25.09.20 18:18
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1140#sigProId37bb5f6c6a
Sentyabrın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının yeni kompleksinin inşası ilə maraqlanıb.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.
Bildirilib ki, hospital 20 min 450 kvadratmetr ərazini əhatə edir. Zirzəmi ilə birlikdə 5 mərtəbədən, 250 otaqdan ibarət olacaq 280 çarpayılıq hospitalda əsas tikinti işləri başa çatdırılıb, bütün mərtəbələrdə kommunikasiya xətlərinin çəkilişi aparılıb, havalandırma sistemi və 4 lift quraşdırılıb. Hazırda binada son tamamlama işləri aparılır.
Hospitalda radiologiya, tibbi ekspertiza, fizioterapiya, travmatologiya, anesteziologiya, reanimasiya, poliklinika, intensiv terapiya, qəbul, əməliyyat, kardiologiya, cərrahiyyə, urologiya, psixonevrologiya, lor və üz-çənə cərrahiyyəsi, laboratoriya və digər bölmələr fəaliyyət göstərəcəkdir. Hərbi qulluqçuların tibbi müayinə və müalicəsinin keyfiyyətlə aparılması üçün hospital ən müasir tibbi avadanlıqlarla təchiz ediləcəkdir.
Hospitalda müalicə alacaq xəstələr üçün həyətdə istirahət guşəsi istifadəyə veriləcəkdir. Tikintisi aparılan yardımçı binada tibbi tullantıların yandırılması, oksigen, generator otaqları, qaraj və bufet yerləşəcəkdir.
Ali Məclisin Sədri hospitalda ilin sonuna qədər işlərin başa çatdırılması barədə tapşırıqlar verib.
23.09.20 18:07
Bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da bütün sahələrdə olduğu kimi uşaq hüquqlarının qorunması istiqamətində də möhkəm qanunvericilik bazası yaradılmış, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi öz fəaliyyət istiqamətinə uyğun olaraq bütün kateqoriyadan olan uşaqlar kimi hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların da, hüquqlarının və mənafelərinin qorunması istiqamətində müvafiq işlər həyata keçirir. Aparılan işlərin davamı olaraq ilin əvvəlində təsdiq edilmiş Komitənin və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2020-ci il üçün İş Planına uyğun olaraq Komissiyanın ekspert qrupu tərəfindən 2020-ci il 23 sentyabr tarixdə Naxçıvan şəhəri 54-cü məhəllə, ev 15 ünvanında yaşayan hər iki valideynini itirmiş Turabova Şərmin Məmməd qızı, Turabova Zərifə Məmməd qızı, Tumbul kənd inzibati ərazi dairəsində yaşayan valideyn himayəsindən məhrum Ak İnci Cəmil qızı və 6-cı küçə, döngə 3, ev 27 ünvanında yaşayan Məmmədli Sevgi Mətləb qızı olmaqla, ümumilikdə Naxçıvan şəhəri üzrə müvafiq kateqoriyadan olan 4 uşağın yaşadığı evdə monitorinq keçirilmişdir. Monitorinqin məqsədi uşaqların hüquq və mənafelərinin qorunması, onların hüquqlarının pozulmasına səbəb ola biləcək halların qarşısının alınmasından ibarətdir. Monitorinq zamanı uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum və himayədarları ilə geniş söhbətlər aparılmış, hüquq pozulması hallarına rast gəlinməmişdir.
Bundan sonra da Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən müvafiq işlərin həyata keçirilməsi davam etdiriləcəkdir.
22.09.20 16:47
Muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı istiqamətlərindən biri vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması, sosial yönümlü layihələrdə iştirakı, hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasıdır. Bu məqsədlə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, və müvafiq rayon və şəhər İcra hakimiyyətlərinin təşkilatçılığı ilə mütəmadi olaraq aztəminatlı ailələrə baş çəkilir, onların problemləri öyrənilir, həlli ilə əlaqədar tədbirlər görülür. Görülən tədbirlərin davamı olaraq 2020-ci il 22 sentyabr tarixində ilə Naxçıvan şəhəri, Nəcməddin Naxçıvani küçəsi ev 26 ünvanında yaşayan aztəminatlı, çoxuşaqlı İsmayıllovlar, Şərur rayon Dərvişlər kəndində yaşayan aztəminatlı Abdullayevlər və Culfa rayon Kırna kəndində yaşayan aztəminatlı Musayevlərin ailəsinə baş çəkilib.
Tədbirdə iştirak edən təşkilatların əməkdaşları bildirmişlər ki, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi, yoxsulluğun azaldılması istiqamətində muxtar respublikada ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün kateqoriyadan olan ailələr kimi aztəminatlı ailələr də daim dövlətin dəstək və himayəsi ilə əhatələniblər. Belə ki, ailələrin həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün ailələrin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onların məişət və digər problemləri ilə maraqlanılır, mənəvi cəhətdən dəstək göstərilir.
Sonda ailələrə ehtiyaclarına uyğun koməklik göstərilib.
Aztəminatlı ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirərək öz minnətdarlıqlarını bildirdilər.
18.09.20 19:00
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sentyabrın 18-də Oktay Qurbanovun “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında bank sisteminin inkişafında səmərəli fəaliyyətinə görə Oktay Aftandil oğlu Qurbanov “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə təltif edilsin".
18.09.20 17:00
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1140#sigProIdcf844cb482
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırıb, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunub, 4-cü nəsil mobil rabitə xidmətinin əhatə dairəsi genişlənib.
Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ali Məclisin Sədri “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionl
Səhifə 229 > 402-dən