Xəbərlər

Xidmət mərkəzində 3 sakin işlə təmin olunub

ÇapE-poçt

11.11.20 22:50

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində görülən işlərlə də tanış olub.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, ət satışı yeri və ərzaq malları mağazası yerləşir. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılıb, 3 sakin işlə təmin olunub. Mağazada istehlakçıların gündəlik tələbatı nəzərə alınır, daha çox yerli kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilir.

Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilməsi ilə bağlı tapşırıq verib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Xalqımızın qələbəni qeyd etdiyi gündə Qarabürc kəndi muxtar respublikanın müasir kəndləri sırasına daxil olur. Kəndin inkişafı onun yolundan başlanır. Kənd avtomobil yolunun yenidən qurulması, müasir iş şəraitinin yaradılması, məktəb, xidmət və kənd mərkəzləri kimi sosial obyektlərin qurulması sakinlərin rahat yaşamasına xidmət edəcəkdir. Qurulanların qorunması isə kənd sakinlərinin üzərinə düşən vəzifədir. Dünyada belə ölkələr çox azdır ki, həm torpaqlarının qorunması üçün ordu quruculuğuna vəsait ayırır, həm də ölkədə abadlıq-quruculuq tədbirləri həyata keçirir. Bütün bunları Qarabürc kəndinin simasında aydın görürük.

Ali Məclisin Sədri deyib: Kənd sakinləri burada münbit torpaqlara sahibdirlər. Suvarma suyu ilə təmin olunublar, istehsal olunan məhsulların satışı üçün hər cür şərait yaradılıb. Buna görə də torpaqlar əkilməli, ölkəmizin inkişafına hər bir sakin töhfəsini verməlidir. Sevindirici haldır ki, yeni evlər tikilir, məskunlaşma artır. Dövlət tərəfindən də lazımi köməklik göstərilir. Bundan sonra ölkəmizin qarşısında duran əsas vəzifə işğaldan azad olunan torpaqlarımızda yenidənqurma işlərinin aparılması olacaqdır.

Ali Məclisin Sədri kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, işlərində uğurlar arzulayıb.

Kənd sakinləri adından minnətdarlıq edən Arif Yusifov deyib: “Muxtar respublika rəhbərinin kəndimizə gəlişi sakinlər tərəfindən böyük sevinc və fərəh hissi ilə qarşılanır. Mən bütün kənd sakinləri adından Ali Məclisin Sədrini İkinci Qarabağ müharibəsində əldə olunan qələbə münasibətilə təbrik edirəm. Ordu quruculuğuna muxtar respublikada göstərilən diqqət və qayğının nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin də dediyi kimi naxçıvanlılar Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstəriblər. Biz bununla qürur duyuruq. Muxtar respublikada aparılan abadlıq-quruculuq işləri insanların rahat yaşayışının təminatıdır. Bu quruculuqdan kəndimizə də pay düşüb. İstifadəyə verilən məktəb binası, feldşer-mama məntəqəsi, kənd və xidmət mərkəzləri və digər müasir infrastruktur kəndimizin simasını tamamilə dəyişməklə yanaşı, həm də sakinlərin rahatlığına xidmət edəcəkdir. Kəndimizin sakinləri çox zəhmətkeş, torpağa bağlı insanlardır. Suyumuz bol, torpaqlarımız məhsuldardır. İstehsal etdiyimiz məhsulları bazar və yarmarkalarda rahat satırıq. Bir sözlə, kəndin bütün sosial problemləri öz həllini tapmışdır. Heç bir çətinliyimiz yoxdur. Söz veririk ki, yaradılan şəraitdən bundan sonra da səmərəli istifadə edəcək, muxtar respublikanın inkişafına töhfə verəcəyik”.

 

Qarabürc Kənd Mərkəzi fəaliyyətə başlayıb

ÇapE-poçt

11.11.20 22:30

Noyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qarabürc Kənd Mərkəzində görülən işlərlə maraqlanıb.

Məlumat verilib ki, Qarabürc Kənd Mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, bələdiyyə, baytarlıq məntəqəsi, polis sahə məntəqəsi, kitabxana, poçt bölməsi, klub və 38 yerlik zal yerlə­şir. Kitabxana fondunda 2 min 735 kitab vardır.

Ali Məclisin Sədri kitab müzakirələrinin təşkil olunması ilə bağlı tapşırıq verib.

Binada poçt bölməsinin fəaliyyəti üçün bütün tədbirlər görülüb, kənd Kürçülü kəndində yerləşən yeni nəsil ATS vasitəsilə telefonlaşdırılmışdır. Kənd sakinləri sürətli internetdən istifadə edirlər.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 39 üzvü vardır ki, onlardan da 12-si gənc, 9-u isə qadındır.

Yeni Azərbaycan Partiyası Qarabürc kənd ərazi ilk təşkilatının sədri Səbuhi Əliyev Ali Məclisin Sədrini qələbə münasibətilə təbrik edərək deyib: “Ölkəmizin sosial-iqtisadi inkişafını biz cəbhədə qazanılan uğurlarda gördük. Fəxr edirik ki, bu ölkənin vətəndaşlarıyıq. Bu qələbə əzmi ilə də işləməyə, ölkəmizə bütün sahələrdə töhfə verməyə çalışacağıq”.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq xidmətidir. Xəstəliklərə qarşı vaxtında peyvəndlərin vurulması, dezinfeksiya işlərinin aparılmasının nəticəsidir ki, heyvanlar arasında heç bir yoluxucu xəstəlik yoxdur.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi mühüm əhəmiyyətə malikdir. Kənd mərkəzinin birinci mərtəbəsində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri, mama və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və digər tibbi ləvazimatlarla təchiz edilib.

Məntəqə müdiri Tahirə Quliyeva deyib ki, muxtar respublikada səhiyyə sahəsinə göstərilən qayğıdan bizim kəndimizə də pay düşüb. Müasir tibbi avadanlıqlar imkan verəcək ki, insanların sağlamlığının keşiyində daha məsuliyyətlə dayanaq. Tahirə Quliyeva torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbriklərini çatdırmış, sağlam gənc nəslin yetişdirilməsinə göstərilən qayğıya görə minnətdarlıq edib.

Ali Məclisin Sədri səhiyyə maarifinin əhəmiyyətini vurğulayıb və tibbi xidmətlərin təşkili ilə bağlı tapşırıqlar verib.

Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılıb.

 
 

Ailə, qadın və uşaq hüquqları diqqətdə saxlanılır

ÇapE-poçt

06.11.20 17:18

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması oktyabr ayında da diqqətdə saxlanılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan 170  qadınla əlaqə saxlanılaraq müvafiq söhbətlər aparılmışdır. Onlardan 3-nün kompüter, 1-nin dərzi, 1-nin aşpaz, 1-nin bərbər-manikürçü, 1-nin toxuculuq peşə kurslarına cəlb olunması üçün ümumilikdə, 7 qadın haqqında məlumat Naxçıvan Muxtar Respublikasının Təhsil və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə göndərilmişdir.

Ardını oxu...

 
 

Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib

ÇapE-poçt

31.10.20 19:02


Ümummilli lider Heydər Əliyev demişdir: "Torpaqlarımızın azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, müstəqil Azərbaycanın xoşbəxt günü gəlib çatacaqdır". Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin yolunu davam etdirərək Azərbaycanı qüdrətli dövlətə çevirib. Bu gün ordumuz  torpaqlarımızı işğaldan azad edir, tarixi ədalət bərpa olunur. Döyüş meydanında əsl vətənpərvərlik göstərən  igid  oğullarımız Vətən yolunda öz adlarını ən uca zirvəyə-şəhidlik zirvəsinə yazırlar. Torpağa məhəbbət, vətənpərvərlik isə onu qorumaqla yanaşı, həm də əkməklə, zəhmətə qatlaşıb bol məhsul yetişdirməklə, bağlar, yaşıllıqlar salmaqla mümkün olur.

Oktyabrın 31-də muxtar respublikada şəhidlərin xatirəsinə meyvə bağları və yaşıllıqlar salınmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gedən yolun kənarındakı 4 hektar ərazidə keçirilən ağacəkmədə iştirak etmişlər. Burada 3 hektar sahədə meyvə bağı salınmış, ərazidəki 1 hektar meyvə bağında isə bərpa əkini aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ağacəkmədə iştirak etmişdir.

Bildirilmişdir ki, cari ilin payızında muxtar respublikada 265 hektar sahədə yaşıllaşdırma tədbirləri aparılacaqdır ki, bunun da 41,3 hektarını yeni meyvə, 3,3 hektarını isə üzüm bağları təşkil edəcəkdir. Yeni meyvə bağlarının salınmasında cəviz, badam, ərik, şaftalı və digər tinglərdən istifadə olunacaqdır. Əvvəlki illərdə salınmış 78 hektar sahədə bərpa əkini keçiriləcək, 2,5 hektarda toxmacarlıq yaradılacaq, 140 hektar sahədə isə toxumla əkin aparılacaqdır.

 

 

 
 

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

ÇapE-poçt

30.10.20 09:37

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 12 iyun tarixli 128-VIQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Babək rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:

1. 59.3-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Babək qəsəbəsi” sözləri “Babək şəhəri” sözləri ilə əvəz edilsin.

2. 59.4-cü sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Cəhri kəndi” sözləri “Cəhri qəsəbəsi” sözləri ilə əvəz edilsin.

3. 59.17-ci sətirdə “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Nehrəm kəndi” sözləri “Nehrəm qəsəbəsi” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 oktyabr 2020-ci il.

 
 

Səhifə 226 > 402-dən

Joomla 1.5