Xəbərlər

Culfa rayonunda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimi verilmişdir

ÇapE-poçt

12.11.20 19:02

Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Culfa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Culfa rayon Mədəniyyət Sarayında  sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı, şəhid ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.

Tədbirdə  2-si şəhid, 28-i sağlamlıq imkanı məhdud, 11-i hər iki valideynini itirmiş, 1-i təkvalideynli, 6-sı aztəminatlı ailənin uşağı olmaqla, ümumilikdə 48 uşağa qış geyimi verilmişdir.

Tədbirdə  valideynlər  uşaqlara göstərilən  diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını  bildirmişlər.

 

Babək rayonunda sosial qayğıya ehtiyacı olan uşaqlara qış geyimi verilmişdir

ÇapE-poçt

12.11.20 18:56

Bu gün Naxçıvan Muxtar Respublikasının Təhsil,  Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Babək Rayon Mədəniyyət Sarayında sağlamlıq imkanı məhdud, hər iki valideynini  itirmiş  və ya  valideyn himayəsindən məhrum, təkvalideynli, aztəminatlı ailələrdən olan uşaqlara qış geyimi paylanılmışdır.

Tədbirdə  7-si təkvalideynli, 79-u sağlamlıq imkanı məhdud, 9-u hər iki valideynini itirmiş, 11-i aztəminatlı ailənin uşağı olmaqla, ümumilikdə 106 uşağa qış geyimi verilmişdir.

Tədbirdə  valideynlər  uşaqlara göstərilən  diqqət və qayğıya  görə  dövlətimizə minnətdarlıqlarını  bildirmişlər.

 
 
 
 

Sosial qayğıya ehtiyacı olan şagirdlərə qış geyimləri verilib

ÇapE-poçt

12.11.20 18:35

Muxtar respublikamızda gələcəyimiz olan uşaqlar, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlar daim dövlətimizin diqqət və qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, biliklərə yiyələnmələri, dünyagörüşlərinin, intellektual səviyyələrinin  inkişafı, xüsusi istedada malik olanların aşkara çıxarılması, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər gənc kimi formalaşması hər zaman diqqətdə saxlanılır və bu istiqamətdə  ardıcıl tədbirlər həyata keçirilir. Bu tədbirlərin davamı olaraq 12 noyabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı və sağlamlıq imkanları məhdud uşaqlara qış geyimləri verilib.

Ardını oxu...

 
 

Qarabürc kənd avtomobil yolu yenidən qurulub

ÇapE-poçt

11.11.20 23:15

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc kənd avtomobil yolunda aparılan yenidənqurma işləri ilə tanış olub.

Bildirilib ki, 1,8 kilometrlik olan avtomobil yolu yenidən qurulub, asfalt örtük salınıb. Eyni zamanda 1,1 kilometr uzunluğundakı kənddaxili yollara qum-çınqıl qatı verilib. Tikinti aparılarkən yolun üzərində 27 su keçidi qoyulub, 1056 metr uzunluğunda beton su kanalı çəkilib.


Qarabürc kəndində abadlıq işləri də aparılıb, 2 min metr fiber-optik, 1500 metr yeraltı rabitə xətti çəkilib, 2 transformator quraşdırılıb, 3 min metr uzunluğunda yeni elektrik xətti çəkilib, 4 min metrlik elektrik xətti izolyasiyalı elektrik kabellərlə əvəz edilib. Kənddə yeni tikililərə qaz xətti çəkilib, 1560 metr qaz xəttində təmir-bərpa işləri aparılıb, mövcud subartezian quyusundakı nasos yenilənib.

 
 

Səhifə 225 > 402-dən

Joomla 1.5