Xəbərlər

Sədərək rayonunda yeni içməli su və kanalizasiya sistemləri qurulur

ÇapE-poçt

23.04.20 19:02

Sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunun sosial-iqtisadi inkişafı sürətləndirilmiş, rayonda geniş quruculuq işləri aparılıb. Rayonda təhsil və səhiyyə müəssisələri, inzibati və yaşayış binaları, sənaye müəssisələri tikilib, məşğulluq təmin edilib. Yeni içməli su və kanalizasiya sistemlərinin qurulması da bu sahədə görülən işlərin davamıdır.

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda yeni içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihəsinə baxıb.

 

Ardını oxu...

 

Müdafiə və ərzaq təhlükəsizliyinin təminatı davamlı inkişafın əsasıdır

ÇapE-poçt

23.04.20 19:01

Ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu sahəsində müəyyənləşdirdiyi vəzifələr bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bu sahədə görülən işlər Naxçıvan Muxtar Respublikasında da hərbi hissələrin maddi-texniki təminatının möhkəmləndirilməsinə və şəxsi heyətin döyüş hazırlığının artırılmasına səbəb olub. Hər il muxtar respublikada yeni xidmət və yaşayış komplekslərinin tikilməsi ilə yanaşı, həm də hərbi hissələr üçün müxtəlif təyinatlı avtomobil və texnikalar alınaraq istifadəyə verilir.

Aprelin 23-də Naxçıvan Muxtar Respublikası büdcəsinin qənaəti hesabına alınan 10 "Qazel" markalı yük, eləcə də "Ford" və "Volkswagen" markalı 2 minik avtomobili Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələrinə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avtomobillərə baxıb.

Əlahiddə Ümumqoşun Ordu komandanı, general-leytenant Kərəm Mustafayev Ali Məclisin Sədrinə raport verib.

 

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

ÇapE-poçt

23.04.20 12:21

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.46.5-ci yarımbəndində göstərilmiş 1,0 (bir) milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 aprel 2020-ci il.

 
 

“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

22.04.20 19:30

Bu gün muxtar respublikada iqtisadiyyatın çoxşaxəli inkişafı sığorta işi sahəsində də fəaliyyətin təkmilləşdirilməsini zərurətə çevirmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinin təşkilati-hüquqi formasının və strukturunun mövcud tələblərə uyğunlaşdırılması, eləcə də iqtisadiyyatının tərkib hissəsi olan sığorta sisteminin imkanlarından geniş və səmərəli istifadə edilməsi qarşıda duran əsas vəzifələrdəndir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissənin 22-ci bəndini rəhbər tutaraq muxtar respublikada sığorta fəaliyyətinin təkmilləşdirilməsi və səmərəli təşkil edilməsi məqsədilə qərara alıram:

1. Naxçıvan Muxtar Respublika Dövlət Baş Sığorta Agentliyinin əsasında publik hüquqi şəxs statuslu Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti yaradılsın.
2. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin strukturu” təsdiq edilsin (əlavə olunur).
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Ardını oxu...

 
 

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

ÇapE-poçt

17.04.20 19:23

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 1 oktyabr tarixli 39-II FR nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 17 aprel 2020-ci il

 
 

Səhifə 256 > 402-dən

Joomla 1.5