Xəbərlər

Culfa şəhərinin Heydər Əliyev prospekti yenidən qurulub

ÇapE-poçt

15.05.20 19:59

Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Biz müstəqillik şəraitində həyatımızın bütün sahələrini vətəndaşlarımızın tələbatına uyğun olaraq inkişaf etdirməli, qurub yaratmalıyıq”.

Bu gün muxtar respublikanın şəhər, rayon, qəsəbə və kəndlərini əhatə edən inkişaf, sabitlik və rifah ümummilli liderin siyasi xəttinin bəhrəsidir. Culfa şəhərində və rayonun kəndlərində aparılan quruculuq işləri insan amilinə verilən dəyəri ifadə edir. Rayonda dayanıqlı iqtisadi sistemin formalaşdırılması, yeni iş yerlərinin açılması sakinlərin rahat yaşayışına səbəb olub, abadlıq-quruculuq tədbirləri Culfa şəhərini müasir görkəmə qovuşdurub.

Mayın 15-də Culfa şəhərinin Heydər Əliyev prospekti əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmiş, görülən işlərlə tanış olub.

Məlumat verilib ki, Heydər Əliyev prospekti yenidən qurulmuş, 2700 metrlik avtomobil yolu genişləndirilərək yeni asfalt örtük salınmış, 78 su keçidi qoyulub. 4 zolaqlı yolda 58 yeni işıqlandırma dirəyi quraşdırılıb, kənarlarda səki salınıb, 2053 metr uzunluğundakı suvarma sistemləri yenisi ilə əvəz olunub.

Ardını oxu...

 

Ailə modelimiz qorunur və nəsildən-nəslə yaşadılır

ÇapE-poçt

15.05.20 10:35

15 may - Beynəlxalq Ailə Günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi Azərbaycan Respublikasında da geniş şəkildə qeyd olunur.

Cəmiyyətin əsasını təşkil edən ailə bəşər tarixinin təşəkkül tapdığı vaxtdan mövcuddur. Min illər ərzində, tarixin bütün dövrlərində ailə cəmiyyətin inkişafında mühüm əhəmiyyət kəsb etmişdir. Öz dəyərlər sistemini formalaşdıran və qoruyub saxlayan bütün xalqlar ailəyə həmişə müqəddəs münasibət bəsləmişdir. Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir. Bu baxımdan xaqımızın mükəmməl dəyərlər sistemi mövcuddur ki, buna görə də ölkəmizdə ailə müqəddəs hesab olunur.

Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəs hesab olunan, tarixən formalaşmış milli-əxlaqi dəyərlər üzərində qurulan, eyni zamanda bu dəyərləri özündə yaşadaraq gələcək nəsillərə çatdıran Azərbaycan ailəsi öz möhkəmliyi ilə bu gün də müstəsna modeli ilə digər ölkələrlə müqayisədə fərqlənir. Biz həmişə Azərbaycan ailələrinin möhkəmliyi ilə fəxr etmişik. Bu, əsasən milli dəyərlər sistemimizin möhkəmliyindən irəli gəlir. Ailə üzvləri arasında səmimi, mədəni münasibət, böyük-kiçik yerinin bilinməsi, valideyn-övlad münasibətlərinin düzgün qurulması bizim ailələrə xas olan keyfiyyətlərdir. Əgər ölkəmizdə yüzlərlə, minlərlə qurulan ailə brilyant, qızıl, gümüş yubileylərini keçirirlərsə, bu o deməkdir ki, Azərbaycanda ailə modeli qorunur və nəsildən-nəslə yaşadılır.

Ardını oxu...

 
 

Əlövsət Baxşıyev Baş nazir vəzifəsindən azad edildi

ÇapE-poçt

14.05.20 16:47

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  mayın 14-də  Əlövsət Baxşıyevin Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının  Baş naziri vəzifəsindən azad edilsin".

 
 

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmişdir

ÇapE-poçt

14.05.20 16:30

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şahbuz Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şahbuz rayonunda yaşayan 3 aztəminatlı, sağlamlıq imkanları məhdud  ailələrlə görüş keçirilmişdir.

Ailələrlə görüş zamanı adıçəkilən təşkilatların nümayəndələri bildirmişlər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində  ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Bildirilir ki, 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar ailələrlə keçirilən görüşlərdə onlara ərzaq payı, geyim dəsti və tibbi ləvazimat verilmişdir.

Ailələrin üzvləri dövlətimiz tərəfindən onlara göstərilən dəstəyi yüksək qiymətləndirmiş, bu diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirmişlər.

Ardını oxu...

 
 

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmişdir

ÇapE-poçt

13.05.20 17:40

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlər həyata keçirilir. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində yaşayan 6 aztəminatlı, sağlamlıq imkanları məhdud, çoxuşaqlı ailələrlə görüş keçirilmişdir.

Ailələrlə görüş zamanı Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin müdiri Tarverdi Məmmədov və Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Orxan Məhərrəmov bildirmişlər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı  istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində  ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Ardını oxu...

 
 

Səhifə 251 > 402-dən

Joomla 1.5