Xəbərlər

Mirzə Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edildi

ÇapE-poçt

28.04.20 10:01

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov  aprelin 27-də  Mirzə Cəlilovun Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Mirzə Xəlil oğlu Cəlilov Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin edilsin".

Qeyd edək ki, Mirzə Cəlilov bundan əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

 

Daşqın Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edildi

ÇapE-poçt

28.04.20 09:58

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aprelin 27-də Daşqın Rəhimovun Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında Fərman imzalayıb.

Fərmanda deyilir:

"Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Daşqın Hidayət oğlu Rəhimov Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin edilsin".

Qeyd edək ki, Daşqın Rəhimov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində çalışıb.

Ali Məclis Sədrinin digər bir Fərmanı ilə Suliddin Əliyev Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri vəzifəsindən azad  edilib.

 
 

Ön mövqelərdə xidmət nümunəvi təşkil olunub

ÇapE-poçt

23.04.20 19:06

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda müdafiənin ön xəttində olub, müşahidə məntəqəsində mövqelərimizin vəziyyəti və xidmətin təşkili ilə maraqlanıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev məlumat verib ki, şəxsi heyət əməliyyat-taktiki səviyyədə yüksək döyüş hazırlığına malikdir. Təmas boyunca etibarlı əməliyyat mövqeyinin təmin edilməsi, mövqelər arasında səmtləşmənin aparılması, bölmələr arasında rabitə əlaqəsinin qurulması və müşahidənin düzgün təşkili etibarlı müdafiə sistemi yaradıb. Dayaq məntəqələri və mövqelər müasir döyüş texnikaları, artilleriya qurğuları və atıcı silahlarla təmin olunub.

 

Ardını oxu...

 
 

Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksi yenidən qurulub

ÇapE-poçt

23.04.20 19:05

Naxçıvan Muxtar Respublikasında etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində son illər yüzlərlə hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bu tədbirlərin tərkib hissəsi kimi sərhəd və dağlıq bölgələrdə yerləşən hərbi hissələrdə müasir əsgəri-məişət komplekslərinin tikilməsi xidmətin hərtərəfli təşkilinə imkan verir.

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydərabad qəsəbəsindəki əsgəri yaşayış kompleksində aparılan yenidənqurma işləri ilə maraqlanıb.

 

Ardını oxu...

 
 

Sədərəkdə işğaldan azad edilən ərazilər əkilir

ÇapE-poçt

23.04.20 19:04

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “...Naxçıvan uzun illər ərzində mühasirə şəraitində yaşayır, üç tərəfdən düşmənlə əhatə olunub. Buna baxmayaraq, respublika yaşayır, güclənir və böyük inkişaf yolunu davam etdirir. Çətin coğrafi vəziyyəti nəzərə alaraq, ilk növbədə, Naxçıvanda təhlükəsizlik tədbirləri diqqət mərkəzindədir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb, ordu quruculuğu sahəsində böyük inkişaf var”.

Naxçıvan Muxtar Respublikasında inkişafı xarakterizə edən ən mühüm amillərdən biri də müdafiə təhlükəsizliyinin təmin olunmasıdır. Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin döyüş qabiliyyətinin və peşəkarlığının artırılması istənilən tapşırığın uğurla yerinə yetirilməsinə imkan verir. Sədərək rayonunda yeni torpaq sahələrinin ordumuzun nəzarətinə keçməsi bunu bir daha təsdiq edir. Sabitlik və təhlükəsizlik isə insanların rahat yaşayışını təmin edir, ən ucqar dağ və sərhəd yaşayış məntəqələrində də torpaqlar əkilir, təsərrüfatlar inkişaf etdirilir, məskunlaşma artır. Artıq Sədərək rayonunda işğaldan azad edilən torpaqlar minalardan təmizlənərək əkin dövriyyəsinə qatılıb.

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda işğaldan azad edilən ərazilərdə olub, görülən işlərlə maraqlanıb.

 

Ardını oxu...

 
 

Səhifə 255 > 402-dən

Joomla 1.5