Xəbərlər

“İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda növbəti müsabiqə elan olunub

ÇapE-poçt

14.04.20 18:07

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan edilir.
Müsabiqənin keçirilməsində məqsəd gənclər arasında ailə dəyərlərini təbliğ etmək, gənclərin ideya və təxəyyülündə Azərbaycan ailəsinin canlandırmaq və ailədaxili münasibətləri möhkəmləndirmək, gənc ailələrdə ailə dəyərlərinin və ənənələrinin saxlanılmasını formalaşdırmaqdır.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər iştirak edə bilərlər. Müsabiqəyə təqdim olunan yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Times New Roman şriftində (14), rəsm əsərləri A4 (21x30sm) və daha böyük ölçülərdə olmalıdır. Eyni zamanda müsabiqəyə təqdim edilən dekorativ tətbiqi sənət və rəsm əsərləri müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.
Müsabiqəyə təqdim edilmiş yazı mətni, dekorativ tətbiqi sənət və rəsm əsərlərinin qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən təsdiq olunmuş münsiflər heyəti tərəfindən keçiriləcək.

Ardını oxu...

 

“Ailə dəyərlərimiz film və fotolarda” növbəti yaradıcılıq müsabiqəsi elan edilib

ÇapE-poçt

14.04.20 18:04

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” V muxtar respublika yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqədə yaradıcı qabiliyyəti olan hər bir gənc və digər yaş qrupundan olan yaradıcı və həvəskar şəxslər, həmçinin, Naxçıvan Muxtar Respublikasında yaşayan telejurnalist və rejissorlar, ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri, professional və həvəskar fotoqraflar iştirak edə bilər. Müsabiqə ən yaxşı film və ən yaxşı foto istiqamətləri üzrə keçirilir.
Müsabiqənin keçirilməsində məqsəd gənc ailələrdə ailə dəyərlərinin qorunub saxlanılmasını təbliğ etmək, ailə dəyərlərimizi film və fotolara köçürməklə yaşatmaq, film və fotolar vasitəsilə ailə dəyərlərimizə bağlı olan ailələrin adət-ənənələri ictimaiyyətə, yeniyetmə və gənclərə təqdim etmək, ailə dəyərlərini işıqlandırmaq, gənclərdə və həvəskar şəxslərdə yaradıcılıq qabiliyyətini aşkara çıxarmaq, həmçinin bədii zövqü inkişaf etdirməkdir.
Müsabiqəyə təqdim olunan materiallar müsabiqənin məqsədinə uyğun olmalı və şərtlərinə cavab verməli, ideya və kompozisiya orijinal olmalı, təqdim olunan iş asan qavranmalı və təsirli, keyfiyyətli olmalıdır. Bu hallar əsas qiymətləndirmə meyarlarından sayılır.
Təqdim edilən filmlər CD formatda bir ədəd diskdə və beş dəqiqədən artıq olmalı, fotolar isə 5 ədəddən artıq olmamalı, bir ədəd diskdə CD formatda və ya 20x30 sm və daha böyük ölçülü rəngli və ya ağ-qara kağız formatda təqdim edilməlidir.

Ardını oxu...

 
 

Şərur rayonunun 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur

ÇapE-poçt

12.04.20 21:39

Şərur rayonunun kəndlərində aparılan geniş quruculuq işləri yol infrastrukturunu da əhatə edibdir. Bu il rayonun Xanlıqlar-Şərur şəhəri-Yengicə-Şəhriyar-Kürçülü-Kərimbəyli-Dəmirçi kənd avtomobil yolu yenidən qurulucaqdır.

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda aparılan yenidənqurma işləri ilə maraqlanıb.

Məlumat verilib ki, yenidən qurulan avtomobil yolu Şərur rayonunun 7 yaşayış məntəqəsini əhatə edir. 21 kilometr uzunluğundakı yola asfalt-beton örtük salınacaqdır. İki hərəkət zolağından ibarət olacaq yolun eni 11 metrə qədər genişləndiriləcəkdir. Yolun üzərində 5 körpü tikiləcək, 44 su keçidi qoyulacaq, 10 kilometrə yaxın suaparıcı kanallar çəkiləcəkdir.

Ali Məclisin Sədri mühəndis-texniki tələblərə əməl olunması və tikinti işlərinin keyfiyyətlə aparılması barədə tapşırıqlar verib.

 
 

“Çomaxtur” elektrik yarımstansiyası istifadəyə verilib

ÇapE-poçt

12.04.20 21:07

Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Alternativ və bərpa olunan enerji mənbələrindən düzgün istifadə olunur, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilir, istehsalın həcmi artırılır. Elektrik enerjisinin istehsalı ilə yanaşı, onun istehlakçılara etibarlı və dayanıqlı çatdırılması da diqqət mərkəzində saxlanılır, yeni elektrik yarımstansiyaları tikilir.

Aprelin 12-də Şərur şəhərində “Çomaxtur” yarımstansiyası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün dayanıqlı elektrik enejisi təminatı yaratmadan iqtisadiyyatın inkişafını təmin etmək mümkün deyil. Ona görə də muxtar respublikada elektrik enerjisi təminatı sahəsində mühüm işlər görülür, yeni günəş və su elektrik stansiyaları tikilir, yarımstansiyalar qurulur, elektrik xətləri çəkilir. Elektrik enerjisi istehsalı ilə yanaşı, onun əhaliyə dayanıqlı çatdırılması da əsas şərtdir. Hazırda muxtar respublikada istehsal olunan elektrik enerjisi yarımstansiyalar vasitəsilə istehlakçılara çatdırılır. “Çomaxtur” yarımstansiyası da 15 kəndi və Şərur şəhərinin bir hissəsini əhatə etməklə rayonda enerji tələbatının 18 faizini ödəyir. Muxtar respublika energetikləri tərəfindən yarımstansiyanın yenidən qurulması istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təminatına imkan verəcəkdir. Eyni zamanda idarəetmə təkmilləşəcək, işçilərin təhlükəsizliyi təmin olunacaqdır.

Ardını oxu...

 
 

Şərur şəhərində yeni avtovağzal inşa olunacaq

ÇapE-poçt

12.04.20 20:55

Muxtar respublikada nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Bu sahədə tədbirlər muxtar respublikanın bölgələrində də davam etdirilir, müasir standartlara cavab verən avtovağzallar tikilir, sərnişindaşıma xidməti müasir tələblər səviyyəsində qurulur.

Aprelin 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərur şəhərində inşa olunacaq avtovağzalın layihəsinə və tikinti aparılacaq əraziyə baxıb.

Məlumat verilib ki, avtovağzal müasir layihə əsasında inşa olunacaq və tələbatı tam ödəyəcəkdir. İki mərtəbəli binada sərnişinlərin rahatlığı üçün lazımi şərait yaradılacaq, gözləmə zalı, iş və xidməti otaqlar, kassa, eyni zamanda mağaza, əczaxana və xidmət sahələri də istifadəyə veriləcəkdir. Ərazidə dayanacaqlar yaradılacaq, abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

 
 

Səhifə 258 > 402-dən

Joomla 1.5