23.11.20 14:35
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1105#sigProIdb980e5fd4b
20.11.20 18:20
20.11.20 10:57
Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir.
Heydər Əliyev
20 noyabr-Ümumdünya Uşaq Hüquqları Günü dünyanın əksər ölkələrində, eləcə də Azərbaycan Respublikasında qeyd olunur.
Uşaq hüquqları - insan hüquqları anlayışının bir hissəsi kimi bütün uşaqların doğulduqları gündən qanunla sahib olduqları təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının təyinində istifadə edilən universal anlayışdır.
Uşaqların fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi, hərtərəfli yetişməsinin bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsinin vacibliyi nəzərə alınaraq 1959-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi “Uşaq Hüquqları Bəyannaməsini” qəbul etdi. Lakin bu bəyannamənin hüquqi qüvvəsi və nəzarət mexanizmi yox idi. Bu sənəd dövlətlərin üzərinə məsuliyyət və öhdəlik qoymurdu. Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 1989-cu il noyabrın 20 BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. 20 noyabr 1989-cu ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 54 maddədən ibarət “Uşaq Hüquqları Haqqında Konvensiya” qəbul edilmişdir.
Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Uşaqların keyfiyyətli təhsil almaları, yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin ənənələrindən irəli gələn başlıca prinsiplərindəndir.
Ulu öndərin təşəbbüsü ilə bir sıra beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Belə ki, ölkəmiz 21 iyul 1992-ci ildə uşaqların yaşaması, inkişafı üçün zəruri olan mühüm standartların müəyyən edilməsi və hüquqlarının qorunması məqsədilə Uşaq Hüquqları Konvensiyasına qoşulmuşdur. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasında da uşaqların hüquq və mənafelərinin müdafiəsi ilə bağlı müvafiq normalar təsbit edilmiş və uşaq hüquqlarının həyata keçirilməsinə dövlətin nəzarət etdiyi öz əksini tapmışdır.
19.11.20 19:05
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1105#sigProIdce5e290464
17.11.20 17:17
http://aqupdk.nakhchivan.az/mtbuat-xidmti/xbrlr.html?start=1105#sigProId911ae7628d
Səhifə 222 > 402-dən