Xəbərlər

Şərur rayonu sosial iqtisadi inkişafın yeni mərhələsində

ÇapE-poçt

12.04.20 20:50

Rayonda geniş quruculuq işləri aparılır

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədəkar insanlar var. Arzu edirəm ki, Şəruru daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz...”.

Muxtar respublikanın ən böyük yaşayış məntəqəsi olan Şərur rayonunda kompleks inkişaf təmin edilibdir. Rayonda iqtisadiyyatın bütün sahələrinin inkişafı, yeni sənaye müəssisələrinin yaradılması, aqrar sahədə islahatların əhatə dairəsinin genişləndirilməsi əhali rifahını yüksəldib, məskunlaşma artıbdır. Aparılan genişmiqyaslı quruculuq işləri, sosial obyektlərin, inzibati binaların və yol infrastrukturunun tikilib istifadəyə verilməsi yaşayış məntəqələrinin simasını tamamilə dəyişib, Şərur şəhəri və kəndlər abad yaşayış məntəqələrinə çevriliblər. Bu il də rayon mərkəzində və kəndlərində quruculuq işləri davam etdirilir.

Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilib

Şərur rayonunda xalqımızın qədim adət-ənənələrinin, milli və mənəvi dəyərlərinin qorunub yaşadılmasına, zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Məscid və mərasim evlərinin inşası da görülən bu işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyətə malikdir.

Aprelin 12-də Şərur şəhərində Mərasim evi və dini icma üçün iş otaqları istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət Mərasim evinin birinci mərtəbəsində dini icma sədrinin və müavininin otağı, kəbin otağı, 44 yerlik iclas zalı, kitabxana, təsərrüfat işçiləri üçün otaq və qazanxana vardır. İkinci mərtəbədə qadınlar üçün 168 yerlik mərasim zalı və mətbəx, üçüncü mərtəbədə isə kişilər üçün 168 yerlik mərasim zalı və mətbəx yerləşir.

Ardını oxu...

 

Ali Məclisə yeni şöbə müdiri təyin edildi

ÇapE-poçt

09.04.20 20:11

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 9-da Ramil Nəbiyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin müdiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Ramil Aslan oğlu Nəbiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Ərazi idarəetmə orqanları, deputatlarla və komitələrlə iş şöbəsinin müdiri təyin edilsin".

 
 

Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib

ÇapE-poçt

09.04.20 19:51

Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir meliorasiya və irriqasiya sistemləri qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər. Xüsusilə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq sahəsində ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları yaradılır, iqlim və torpaq xüsusiyyətlərinə uyğun məhsuldar toxum sortları yetişdirilir.

Aprelin 9-da Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ardını oxu...

 
 

Yeni torpaq sahələri əkin dövriyyəsinə qatılır

ÇapE-poçt

04.04.20 20:53

Muxtar respublikada yeni nasos stansiyaları tikilir, təzyiqli boru xətləri çəkilir

Bu gün muxtar respublikada iqtisadiyyatın digər sahələri kimi, meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, müasir hidrotexniki qurğuların tikilməsi də diqqətdə saxlanılır. Torpaqların su təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafına, ən əsası isə əkinçilikdə yüksək məhsuldarlığın əldə olunmasına imkan verir. Nəticədə torpaq mülkiyyətçiləri, ailə təsərrüfatları və fermerlər bol məhsul istehsal edərək ərzaq təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edir, bazarın tələbatı yerli istehsal hesabına ödənilir. Həyata keçirilən tədbirlərin davamı kimi, muxtar respublikada yeni nasos stansiyaları tikiləcək, təzyiqli boru xətləri çəkiləcəkdir.

Aprelin 4-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov nasos stansiyalarının layihəsinə baxıb, həyata keçiriləcək tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, Araz su anbarının yaxınlığında eni 8, uzunluğu 100 metr olan körpü tikiləcək və körpünün üzərində biri ehtiyat olmaqla 2 nasos quraşdırılacaqdır. Hər birinin gücü 1000 kilovat-saat olan nasosların su sərfi saniyədə 1500 litr olacaqdır. Nasoslar suyu uzunluğu 2 kilometr, diametri 1000 millimetr olan təzyiqli boru xətti ilə ikinci nasos stansiyasına vuracaqdır. İkinci nasos stansiyası üçün ərazidə yeni bina və suqəbuledici hovuz inşa olunacaq, hər birinin gücü saniyədə 850 litr olan 3 nasos quraşdırılacaqdır. Nasoslardan biri ehtiyat üçün nəzərdə tutulub. Bu nasos stansiyasından su yeni çəkiləcək 3,8 kilometrlik təzyiqli boru xətti ilə həcmi 4 min kubmetr olan 6 çıxışlı paylayıcı hovuza vurulacaq və öz axını ilə torpaq sahələrinə veriləcəkdir. Yeni nasos stansiyaları istifadəyə verildikdən sonra Kəngərli rayonunda və Naxçıvan şəhərində 14 min hektar yeni torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq, 5 min hektar torpaq sahəsinin isə su təminatı yaxşılaşdırılacaqdır.

Ardını oxu...

 
 

Naxçıvanda yeni meyvə bağları salınıb

ÇapE-poçt

04.04.20 20:46

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Ekoloji məsələlərə diqqət, münasibət, eyni zamanda, ölkənin ümumi siyasətinin, ümumi mədəniyyətinin təzahürüdür... Təbiət, ətraf mühit daimi sərvətdir... Bizim vəzifəmiz ondan ibarətdir ki, bunu qoruyaq. Özümüz üçün, gələcək nəsillər üçün, ölkəmizin yaşaması üçün qoruyaq”.

Müasir dövrdə insanın təbiətlə qarşılıqlı əlaqəsi və ekoloji məsələlərə münasibəti cəmiyyətin inkişaf səviyyəsini göstərir. Muxtar respublikada bu amil diqqətdə saxlanır. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. İməciliklər zamanı yeni ağacların əkilməsi, təmizlik və səliqə-səhman işlərinin görülməsi isə ekoloji tarazlıqla yanaşı, həm də insan sağlamlığının qorunması deməkdir. Çünki insan sağlamlığının ən mühüm şərtlərindən biri də yaşıllıqların sahəsinin genişləndirilməsidir. Görülən işlərin nəticəsidir ki, hazırda muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir.

Aprelin 4-də muxtar respublikada iməcilik keçirilmiş, yeni meyvə bağları və yaşıllıqlar salınıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolun kənarında iməcilik keçirərək 2 hektar sahədə yeni meyvə bağı salıblar. İməclik iştirakçıları əraziyə mindən artıq meyvə və üzüm tingləri əkmiş, təmizlik işləri görüblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, meyvə tingləri əkib.

Ardını oxu...

 
 

Səhifə 259 > 402-dən

Joomla 1.5