab İlham Əliyev uğurla davam etdirir. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında müdafiə təhlükəsizliyinin və sabitliyin təmin olunması sahəsində ardıcıl tədbirlər görülür. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin muxtar respublikadakı ordu, birləşmə və hissələri kimi, Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası da böyük təşkilatlanma və inkişaf yolu keçmişdir. 1995-ci il aprelin 10-da Daxili Qoşunların Naxçıvan Taboru yaradılmış, 2002-ci ildə tabor alaya, 2014-cü ildə isə Əlahiddə Əməliyyat Briqadasına çevrilmişdir. Qeyd olunmuşdur ki, ötən dövrdə briqadada qarşıya qoyulan vəzifələrin icrasında və ictimai asayişin qorunmasında xidməti təcrübə toplanmış, hərbi qulluqçuların döyüş hazırlığı artırılmışdır. Şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmış, madditexniki baza möhkəmləndirilmiş, Naxçıvan şəhərində briqada üçün müasir hərbi şəhərcik istifadəyə verilmişdir. Şərur Rayon Taboru üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır.

Ardını oxu...

 

Sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 2020-ci ilin 9 ayı ərzində görülən işlər

ÇapE-poçt

12.10.20 12:17

Əhalinin həssas qruplarından olan sağlamlıq imkanları məhdud uşaqların maddi və mənəvi tələbatlarının ödənilməsi dövlətin sosial siyasətinin əsas tərkib hissələrindən biridir. Əsası Ümummilli Lider tərəfindən qoyulan dövlət uşaq siyasəti muxtar respublikada uğurla həyata keçirilir. Muxtar respublikada da yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicə xidməti, müxtəlif reabilitasiya vasitələri ilə təminatı problemsiz yerinə yetirilir. Onların hərtərəfli inkişafı, cəmiyyətə adaptasiyası və inteqrasiyası, hüquqlarının müdafiə olunması daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı”nın təsdiq olunması sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, təhsilə cəlbinin davamlılığının təmin olunmasına xidmət edir.

Proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ilin 9 ayı ərzində bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, Komitə tərəfindən mütəmadi olaraq sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəricisi və səbəbləri araşdırılmış, onların potensialına uyğun olaraq məktəb, məktəbəqədər və məktəbdənkənar təlim-tərbiyə müəssisələrinə getmələri tövsiyə olunmuşdur.

Ardını oxu...

 
 

Qadın və uşaq hüquqlarının qorunması günün tələbidir

ÇapE-poçt

07.10.20 11:55

Muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması sentyabr ayında da diqqətdə saxlanılmışdır.

“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında “COVİD-19”un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsi çərçivəsində sərmayə kapitalı verilmiş 39 qadından  14-nün yaşadığı ünvanlarda monitorinq keçirilmişdir.               Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsi diqqətdə saxlanılmışdır. Belə ki, Naxçıvan şəhərində yaşayan aztəminatlı, çoxuşaqlı İsmayılovlar, Şərur rayon Dərvişlər kəndində yaşayan aztəminatlı Abdullayevlər, Culfa rayon Kırna kəndində yaşayan aztəminatlı Musayevlər ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış, ailələrə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.

Həmçinin müvafiq Dövlət proqramının icrası ilə bağlı 77 nəfər sağlamlıq imkanları məhdud olan uşaqların valideynləri ilə əlaqə yaradılaraq onlarla geniş maarifləndirici söhbət aparılmış və uşaqlar haqqında məlumatlar bazaya əlavə edilmişdir. Həmin uşaqlardan 24-ü ümumtəhsil məktəblərinin 1-ci, 4-ü isə hazırlıq sinfinə, hərəkət qabiliyyəti məhdud 1 uşaq distant təhsilə, 1uşaq Uşaq Bərpa Mərkəzinə, 1 uşaq Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinə olmaqla, ümumilikdə, 31 sağlamlıq imkanları məhdud uşaq məktəb, məktəbəqədər və müalicə-reabilitasiya müəssisələrinə cəlb olunmuşdur.

15-sentyabr Bilik Günü ilə əlaqədar aztəminatlı çoxuşaqlı, tək valideynli və şəhid ailələrdən olan 94 uşağa məktəbli paltarı və dərs ləvazimatları verilmişdir.

Hesabat dövrü ərzində 4-ü Naxçıvan şəhəri, 6-sı Şərur rayonu üzrə olmaqla, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 10 uşağın yaşadığı evlərdə monitorinq keçirilmişdir. Monitorinq zamanı uşaq hüquqlarının pozulması hallarına rast gəlinməmiş, lakin 1 uşağın təhsildən yayındığı, 2 uşağın şəxsiyyət vəsiqəsinin olmadığı aşkarlanmışdır. Qeyd olunan məsələlərlə bağlı tədbir görülmüş və aid məsələlər həll olunmuşdur.

Komitəyə vətəndaşlar tərəfindən ailə, qadın və uşaq hüquqlarının qorunması ilə bağlı 38 şifahi, 1 yazılı, komitənin elektron ünvanına 1 müraciət daxil olmuş, müraciətlərə qanunamüvafiq qaydada baxılmışdır.

 
 

İnsan olmağın gərəyidir Vətəni sevmək

ÇapE-poçt

05.10.20 12:28

Vətən sadəcə müəyyən sərhədləri olan coğrafi məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır.

İnsanların  ailələri evi sayılırsa,  millətin, xalqın evi isə Vətəndir.  Vətən doğma kandardan başlanır. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik!  İnsan hələ kiçik yaşlardan Vətənin doğmalığını, onun təkrar olunmazlığını və ya sadəcə “Ana Vətən” kəliməsinin qəlbində yaratdığı istiliyi dərindən duyub hiss edir.  Hüzur və rifah üçün evsiz, ailəsiz yaşamaq mümkün olmadığı kimi vətənsiz yaşamaq da mümkün deyildir. Vətən olmadan millətin ayaqda dayanmağı mümkün olmur. Bir millətin var olması, həyatına hüzurlu davam edə bilməsi, ancaq vətəninə sahib olmağıyla mümkündür. Şəfqət verən bu doğma torpaqları yağı düşmənə tapdalatmamaq, ay ulduzlu bayrağımızı şərəflə göylərdə dalğalandırmaq, birlik və bərabər olmaq hər bir Azərbaycanlının vəzifəsidir. “Öncə Vətən, ikinci xalq, sonra mən” kəlamı Azərbaycan vətəndaşının həyat amalıdır. Vətən sevgisi sevgilərin ən gözəli və ən müqəddəsidir, ancaq bu sevgi sözdə olmamalıdır. Vətənini sevən onun uğrunda ölməyə də  hazır olmalıdır. Şair nə gözəl ifadə etmişdir;

“Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq əgər uğrunda ölən varsa Vətəndir.”

Ardını oxu...

 
 

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ziyarət olunub

ÇapE-poçt

26.09.20 16:29

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun qədim keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol oynayır.

Sentyabrın 26-da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi kimi fəaliyyətə başlayıb, Ali Məclis Sədrinin 2015-ci il 02 fevral tarixli Sərəncamına əsasən artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Məhz bu Sərəncamdan sonra Naxçıvan xanlarının və onların görkəmli nümayəndələrinin tarixi burada qorunaraq öyrənilir və ziyarətçilərə təbliğ edilir.
Həmçinin bələdçi bildirmişdir ki, Muzeyin ekspozisiyası 9 zaldan ibarətdir. Yarandığı dövrdə 150 eksponatla fəaliyyətə başlasa da, hazırda eksponatların sayı 2 min 700-dən artıqdır. Həmin eksponatların 350-i ekspozisiya zallarında, 60-a yaxını Möminə Xatın və 240-dan çoxu Açıq Səma Altında Muzey Kompleksində  nümayiş və təbliğ edilir, digər hissəsi isə fond otaqlarında qorunub mühafizə olunur.

Bir sıra tədbirlərə ev sahibliyi etmiş, tarix və mədəniyyətimizin təbliğ olunduğu bu məkanı yerli sakinlərlə yanaşı, Naxçıvana ölkəmizin digər bölgələrindən üz tutan qonaqlar, eləcə də xarici ölkələrdən gələn turistlər də memarlıq kompleksini  həvəslə ziyarət edirlər.

 
 

Səhifə 228 > 402-dən

Joomla 1.5