Xəbərlər

Naxçıvanda Süni Mayalanma Mərkəzi yaradılıb

ÇapE-poçt

12.05.20 19:53

Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində görülən tədbirlər sırasında heyvandarlığın inkişafı mühüm yer tutur. Damazlıq işinin düzgün qurulması və cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılır, səmərəli metod kimi süni mayalanma tədbirlərinə geniş yer verilir. Görülən işlər məhsul istehsalının artırılmasında xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılması heyvandarlığın inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Mayın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Süni Mayalanma Mərkəzində görülən işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Elşad Əliyev məlumat verib ki, mərkəzdə südlük və ətlik-südlük istiqamətində "Holştein-friz", "Simmental", "Qafqaz camışı", "Balbas", "Mazex", "Romanov", "Hələb", "Saanen" və yerli cins iri və xırdabuynuzlu törədicilər saxlanılır. Muxtar respublikada 2002-2019-cu illərdə 83 min 610 baş iribuynuzlu mallarda süni mayalandırma aparılıb 53 min 584 baş cins buzov alınıb. Ana malların süni mayalandırılmasında südlük istiqamətdə "Holştein-friz", südlük-ətlik istiqamətdə "Şvis", ətlik istiqamətdə "Aberdin Anqus", "Limuzin", "Şarolle", ətlik-südlük istiqamətdə isə "Simmental" cinsli törədici toxumlarından istifadə olunub. 2015-2019-cu illərdə alınmış 24 min 485 baş buzova görə sahibkarlara 2 milyon 448 min manat subsidiya ödənilib.

Hazırda muxtar respublikada 23 süni mayalanma məntəqəsi vardır. Həmin məntəqələrin tələbatını tam ödəyən maye azot istehsalı müəssisəsi də fəaliyyət göstərir. Yeni yaradılan mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək, digər məntəqələrdə həyata keçirilən tədbirlər vahid mərkəzdən idarə olunacaqdır. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi sürətlənəcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcəkdir.

Ardını oxu...

 

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmişdir

ÇapE-poçt

12.05.20 19:35

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Culfa, Babək, Ordubad rayonlarında yaşayan, ümumilikdə 11 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilmişdir.

Ailələrlə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildirmişlər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı  istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində  ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Ardını oxu...

 
 

Xüsusi qayğıya ehtiyacı olan ailələrlə görüş keçirilmişdir

ÇapE-poçt

11.05.20 17:25

15 may – Beynəlxalq Ailə Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, bu gün Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və müvafiq rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə Şərur, Kəngərli, Sədərək rayonlarında yaşayan, ümumilikdə 10 aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüş keçirilmişdir.

Ailələrlə görüş zamanı adıçəkilən təşkilatların əməkdaşları bildirmişlər ki, dövlətimiz tərəfindən bütün ailələrə, o cümlədən aztəminatlı ailələrə daim diqqət və qayğı göstərilir. Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, onların məşğulluqlarının təmin olunması muxtar respublikada həyata keçirilən sosial siyasətin aparıcı  istiqamətlərindən biridir. Eləcə də əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, aztəminatlı, çoxuşaqlı, xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial təminatlarının gücləndirilməsi və yoxsulluğun azaldılması istiqamətində  ardıcıl və məqsədyönlü layihələr həyata keçirilir, onlar özünüməşğulluq proqramına cəlb olunurlar. Həmçinin onların həyat və məişət şəraitlərinin yüksəldilməsi üçün aztəminatlı ailənin nümayəndələri ilə vaxtaşırı görüşlər təşkil edilir, onlara dəstək göstərilir.

Ardını oxu...

 
 

Müsabiqənin vaxtı uzadılmışdır!

ÇapE-poçt

11.05.20 12:30

Hörmətli izləyicilər!

Məlumdur ki, 2020-ci ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VII muxtar respublika yazı, dekorativ tətbiqi sənət və rəsm müsabiqəsi elan olunmuşdur.

Bildirilir ki, müsabiqənin vaxtı 2020-ci il 01 iyul tarixədək uzadılmışdır.

Müsabiqədə iştirak etmək istəyən gənclər yazı mətnini, dekorativ tətbiqi sənət və rəsm əsərini müvafiq anket ilə birlikdə 2020-ci il 01 iyul tarixədək Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə təqdim edə bilərlər.

Əlavə olaraq bidirilir ki, müsabiqəyə təqdim olunan yazı mətnləri 5-7 səhifə həcmində, A4 formatında, Times New Roman şriftində (14), rəsm əsərləri A4 (21x30sm) və daha böyük ölçülərdə olmalıdır, dekorativ tətbiqi sənət və rəsm əsərləri isə müxtəlif formalarda, rəngkarlığın və qrafikanın müxtəlif texnikalarında istənilən material üzərində işlənə bilər.

Ardını oxu...

 
 

Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib

ÇapE-poçt

10.05.20 16:49

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: “Heydər Əliyev siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.

Ulu Öndərin siyasi xətti Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişaf və tərəqqi yoludur. Bu gün muxtar respublikada dahi rəhbərin yolunun davam etdirilməsi çoxşaxəli inkişafın əsasını qoyub, quruculuq işlərinin miqyası genişlənib. İnsanların rahat yaşayışına xidmət edən infrastrukturun yaradılması, yeni sosial obyektlərin, istehsal sahələrinin, inzibati və yaşayış binalarının, müasir yolların istifadəyə verilməsi ilə yanaşı, ətraf mühitin mühafizəsi və əhalinin asudə vaxtının səmərəli təşkili də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 oktyabr tarixli Sərəncamı ilə Naxçıvan şəhərində Sahil Parkının yaradılması da bu tədbirlərin davamıdır.

Mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək deyib ki, muxtar respublikada həyata keçirilən kompleks quruculuq işləri Naxçıvan şəhərini də əhatə edib. İnzibati və yaşayış binalarının istifadəyə verilməsi ilə yanaşı, yeni parklar salınır, sakinlərin və turistlərin mənalı istirahəti təşkil olunur. Naxçıvan şəhərində tarixi görkəm qorunub saxlanılmaqla yanaşı, həm də müasir şəhər infrastrukturu yaradılıb. Sahil Parkının istifadəyə verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsi kimi mühüm əhəmiyyət daşıyır. Mirsənani Seyidov yaradılan şəraitə görə şəhər sakinləri adından minnətdarlıq edib.

Ardını oxu...

 
 

Səhifə 252 > 402-dən

Joomla 1.5