Xəbərlər

Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü qeyd olunub

ÇapE-poçt

10.05.20 16:42

Mayın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Ölkəmizə   rəhbərliyi dövründə ən çətin məqamlarda xalqının köməyinə çatan, Azərbaycanı məhv olmaq, parçalanmaq və tarix səhnəsindən silinmək təhlükəsindən xilas edən dahi rəhbərin mənalı ömür yolu bir məqsədə - xalq və Vətən naminə fəaliyyətə həsr olunub. Heydər Əliyev siyasi xətti Azərbaycanı müstəqilliyə qovuşdurub, parçalanmaq təhlükəzində xilas etmiş, inkişaf və tərəqqi yoluna çıxarıb.

Ümummilli liderimiz 1969-1982-ci illərdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirib, güclü iqtisadi potensial yaradıb. Bu dövrdə başlanan iqtisadi inkişaf, milli-mədəni dirçəliş, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik və müstəqillik ideyasının əsas hərəkətverici qüvvəsi olub. Bu mənada ümummilli liderin 1969-cu ildə hakimiyyətə gəlişindən sonrakı dövr, əslində Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan yolun başlanğıcıdır. Dahi şəxsiyyət bu barədə deyirdi: “1970-ci illərdə görülən işlər, yaradılan böyük iqtisadiyyat, sənaye potensialı və neft sənayesi sahəsində yaranmış potensial Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əsasıdır”.

Ardını oxu...

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 97 il ötür!

ÇapE-poçt

10.05.20 10:57

Bu gün müdrik dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasından 97 il ötür!
Qürur və ehtiramla anırıq!
 
 

Vətən qarşısında xidməti olanlara avtomobillər təqdim olunub

ÇapE-poçt

09.05.20 19:13

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Vətən müdafiəçiləri cəmiyyətimizdə ən hörmətli adamlardır. Bu adamlara qayğı göstərmək, onların problemlərini həll etmək hamının borcudur”.

Bu gün Naxçıvan Muxtar Respublikasında Vətənimizin  müdafiəsi zamanı sağlamlıqlarını itirən şəxslər hərtərəfli qayğı ilə əhatə olunublar. Onların sağlamlıqlarının bərpası, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və minik avtombilləri ilə təmin olunması diqqət mərkəzində saxlanılır.

Mayın 9-da - faşizm üzərində Qələbənin 75-ci ildönümündə Naxçıvan şəhərində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda və hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlıq imkanları məhdudlaşmış 5 nəfərə, eləcə də Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 1 nəfərə “NAZ-Lifan-330” markalı minik avtomobilləri təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmətlərin göstərilməsi, onların təhsili, məşğulluğu və yaradıcılıq potensiallarının aşkar edilməsi daim diqqət mərkəzində saxlanılır. Cari ildə müvafiq kateqoriyalı 179 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 108 şəxsə müalicə müəssisələrinə göndəriş, 110 nəfərə texniki reabilitasiya vasitələri verilib, 120 nəfər protez-ortopedik məmulatlarla təmin edilib. Sosial qayğıya ehtiyacı olan 334 nəfərə evlərində, 6 nəfərə Ahıllar Evində sosial-məişət xidməti göstərilib. 6 ailəyə fərdi yaşayış evləri və mənzillər, 11 nəfərə minik avtomobilləri təqdim edilib. Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıya görə minnətdarlıq edib.

Ardını oxu...

 
 

Naxçıvanda faşizm üzərində Qələbənin 75-ci ildönümü qeyd olunub

ÇapE-poçt

09.05.20 18:55

1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 75-ci ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunub.

Mayın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gələrək abidə önünə gül dəstəsi qoyub, müharibədə həlak olan azərbaycanlıların xatirəsinə ehtiramını bildirib.

Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıblar. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycanlı çağırışçılardan və könülllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstəriblər.

402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınıb. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən həmyerlilərimiz göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazıblar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”, 29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunublar.

Azərbaycan xalqı faşizmlə mübarizəyə bütün imkanlarını səfərbər edib. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80, mühərrik yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb.

Ardını oxu...

 
 

Bu il 9 may – faşizm üzərində qələbənin 75-ci ildönümüdür!

ÇapE-poçt

09.05.20 09:46

İkinci dünya müharibəsində ölkəmizdən ümumilikdə 11 mindən artıq qadın iştirak etmişdir. Həmçinin iştirak edən qadınlar arasında Naxçıvan qadınları da olmuşdur. Naxçıvan qadınlarından 127-si ön cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmiş, qəhrəman qadınlarımız orden və medallarla təltif olunmuşlar. Həmçinin arxa cəbhədə də Naxçıvan qadınları fədakarlıq göstərmiş, göstərdiyi xidmətlərə görə 1736 Naxçıvan qadını təltif olunmuşdur. Qəhrəman Naxçıvan qadınlarından Səkinə Quliyevanı, Zərifə Camalbəyovanı, Xeyrənsə Abdullayevanı və digərlərini misal göstərmək olar. Bu qəhrəman qadınlarımız vətənpərvərlik borclarına sadiq qalaraq cəbhədə igidlik və fədakarlıq nümunələri göstərmişlər. Belə qəhrəman qadınlarımızdan biri də Xətai nəslinin özünəməxsus dəyərlərini, əsl-nəcabətini özündə yaşadan, İkinci Dünya müharibəsinin od-alovundan keçmiş, kişilərlə çiyin-çiyinə qəhrəmanlıq göstərmiş Dilbər xanım Təhməzbəyovadır. Dilbər Təhməzbəyova müharibənin ilk günündə orduya çağırılaraq tibb bacısı kimi Şimali Qafqazda – Qroznıda yerləşən hərbi xəstəxanaya göndərilir. Tbilisidəki üçillik hərbi həkim kursunu 3 aya mənimsəyib kiçik leytenant rütbəsi ilə 402-ci Azərbaycan atıcı diviziyasının hərbi xəstəxanasında cərrahiyyə şöbəsinin baş tibb bacısı təyin olunur. Müharibənin qanlı 4 ilində Dilbər xanım özü də bir donor kimi şəxsən qan vermiş, gecə-gündüz yuxu çimiri çalmadan keçirilən əməliyyatlarda iştirak etmiş, minlərlə döyüşçünün, əsgər və zabitin sağalıb yenidən cəbhəyə qayıtmasında böyük rəşadət göstərmişdir.

Vətən qarşısındakı şərəfli xidmətlərinə görə 1941-1945-ci illər müharibəsinin II dərəcəli ordeni, bütün xalqların yaralı övladlarına fərq qoymadan öz doğmaları kimi tibbi yardım göstərdiyinə görə “Xalqlar dostluğu” ordeni, Şimali Qafqazın, Ukraynanın müdafiəsi, faşizm üzərində qələbənin 25, 30, 40, 50, 60, 65-ci illəri yubiley medalları, yüzlərlə döyüşçüyə şəxsən qan verdiyinə görə “SSRİ-nin əlaçı donor səhiyyə işçisi” medalı, dinc quruculuqda “Əmək veteranı” medalı, “Əməkdə fərqlənmə” döş nişanları ilə təltif olunan Dilbər Təhməzbəyova tibb sahasində misilsiz xidmətlər göstərmişdir.
 
 

Səhifə 253 > 402-dən

Joomla 1.5