Xəbərlər

Prezident Naxçıvanın incəsənət xadimlərini təltif etdi

ÇapE-poçt

07.05.20 21:24

Prezident İlham Əliyev mayın 7-də "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında" Sərəncam imzalayıb.

Təltif olunanlar arasında Naxçıvan Muxtar Respublikasının incəsənət xadimləri də var.

Prezidentin Sərəncamı ilə Abdullayev Sərxan Qəhrəman oğlu, Eyvazov Anar Əli oğlu, Əhmədov Əhməd Ural oğlu, Hacıyev Ümüd Səyyad oğlu, Qurbanov Cahangir Vahid oğlu, Nəbiyev İbad Fərrux oğlu, Rzayev Vüsal Elman oğlu, Süleymanlı Ceyhun Təvəkkül oğlu, Şeyxov Nizami Hüseyn oğlu və Şirəliyeva İlhamə Şərbətəli qızına Azərbaycan Respublikası Prezidentinin mükafatları verilib.

 

Naxçıvan şəhər buzxanası yenidənqurma və bərpadan sonra istifadəyə verilib

ÇapE-poçt

05.05.20 19:42

Naxçıvanın qədim tarixi, mədəniyyəti və zəngin mətbəxi turizmin inkişafı üçün geniş imkanlar açır. Bu torpaqda min illər ərzində xalqımızın formalaşdırdığı məişət mədəniyyətinin izləri həm də tarixi abidələrdə - buzxanalarda yaşadılır. Qədimdə insanların buza olan tələbatını ödəyən, ərzaq məhsullarının uzun müddət saxlandığı buzxanalarda bu gün milli mətbəx nümunələrimizin təbliği tarixi və mədəni irsimizin yaşadılmasına hesablanmış tədbirlərdəndir. Ali Məclis Sədrinin tapşırığı ilə Naxçıvan şəhərindəki buzxananın bərpa olunması da bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Mayın 5-də Naxçıvan şəhər buzxanası bərpa və yenidənqurmadan sonra istifadəyə verilib, abidədə "Naxçıvan Mətbəxi" Kulinariya Mərkəzi üçün  iş şəraiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov inşaatçılar adından minnətdarlıq edərək deyib ki, muxtar respublikada aparılan tikinti quraşdırma və abadlıq işləri nəticəsində qədim diyarımız günü-gündən inkişaf edir. Tikinti işləri zamanı keyfiyyət amili diqqətdə saxlanılır, yeni binaların inşası ilə yanaşı, tarixi abidələr də bərpa olunur. Naxçıvan şəhər buzxanasında bərpa işlərinin görülməsi də bu tədbirlərin davamıdır.

"Naxçıvan Mətbəxi" Kulinariya Mərkəzinin əməkdaşı Fəridə Əsədova çıxış edərək deyib ki, muxtar respublikada aparılan genişmiqyaslı quruculuq işləri sırasında tarixi-memarlıq abidələrinin bərpası xüsusi yer tutur. Buzxana abidəsinin bərpa olunaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin balansına verilməsi göstərilən qayğının əyani ifadəsidir. Bu gündən etibarən "Naxçıvan Mətbəxi" Kulinariya Mərkəzi burada fəaliyyət göstərəcəkdir. Yaradılan şərait Naxçıvan mətbəxinin təbliğinə geniş imkanlar açacaq, yerli və xarici turistlərin böyük marağına səbəb olacaqdır. Fəridə Əsədova tarixi-mədəni irsimizin və dəyərlərimizin yaşadılması sahəsində görülən işlərə görə kollektiv adından minnətdarlıq edib.

Ardını oxu...

 
 

Bəxtiyar Məmmədov “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru təyin edildi

ÇapE-poçt

04.05.20 21:48

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  mayın 4-də Bəxtiyar Məmmədovun “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru təyin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bəxtiyar Məmmədbağır oğlu Məmmədov “Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin direktoru təyin edilsin".

 
 

Bu gün məşhur oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür

ÇapE-poçt

28.04.20 11:14

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb emlinin   parlaq səhifəsidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görkəmli akademikin Azərbaycan tibb elminin inkişafındakı xidmətləri barədə demişdir: “Akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir”.

Müdriklərin fikrinə görə, insanın yetişməsində başlıca amillərdən biri də onun formalaşdığı mühitdir. 1923-cü il aprelin 28-də qədim Naxçıvan diyarının Şahtaxtı kəndində görkəmli dövlət və elm xadimi, tibb elmləri doktoru Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə ­xanımın cəmiyyət üçün layiqli insan kimi yetişməsində boya-başa çatdığı ziyalı mühitinin böyük təsiri olmuşdur. Zəriflik, humanistlik, Vətənə qəlbən bağlılıq Zərifə xanımın nəsil şəcərəsindən, yaşadığı ailə mühitindən irəli gəlirdi. Zəngin və davamlı maarifçi ənənələri olan ziyalı ailəsinin özünəməxsus tərbiyə üsulları onu hələ uşaq yaşlarından, məktəb illərindən etibarən elmə, işıqlı idealarla   doğru istiqamətləndirmişdir.

Ardını oxu...

 
 

Suliddin Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edildi

ÇapE-poçt

28.04.20 10:02

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Suliddin Əliyevin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

Suliddin Abbas oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad edilsin".

Qeyd edək ki, Ali Məclis Sədrinin digər bir Fərmanı ilə Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilib.

 
 

Səhifə 254 > 402-dən

Joomla 1.5