Xəbərlər

Ali Məclisin Sədri doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb

ÇapE-poçt

02.04.20 18:06

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov doqquz aylıq əməkhaqqısı miqdarında olan 32 min 300 manat vəsaiti Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirus infeksiyasının muxtar respublikada yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə yaradılan fonda fiziki və hüquqi şəxslər könüllü ödəmələr həyata keçirməyə davam edirlər. Dövlət qurumlarının kollektivlərinin, hüquqi və fiziki şəxslərin fəallığı və humanistliyinin nəticəsi olaraq 1 həftə ərzində fondun hesabında 4 milyon manatdan artıq vəsait toplanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvanın İnkişafı və Müdafiə Fondundan Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna bundan əvvəl 200 000 manat ayrılmışdı. Həmçinin Ali Məclis Sədrinin Sərəncamı ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının bir aylıq üzvlük haqlarının 50 faizi - 35 min manat vəsait də fonda köçürülmüşdür. Bununla əlaqədar Ali Məclisdə dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunan müşavirə keçirilmiş, müşavirədə aid qurumlara  konkret tapşırıqlar verilmişdi.

Fondun vəsaiti koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə yönəldiləcək.

 

Ailə, qadın və uşaq hüquqları qorunur

ÇapE-poçt

02.04.20 09:12

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası diqqətdə saxlanılmış, təlim, tədbir keçirilmiş, 8 Mart- Beynəlxalq Qadınlar Günü qeyd edilmişdir.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə maliyyə savadlılığı üzrə 2 günlük “Gələcəyini planlaşdır” təlimi keçirilmiş, təlimdə 30 nəfər iştirak etmiş, təlimin sonunda sertifikatlar təqdim olunmuşdur.

8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı Şahbuz şəhərində yaşayan uzunömürlü 110 yaşlı Ceyran Qafarova, Şahbuz rayonunun Kükü kəndində yaşayan sağlamlıq imkanları məhdud qadınlar Mirvari və Şəfa Qurbanova bacıları və Naxçıvan şəhərində yaşayan Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət Qurbanova ilə görüşlər keçirilmiş və hədiyyələr verilmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında “8 Mart-Beynəlxalq Qadınlar Günü” münasibətilə “Müstəqillik illərində Naxçıvan qadınlarının keçdiyi tarixi yol” mövzusunda bayram tədbiri keçirilmiş, müvafiq mövzuda film göstərilmiş, komitə tərəfindən müxtəlif nominasiyalar üzrə səmərəli fəaliyyətlərinə görə fərqlənən 50 qadına diplom, eləcə də tədbir iştirakçılarına hədiyyələr verilmişdir. Həmçinin tədbirdə 53 istedadlı qadının 1210 rəsm və əl işi, 49 müəllifin 87 kitabı və ailə təsərrüfatı ilə məşğul olan 18 qadının 580 adda ailə təsərrüfatı məhsulundan ibarət sərgi-satışı təşkil olunmuşdur. Sərgi-satışda 423 manat dəyərində 16 qadının 472 əl işi və ailə təsərrüfatı məhsulları satılmış, dəyəri sahiblərinə ödənilmişdir. Ordubad rayonunun Vənənd kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri” mövzusunda tədbir keçirilmişdir.

Mart ayında elektron məlumat bankına 857 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı 1 uşaq müalicə-reabilitasiya müəssisəsinə göndərilmiş, “10 Mart - Milli Teatr Günü” ilə əlaqədar valideynlərini itirmiş və valideyn  himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 85 uşağa M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorları tərəfindən “Göyçək Fatma” tamaşası göstərilmişdir.

 
 

31 mart - Azərbaycanlıların soyqırımı günüdür.

ÇapE-poçt

31.03.20 09:14

Tarix boyu yaşadığı bütün çətinliklərə, faciələrə və haqsızlıqlara baxmayaraq, xalqımız etnik təmizləmə, kütləvi qırğınlar və deportasiyaya məruz qalmalarını unutmamış, müstəqillik ideyalarını qoruyub saxlamış, yenilməz həmrəylik nümayiş etdirərək dövlətimizin daha da qüdrətlənməsinə nail olmuşdur. Soyqırım qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik!

 
 

Şahbuzda yeni torpaqlar əkin dövriyyəsinə qatılır

ÇapE-poçt

27.03.20 17:22

2019-cu ildə Şahbuz rayonunun Türkeş kəndində yeni qapalı suvarma şəbəkəsi də qurulmuş, uzun müddət suvarılmayan torpaq sahələri əkin dövriyyəsinə qatılıbdır. Görülən işlərin davamı olaraq bu il rayonun Sələsüz, Türkeş və Mərəlik kəndlərində yeni qapalı suvarma şəbəkəsi qurulur.

Martın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov aparılan tikinti işləri ilə maraqlanıb.

Məlumat verilib ki, qapalı suvarma şəbəkəsi 270 hektar torpaq sahəsini əhatə edir. Layihə xəttinin ümumi uzunluğu 34 min 808 metrdir. Ərazidə müxtəlif diametrli borularla 7534 metr ana xətt və 27 min 274 metr paylayıcı suvarma şəbəkəsi çəkiləcəkdir. Xətlərin üzərində 51 sutənzimləyici siyirtmə, 286 hidrant və 81 suboşaldıcı quraşdırılacaqdır.

 

Ardını oxu...

 
 

Naxçıvanda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi genişləndirilir

ÇapE-poçt

27.03.20 17:13

Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri və nasos stansiyaları qurulur
Ərzaq təhlükəsizliyinin təmin olunmasında su ehtiyatlarından səmərəli istifadə mühüm amildir. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələnin vacibliyini vurğulayaraq demişdir: “Su ehtiyatlarından səmərəli şəkildə istifadə etmək, yeni layihələri icra etmək Azərbaycan üçün strateji əhəmiyyətli bir məsələdir”.

Muxtar respublikada aqrar sahənin inkişafında meliorasiya və su təsərrüfatı sisteminin müasirləşdirilməsi əsas istiqamət kimi götürülür, elmi əsaslara söykənən təhlillər aparılır, mütərəqqi suvarma şəbəkələri və nasos stansiyaları qurularaq istifadəyə verilir. Yaradılan şərait torpaq və su ehtiyatlarından səmərəli istifadə ilə yanaşı, əkinçiliyin inkişafına və bol məhsul istehsalına səbəb olmuşdur. Bu da əhalinin məşğulluğunun və rifahının yaxşılaşmasına xidmət edir. Son illər bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikanın Babək, Culfa, Kəngərli və Şahbuz rayonlarında 5 min hektara yaxın torpaq sahəsində qapalı suvarma şəbəkələri qurulmuş, su təminatı olmayan və uzun müddət əkilməyən torpaqlar yenidən əkin dövriyyəsinə qatılmışdır. Bu il də Kəngərli və Şahbuz rayonlarında yeni qapalı suvarma şəbəkələri tikilir.

Ardını oxu...

 
 

Səhifə 260 > 402-dən

Joomla 1.5