Xəbərlər

Muxtar respublikanın torpaq və su ehtiyatlarından səmərəli istifadə edilir

ÇapE-poçt

16.11.20 19:02

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Azərbaycanın kənd təsərrüfatı potensialı – torpaqlarımız, hava, su kənd təsərrüfatı məhsulları istehsalının sürətlə artırılmasına yönəldilməli, bundan səmərəli istifadə olunmalıdır”.

Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri ilə yanaşı, kənd təsərrüfatının inkişafı da diqqətdə saxlanılır. Muxtar respublikada torpaq ehtiyyatlarından düzgün istifadə olunur, meliorativ tədbirlərin həcmi genişləndirilir, mütərəqqi suvarma şəbəkələri qurularaq istifadəyə verilir. Naxçıvanda torpaq və su ehtiyatları kompleks şəkildə əkinçiliyin inkişafına yönəldilir. Uzun müddət suvarılmayan torpaq sahələrindən bol məhsul götürülür, əhalinin məşğulluğu və rifahı yaxşılaşdırılır. Son illər muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında dövlət vəsaiti hesabına 5 min hektardan artıq qapalı suvarma şəbəkələri qurularaq sakinlərin istifadəsinə verilib.

Ardını oxu...

Bəhruz Kəngərli Muzeyi ziyarət olunub

ÇapE-poçt

14.11.20 16:53

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixdə imzaladığı “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq  muxtar respublikada  bütün idarə, müəssisə və təşkilatların muzeylərə kollektiv gedişi təmin olunur. Noyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Bəhruz Kəngərli Muzeyində olublar.

Muzeyin bələdçisi kollektivə ətraflı məlumat verərək bildirmişdir ki,  Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılmışdır.

Ümummilli lider Heydər Əliyev 2002-ci il iyunun 18-də  muzeyin açılış mərasimində iştirak etmiş və Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək  demişdir: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

Bəhruz Kəngərli Muzeyi tarixi binada yerləşir. Bina XIX əsrin sonlarında Qızlar Məktəbi, sonrakı dövrlərdə pedaqoji texnikum və tibb məktəbi kimi fəaliyyət göstərmişdir. Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ulu öndərin xarirəsini əbədiləşdirmək üçün binaya xatirə lövhəsi vurulmuş və burada onun xatirə otağı yaradılmışdır. Muzeydə 9 ekspozisiya zalı var. Hazırda muzeydə 1300-ə yaxın eksponat mühafizə olunur. Muzeydə nümayiş etdirilən eksponatlar sırasında həmçinin, Bəhruz Kəngərlinin həyat və yaradıcılığını əks etdirən müxtəlif sənədlər, rəssamın istifadə etdiyi şəxsi və məişət əşyaları, etüd çantası, özünün və qohumlarının fotoşəkilləri, müxtəlif illərdə tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və tətbiqi sənət nümunələri, görkəmli şəxslərin və sənətşünasların rəssam haqqında fikirlərini əks etdirən iqtibaslar da var.

Muzey ziyarəti zamanı kollektiv arasında sosial məsafənin qorunması təmin edilib.

Vətən uğrunda canlarından keçənlər əbədi yaşayacaqlar

ÇapE-poçt

13.11.20 17:57

Sentyabrın 27-də ordumuz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlayıb və Azərbaycan 30 il işğal altında olan torpaqlarımızı azad edərək noyabrın 10-da böyük qələbə qazanıb. Bu tarixi qələbə Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli milli ordumuzun şücaəti nəticəsində mümkün olub. Naxçıvan Muxtar Respublikasından olan igid oğullarımız da döyüşlərdə qəhrəmancasına mübarizə aparıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər... Bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

Ardını oxu...

Vətən uğrunda canlarından keçənlər əbədi yaşayacaqlar

ÇapE-poçt

13.11.20 17:29

Sosial qayğıya ehtiyacı olan şagirdə qış geyimi verilib

ÇapE-poçt

12.11.20 19:58

Şahbuz rayon Ayrınc kəndində yaşayan, distant təhsilə cəlb edilmiş sağlamlıq imkanları məhdud şagirdə təhsil sovqatı verilmişdir

Səhifə 223 > 402-dən

Joomla 1.5