Xəbərlər

Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası diqqət mərkəzindədir

ÇapE-poçt

16.04.20 11:30

Muxtar respublikada yaşayan bütün uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar hər zaman dövlət qayğısı ilə əhatə olunurlar. Onların hərtərəfli inkişafı, layiqli vətəndaş kimi formalaşması, sosial adaptasiyası və cəmiyyətə inteqrasiyası, asudə vaxtlarının səmərəli təşkil olunması, təhsilə cəlbinin davamlılığı və hüquqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyasi üzrə Dövlət Proqramı” təsdiq olunmuşdur.

Sözügedən proqramın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi müvafiq tədbirlər həyata keçirir. Sağlamlıq imkanları məhdud uşaqların ailələri ilə əlaqə saxlanılır, onların əlillik göstəricisi və səbəbləri araşdırılır, potensialına uyğun olaraq müvafiq uşaqlar məktəbəqədər, məktəb və məktəbdənkənar təlim-tərbiyə, müəssisələrinə getmələri tövsiyyə olunur. Cari ilin ötən dövrü ərzində də Komitə tərəfindən sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyəsi, hüquqlarının müdafiə olunması istiqamətində bir sıra işlər görülmüşdür.

Məlumat üçün qeyd edək ki, muxtar respublikada 164546 uşaq var və onların da 1816 nəfəri yaxud da 1.10 faizi sağlamlıq imkanları məhdud uşaqlardır.

Belə ki, cari ilin ötən dövrü ərzində Komitə tərəfindən 190 nəfər sağlamlıq imkanları məhdud uşağın ailəsi ilə əlaqə saxlanılmış, uşaqların əlillik göstəriciləri və səbəbləri araşdırılmış, onlar potensialına uyğun olaraq uşaq müəssisələrinə cəlb olunmuşlar.

Ardını oxu...

 

Ordubad şəhərindəki qədim Cümə məscidi bərpa olunacaq

ÇapE-poçt

15.04.20 20:42

Muxtar respublikada mənəvi dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər sırasında dini abidələrin bərpası xüsusi yer tutur. Qədim ziyarətgahlar və məscidlər bərpa olunaraq dindarların istifadəsinə verilir.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpa layihəsinə baxıb.

Məlumat verilib ki, XVII-XVIII əsrlərə aid olan məscid memarlıq quruluşu saxlanılmaqla bərpa olunacaq, dindarlar üçün lazımi ibadət şəraiti yaradılacaqdır.

Ali Məclisin Sədri Cümə məscidində bərpa işlərinə başlanılması barədə müvafiq tapşırıqlar verib.

 
 

Tarixi yaşadanları tarix də yaşadacaqdır

ÇapE-poçt

15.04.20 20:36

Naxçıvan qədim, orta əsrlər və yeni dövr tariximizi özündə əks etdirən nadir memarlıq abidələri ilə zəngindir. Muxtar respublika ərazisindəki mağaralar, ilk insan məskənləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələr xalqımızın qədim tarixindən soraq verir. Son illər tarixi abidələrin qorunması, tədqiqi, bərpası və tanıdılması istiqamətində kompleks tədbirlər həyata keçirilib. Ali Məclis Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərindəki Yusif Küseyir oğlu türbəsi də bərpa olunub.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov türbədə aparılan bərpa işləri ilə maraqlanıb.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Sədri, akademik İsmayıl Hacıyev çıxış edərək deyib ki, Naxçıvan memarlıq abidələri ilə çox zəngindir. Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələri pasportlaşdırılmış, 70-dən artıq abidə bərpa olunub. Bu abidələr içərisində Yusif Küseyir oğlu türbəsi öz orijinal quruluşuna görə xüsusi ilə diqqəti cəlb edir. Abidə qülləvari türbələr sırasına aiddir. Muxtar respublikada tarixi-mədəni irsimizə göstərilən qayğının daha bir ifadəsi kimi Yusif Küseyir oğlu türbəsi də bərpa olunmuşdur. İsmayıl Hacıyev tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliği sahəsində həyata keçirilən tədbirlərə görə muxtar respublika ziyalıları adından minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən diyardır”, - fikrini xatırladaraq deyib: Tariximizi yaşadan abidələrdən biri də 850 il bundan əvvəl memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş, el arasında isə “Atababa günbəzi” kimi tanınan Yusif Küseyir oğlu türbəsidir.

Ardını oxu...

 
 

Gözlərə nur, qəlblərə mərhəmət bəxş edən böyük insan

ÇapE-poçt

15.04.20 12:27

Həyatda şərəfli və dəyərli bir ömür yaşayan, Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, sədaqəti, xalqa xidməti ilə yaddaşlarda qalan insanların əməlləri, xeyirxah işləri daim anılır. Tarix məhz belə insanların sayəsində yaranır, onların nəcibləşən ömürləri gələcək nəsillərə örnək, nümunə olur. Azərbaycanın görkəmli alimi akademik Zərifə xanım Əliyeva kimi.

Bu il dünya şöhrətli alim-­oftalmoloq Zərifə xanım Əliyevanın anadan olmasının 97, əbədiyyətə qovuşmasının 35-ci ildönümüdür. Görkəmli alimin 62 illik parlaq ömür yolu bu təqvim çərçivəsinə sığmayaraq xeyirxah əməlləri sayəsində ölməzlik qazanmışdır.

Akademik Zərifə xanım Əliyeva mənalı və zəngin həyat yolu keçmişdir. O, qədim Naxçıvan diyarında, adlı-sanlı ziyalıların vətəni olan Şahtaxtı kəndində, görkəmli alim və siyasi xadim Əziz Əliyevin ocağında dünyaya göz açmışdır. Uşaqlıq və ilk gənclik illəri Şahtaxtıda keçən Zərifə Əliyeva bu kəndin maarifçi mühitinin işıqlı ənənələrindən faydalanmışdır.
Zərifə xanım 1942-ci ildə Bakı şəhərində orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra oftalmoloq ixtisasını seçmişdi. Buna görə də sonra Moskvaya getmiş və orada Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda məşhur alimlərin iş təcrübəsi ilə tanış olmuş, praktik vərdişlərə yiyələnmiş, oftalmoloq ixtisası üzrə mütəxəssis kimi təkmilləşmiş, iki ildən sonra Vətənə qayıtmışdır. 1949-cu ildən etibarən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi vəzifəsində çalışmağa başlamışdır. Bununla da onun elmi axtarışlarının, gələcək müvəffəqiyyətlərinin təməli qoyulmuşdur. O, fəaliyyət göstərdiyi Göz Xəstəlikləri İnstitutunun aspiranturasına daxil olmuş, elmi axtarışları dövründə özünə rahat yollar seçməyərək Vətənə, xalqa xeyir verə biləcək ən çətin sahələrdə əzm və iradə ilə çalışmışdır.

Ardını oxu...

 
 

Yaddaşlarda iz qoyan ictimai xadim qadın- Səkinə xanım Əliyeva

ÇapE-poçt

15.04.20 00:14

Ulu öndərimiz Heydər Əliyev deyirdi: “Azərbaycan qadınının tarixi çox böyükdür, zəngindir ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir”.
Ötən əsrin yetişdirdiyi böyük Azərbaycan qadınlarından biri də görkəmli dövlət xadimi, Prezident təqaüdçüsü Səkinə xanım Əliyevadır. Səkinə xanım Əliyeva 1925-ci ildə aprel ayının 15-də Naxçıvan şəhərində dünyaya göz açmış, orta təhsilini o zaman Naxçıvan şəhərində fəaliyyət göstərən 6 saylı məktəbdə almış, tibb bacısı hazırlıq kursunu bitirmiş, sonra Naxçıvan Müəllimlər İnstitutunda təhsilini davam etdirmişdir. Əmək fəaliyyətinə pioner dəstə rəhbəri kimi başlayan Səkinə Əliyeva bir müddət Naxçıvan şəhər Partiya Komitəsinin kitabxanasında işləmişdir. 1945-ci ildə Babək rayonunun Qahab kənd məktəbinə dil-ədəbiyyat müəllimi təyin olunmuşdur. Bir il müəllim işləyən Səkinə xanım Əliyeva təhsilini Azərbaycan Dövlət Universitetində (indiki BDU) davam etdirmişdir. Səkinə xanım Əliyeva universiteti bitirdikdən sonra bir neçə il Naxçıvan şəhərində yerləşən 2 saylı qızlar məktəbində müəllim və Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı vəzifəsində işləmişdir.
1953-1958-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin qadınlar arasında iş aparan şöbənin və məktəblər şöbəsinin müdiri vəzifəsində çalışmışdır.
Səkinə Əliyeva 1958-ci ildə Moskva şəhərinə Ali Partiya Məktəbini oxumağa yola düşür. 1960-cı ildə sovet idealogiyasına görə vəzifədə yüksək pillələrə irəliləmək üçün vacib olan mərhələni – Ali Partiya Məktəbini bitirən Səkinə Əliyeva Naxçıvana dönür, əvvəlcə Vilayət Partiya Komitəsində təlimatçı, mühazirəçilər qrupunun rəhbəri işləyir, bir müddət sonra isə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının maarif naziri vəzifəsinə təyin olunur.
Yüksək təşkilatçılığı, məsuliyyət hissi və iş qabiliyyəti ilə seçilən Səkinə Əliyeva 1961-1963-cü illərdə Vilayət Partiya Komitəsində təbliğat-təşviqat üzrə katib vəzifəsində işləmişdir.
1963-cü ilin aprelinin 9-da Naxçıvan MSSR Ali Sovetinin sessiyası keçirilir. Səkinə Əliyeva bu sessiyada Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilir və 27 il bu vəzifədə, eyni zamanda Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavini vəzifəsində çalışır.
Səkinə Əliyeva fasiləsiz olaraq 6 - 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir.
Sadə olduğu qədər də zəngin və mənalı ömür yoluna ilk qədəmləri, erkən yaşlarından məqsədə çatmaq uğrunda göstərdiyi prinsipiallıq, çətinliklərə mərdliklə sinə gərmək bacarığı onu hədəflərinə aparırdı. Hələ 15 yaşı olarkən ata itkisi kimi acı taleyi yaşamalı olsa da, həyat yolunu düzgün müəyyənləşdirən Səkinə Əliyeva əzmlə məqsədlərinə doğru addımlayıb, iti və parlaq zəkası, kamil və bütöv xarakteri ilə yaşadığı illərin fırtınalarından üzüağ çıxmışdır.

Ardını oxu...

 
 

Səhifə 257 > 402-dən

Joomla 1.5